BƏHRAMOV CƏBİ ƏMİRVAR OĞLU
Tarixçi
Cəbi Əmirvar oğlu Bəhramov 1959-cu il iyulun 16-da Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Zəngəzur mahalının Qafan şəhərində anadan olmuşdur.1966-1976-cı illərdə Zəngəzur mahalı Mehri rayonunun Aldərə kəndində S.Vurğun adına orta məktəbdə təhsil alıb.
1977-ci ildə Ümummilli lider H.Ə.Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin başqa respublikalarının ali təhsil ocaqlarına oxumaq üçün göndərilən tələbələr içərisində Özbəkistan Respublikası Daşkənd Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və oranı 1982-ci ildə bitirmişdir. Həmin ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin göndərişi (vəsiqə №33) ilə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutuna baş laborant vəzifəsinə qəbul edilib.1984-cü ildə “Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (1949-1960-cı illər)” adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləməyə başlayıb və 1999-cu ildə bu mövzunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
1982-1987-ci illərdə İnstitutda baş laborant, 1998-2000-ci illərdə kiçik elmi işçi, 2000-2001-ci illərdə böyük elmi işçi vəzifələrində çalışıb, 2001-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və bu günədək həmin vəzifədə çalışır. 2003-cü ildənTarix İnstitutunun“Azərbaycan Respublikası tarixi” şöbəsinin müdiridir.
1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1990-1993-cü illərdə ATU və Aİ və MU-də “Azərbaycan tarixi” fənnindən mühazirələr oxuyub. 2000-ci ilin sentyabından Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərb Universitetinin "Politologiya və beynəlxalq münasibətlər” kafedrasında “Azərbaycan tarixi”, “Ümumdünya tarixi” və “Beynəlxalq münasibətlər tarixi” fənlərindən mühazirələr oxuyur.
2009-cu ildə Qərb Universitetinin Elmi Şurasının qərarı ilə ona fəxri professor elmi adını almışdır. Hazırda "Politologiya və beynəlxalq münasibətlər” kafedrasının müdiridir. İndiyə qədər 44 elmi əsərin o cümlədən “Azərbaycan tarixi” (VII cild. Bakı, 2003), “Исторические факты о деяниях армян на азербайджанской земле” (rus və ingilis dillərində), “Azərbaycan” adlı Azərbaycan MEA Milli Ensiklopediyasının nəşr etdiyi xüsusi cildin “Tarix” bölməsinin 1941-2007-ci illər dövrünü əhatə edən fəsillərin və 2010-cu ildə ARDNŞ-in sifarişi ilə nəşr olunan “Azərbaycan nefti” kitabının müəlliflərindəndir.
2010-2011-ci illərdə İsveçdə ingilis dilində Nobel qardaşlarının 1873-1920-ci illərdə Azərbaycan neft sənayesində göstərdikləri fəaliyyətlə bağlı 3, Argentinada isə ispan dilində Azərbaycan tarixinə dair 3 məqaləsi nəşr edilib.“Aztelefilm” studiyasının çəkdiyi “Odlu məmləkət” (1998), “Lider TV-nin” çəkdiyi “Dəmir atlı cəngavər» (2003), İTV-nin çəkdiyi “Fətəli Xan Xoyski” (2005), “Space” TV-nin çəkdiyi “Azərbaycan neftinin tarixi” (rejissor Vaqif Mustafayev, 2010, 4 seriyalı) adlı sənədli filmlərin çəkilib hazırlanmasında bilavasitə iştirak edib.2007-2009-cu illərdə Türkiyə Cümhuriyyəti, Qazaxıstan və Ukrayna Respublikalarında keçirilən beynəlxalq elmi konfrans, sessiya və simpoziumlarda iştirak edib.Xarici ölkələrdə ondan artıq elmi məqaləsi çap olunmuşdur.Hazırda, “Azərbaycanın Xəzər nefti XX əsrin II yarısı – XXI əsrin əvvəlində” adlı doktorluq dissertasiyası üzərində apardığı işi başa çatdırıb.
2019-cu ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Ailəlidir. İki övladı var.
Əsərləri
1. Azərbaycanın dəniz neft sənayesinin yaranması və inkişafı tarixindən (1949-1958-ci illər). Тезисы научной конференции молодых ученых Института истории АН Азербайджанской ССР и исторического факультета АГУ им. С.М.Кирова, посвященной 65-летию образования ВЛКСМ. Bakı, «Elm», 1987, s. 35.
2. Борьба рабочих Азербайджана за создание и развитие морской нефтедобывающей промышленности. Материалы научной конференции посвященной 70-летию Великой Октябрьской Социалистической революции. Баку, «Элм», 1987, с. 112-116.
3. Azərbaycan dəniz neft mədənlərinin fəhlələrinin sosializm yarışı (1949-1958-ci illər). Материалы научной конференции, посвященной 70-летию Великой Октябрьской Социалистической революции. Bakı, «Elm», 1988, s. 31.
4. Сотрудничество работников науки и производства в освоении морских нефтяных месторождений (1949-1960 гг.). Труды научной конференции, посвященной дню восстановления Азербайджанской государственности. Баку, «Элм», 1991, с. 173-175.
5. Из истории создания морской нефтяной промышленности в Азербайджане и за рубежом. Azərbaycan tarixinin problemləri. Məqalələr toplusu. Баку, «Элм», 1993, с. 274-279.
6. Xəzər, neft və onların Azərbaycanın siyasi tarixində rolu (Azərbaycan, rus və ingilis dillərində). Azərbaycan neft sənayesinin tarixinə dair I Beynəlxalq konfrans, Bakı, 7 iyun 1996. ABŞ, 1997, s. 68-75.
7. Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranmasının naməlum səhifələri. Tarix və onun problemləri, 1998, № 1 (3), s.111-118.
8. Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (1949-1960-ci illər). Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 1999.
9. Жизнь, посвященная Родине. Azərbaycan dünyası jurnalı, Bakı, 2007, № 82, s. 34-35.
10. Каспийская нефть-основа экономического развития и региональной безопасности на Кавказе (история и современность). Yeni Geostrateji Münasibətlərdə Cənubi Qafqaz Regionun yeri. Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 80 illik yubileyinə həsr olunur. İşçi Materiallar. Bakı, 2003, s.100-105.
11. Azərbaycan tarixi. VII cild, I bölmə, Azərbaycan İkinci dünya müharibəsi dövründə. I fəsil, Böyük Vətən müharibəsinin başlanması. Azərbaycan SSR-də hərbi, iqtisadi və mənəvi səfərbərlik. s.11-17; II bölmə, Azərbaycan SSR dinc quruculuq dövründə və müstəqillik ərəfəsində.I fəsil, Respublikanın sosial–iqtisadi inkişafı (1946-1960-cı illər), s.103-133, II fəsil, İctimai-siyasi həyat (1945-1960-cı illəri). s.142-146, 152. Bakı, 2003.
12. Исторические факты о деяниях армян на азербайджанской земле. Баку. Елм, 2003. Неизвестные страницы истории Азербайджанской нефте-добывающей промышленности, с. 171-183.
13. Obscure pages of Azerbaijan oifextracting industru. Historical facts of Armenians actions in Azerbaijan land. Baku, Elm. 2003, с.334-346.
14. Azərbaycan Xəzər nefti XX əsrin II yarısı XXI əsrin əvvəlində. Bakı, 2008.
15. Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan. Bakı, 2007. Azərbaycan SSR İkinci dünya müharibəsi illərində. Azərbaycan SSR müharibə edən dövlətlərin planlarında. s.308-318. Müstəqil Azərbaycan Respublikası. s. 325-338.
16. Azerbaijan of Azerbaijanis. Jnexcusable Bitter Re-usults of a Politikal Error. 2008.№ 5-8, s. 30-35.
17. Buraxılmış bir siyasi səhvin bağışlanılmaz acı nəticələri. «Elm» qəzeti. 19 sentyabr, 2008, 31-32.
18. «Saxtakarlıq və böhtanla doğru-düzgün tarix yazmaq olmaz». «Xalq qəzeti». 2006, 7 fevral.
19. Человек века. Http: // Etnoglobus com/indeks.php? page=full-id=248.
20. Федерализация новая болезнь Кавказа. Hittp: // Etnoglobus com/indeks.php? page=full-id=178.
21. Вклад азербайджанского народа в победу под Сталинградом. Сталинградская энциклопедия. Волгоград. 2008 г.
22. Уметь возвращаться к истокам «Бакинский рабочий» 4 декабря 2003 г.
23. Возмездие необратимо. Геноцид, совершенный в Ходжалы, как и любое преступление против человечности, срока давности не имеет. «Азербайджанское известие» 2005, 26 февраля, №37.
24. Azərbaycan xalqına qarşı soyqırımı siyasəti. «Naxçıvan» qəzeti, 2005,11 mart №10.
25. Somenotes on history against Azerbaijani people. Azerbaijan of Azerbaijanis. Baku 2005. № 1-6, S. 9-15.
26. О чём говорится в справке прокурора Эчмиадзинского Синода А.Френкеля от 1907 года святейшему Синоду русской православной церкви для передачи царю Николаю II. Азербайджан и азербайджанцы. Баку, 2005, №1-6. с. 128-133.
27. With what deals reference compiled in 1907 by Echmiadzin Synod Prosecutor A.Frenkel, addressed to Russian Orthodox Church Saint Syunod For submitting to Nikolai the second. Azerbaijan’s Azerbaijanis’. Баку, 2005, № 1-6. s. 137-141.
28. Azərbaycan generalları 1941-1945-ci illər müharibəsi illərində. Bakı, Elm, 2008.
29. Азербайджан (исторический очерк). Большая Российская энциклопедия. М., 2006, с. 260-262 (в соавторстве).
30. Heçdir vətənsiz can, Azərbaycan! Bakı, 2003, (qısa tarixi oçerk), s.4-11.
31. «Любовь» южнокавказского форпоста России к талышскому народу. Http: // Etnoglobus com/indeks.php? page=full-id= 246, 2008 г.
32. Россия продолжает аннексию Кавказа. Hittp: // Etnoglobus com/indeks.php? page=full-id=355, 2008 г.
33. Azərbaycanlıların öz tarixi etnik torpaqlardan deportasiya olunmaları, etnik təmizləmə və soyqırıma məruz qalmaları haqqında qısa tarixi arayış. «Zəngəcurun səsi» qəzeti, № 15-16 (52-53). 15-21 oktyabr, 2008.
34. Qanlı deportasiya: tarixin üz yarası. «Bütöv Azərbaycan» qəzeti, s.6-7, 11 oktyabr, №2, 2008.
35. «Человек века» Http: // Etnoglobus com/indeks.php? page=full-id=248, 2009 г.
36. «Heydər Əliyevin Neft Strategiyası və Azərbaycan Respublikanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi». «Heydər Əliyev və Azərbaycan» kitabı. Bakı, 2008, s.608-615.
37. “Вклад азербайджанского народа в победу под Сталинградом”. “Elm”, dekabr 2009.
38. “Azərbaycan oğulları Qafqaz uğrunda döyüşlərdə: general-mayor A.Ə.Abbasov”. “Elm”, aprel 2010.
39. “Azərbaycan torpağında dünyaya göz açmış cəsur kəşfiyyatçı: Rixard Zorqe”. “Elm”, fevral 2010.
40. “Azərbaycan nefti”. Bakı, 2010, 352 səh. (Azərbaycan və ingilis dillərində)
41. Bakı nefti və Nobellər. Bakı, 2009, 188 s. (azərbaycan və ingilis dilərində).
42. Batı Azerbaycan topraklarında Ermenistan devletinin kurulması ve bölgesel sonuçları. Bağımsız Azerbaycan (1918-20). İstanbul, 2010, s. 193-202.
43. Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası və Şamaxı rayonu. AMEA A.A.Bakıcanov adına Tarix İnstitutu. Tarix İnstitutununu əsərləri, №28, s. 193-200.
44. Azərbaycanın Gədəbəy rayonu XX əsrin II yarısı XXI əsrin əvvəlində (1941-2009). AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu.Tarix İnstitutununu əsərləri, №29, s. 118-138.
45. Generalı xatırlayarkən. Akim Abbasov 100. Bakı. Elm, 2011.
46. Heydər Əliyev. I cild. Bakı 2013, səh. 114-132.
47. Heydər Əliyev. II cild. Bakı 2013, səh.72; 83-100; 119-135; 299-311.
48. Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. Bakı, Turxan, 2013, səh.237-254.
49. Gubadly the ancient Azerbaijani land Zangazurs gateway. Baku, Turxan, 2013.
50. Губадлы. Ворота древней Азербайджанской земли Зангезура.. Баку, Турхан, 2013.