AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

E-KİTABLAR

Azərbaycan. Beynəlxalq münasibətlər və diplomatiya tarixi.

Müəllif Yaqub Mahmudov, Kərim Şükürov
Nəşr olunduğu il 2009
Bölmə tarix
Səhifə sayı 512
Dil Azərbaycan türkcəsi
Baxış sayı 2510
Yükləmə sayı 71

Azərbaycanda ilk dəfədir ki, belə bir məzmunda hazırlanmış toplu nəşr edilir. Topluda irəli sürülən yanaşma sayəsində Azərbaycan, ümumiyyətlə beynəlxalq münasibətlər və diplomatiya tarixinin başlıca dövrləri və problemləri ilə əlaqələndirilir, ümumi və spesifik cəhətlərin aşkar olunmasına imkan yaranır. Beynəlxalq münasibətlər və diplomatiya tarixi ilə birgə, beynəlxalq hüquq tarixinin prinsipial məsələlərini, xüsusilə Azərbaycanın bu müstəvidə vəziyyətini izləmək mümkün olur. Azərbaycanın dövlətçilik tarixi, ərazisinin taleyi və b. məsələləri sistemli şəkildə aydınlaşdırır. Müvafiq məsələlər üzrə Azərbaycan elmindəki mövcud boşluqları aradan qaldırır, gələcək topluların tərtibi və elmi tədqiqatlar üçün zəmin yaradır. Tədris prosesi, dərsliklər və ümumiləşdirilmiş əsərlər üçün sənəd və materiallar baza kimi diqqəti cəlb edir. Diplomatlar, tarixçilər, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində çalışan mütəxəssislər, tələbə və aspirantlar, bu sahəyə maraq göstərən hər kəs üçün ciddi vəsait kimi çıxış edir. Kitab 1639-cu il Qəsri-Şirin müqaviləsi ilə başlanır. Bu da təsadüfi deyil. Qəsri-Şirin müqaviləsi 1514-1639-cu illərdə müəyyən fasilələrlə davam edən Səfəvi-Osmanlı müharibələrinin yekun sənədidir. Toplu Rusiya və Qacarlar arasında 1828-ci il Türkmənçay müqaviləsilə başa çatır. Kitabda 50-dək müxtəlif sənəd və material toplanıb.

Paylaş: