AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

BƏŞİROVA AYNUR ƏLÖVSƏT QIZI

BƏŞİROVA AYNUR ƏLÖVSƏT QIZI

Tarixçi

Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın A.A. Bakıxanov adına Tarix İnsitutunun Ümumi tarix şöbəsinin rəhbəri.

Bəşirova Aynur Əlövsət qızı 16 aprel 1972-ci ildə Bakı şəhərində anadan olub. İlk ali təhsilini Bakı Dövlət Universitetində alıb. İxtisasca jurnalistdir və siyasi elmlər üzrə fəlsəfə doktorudur. 2007-ci ildə "ABŞ-Azərbaycan münasibətləri Amerika mətbuatında (“NyuYork Tayms” qəzetinin materiaları əsasında: 1991-2001-ci illər)" mövzusunda fəlsəfə doktorluğu müdafiə edib. 

Aynur Bəşirovananın tədqiqat sahəsi jurnalistika, tarix və siyasi elmlərinin qovşağında media-siyasət münasibətlərini əhatə edir. O, 2005-ci ildə H. Böll fondunun təqaüdçüsü kimi mətbuatın siyasətin formalaşmasına təsirini araşdırmışdır (Влияла ли пресса на формирование политики? (Case Study из истории становления новых СМИ в Азербайджане: президентские выборы 1998 года)// Идентичность, власть, и город в работах молодых ученых Кавказа. Тбилиси, Фонд имени Генриха Белля, 2005, 495 стр.).

A.Bəşirova Azərbaycan tarixşünasığında ilk dəfə olaraq ABŞ-Azərbaycan münasibətlərini “Nyu York Tayms” qəzetinin materialları əsasında tədqiq edib. Araşdırma Azərbaycanın media çərçivələnməsi, media imicinin formalaşması kimi məsələlərlə yanaşı, eyni zamanda bu prosesləri müşayiət edən siyasi texnologiyaların üzə çıxarılması baxımından önəmlidir. A. Bəşirova “Azad mətbuatın çərçivəsində: “Nyu York Tayms” Azərbaycanda: Nə? Nə zaman? Necə?” adlı monoqrafiyasında təkcə Azərbaycanın deyil, həmçinin region dövlətlərinin, xüsusilə Ermənistanın ABŞ mətbuatında işıqlandırılmasının Azərbaycanla müqayisəli təhlilini aparmışdır.

A. Bəşirova media-siyasət münasibətləri istiqamətində tədqiqatını davam etdirir. Onun doktorluq dissertasiyasının mövzusu ABŞ-ın Cənubi Qafqaz siyasətinin “Nyu York Tayms” və “Vaşinqton Post” qəzetlərində işıqlandırılmasıdır.

Aynur Bəşirova əmək fəaliyyətinə 1992-ci ildə “Dalğa” qəzetində başlayıb, daha sonra “Günay” qəzetində Prezident Aparatı üzrə xüsusi müxbir, “Yeni Azərbaycan” qəzetində baş redaktorun müavini vəzifələrində çalışıb. Ulu Öndər H.Əliyevi 1995-2002-ci illərdə 30-dan çox ölkəyə rəsmi səfəri zamanı müxbir kimi müşayiət edib.

Prezident Heydər Əliyevin fəaliyyət xronikasını əks etdirən “Prezident. Xronika.1993-1997” kitabı 1998-ci ildə ulu öndərin xeyir-duası ilə işıq üzü görmüşdür.

7 kitab müəllifidir, onlardan biri monoqrafiya, 3 dərslikdir.

1994-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1995-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatına, 2009-cu ildə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının “Media ulduzu” mükafatına layiq görülüb.

1996-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur, Bakı Dövlət Universitetində (1996-2007) və Bakı Slavyan Univeristetində çalışıb. O, BDU-da mətbuat xidmətini yaradıb (1999), BSU-da Azərbaycanda ilk dəfə 2011-ci ildə “Yeni media və kommunikasiya texnologiyaları” kafedrasının əsasını qoyub, 2011-2016-ci illərdə həmin kafedraya rəhbərlik edib.

Beynəlxalq təşkilatlarla 2005-ci ildən jurnalistika sahəsində 10-dan çox layihəyə rəhbərlik edib.

İki dəfə (2002, 2005) ABŞ-da, İndiana Universitetində uzunmüddətli elmi ezamiyyətdə olub.

Hazırda AMEA-nın A.A. Bakıxanov adına Tarix İnsitutunun Ümumi tarix şöbəsinin rəhbəridir. 

Ailəlidir, iki övladı var.

Əsərlərinin biblioqrafiyası

  1. Prezident. Xronika. 1993-1997. I kitab, Bakı, Vestprint, 1998, 200 s.
  2. “Azad mətbuatın çərçivəsində: “Nyu York Tayms” Azərbaycanda: Nə? Nə zaman? Necə?”, monoqrafiya, Bakı, Şərq-Qərb nəşriyyatı, 2007, 221 p.
  3. “Xəbərçilik: xəbərin toplanması və yazılması”, dərslik, A.Kərimova və D.Vəkilova ilə birlikdə. Bakı, Oskar nəşriyyatı, 2007, 200 s.
  4. Qızıl kitabdan etüdlər. Etudes from the Golden Book. Azərbaycan və ingilis dillərində. Bakı, Aypara 3, 2010, 180 s.
  5. Dilarə Seyidzadə. O qadın kimdir? Miniatür kitab, Bakı, İndigo, 2015, 368 s.
  6. Yeni media jurnalistikası, S.İzzətli və X. Cavadova ilə birlikdə, Bakı, Maxprint, 2017, 68 s.
  7. Fotojurnalistika. İ. Babayev, Ə. Muradov və J.P. Evensen ilə birlikdə. Bakı, Maxprint, 2017, 120 s.
Paylaş: