Mustafayev Ədalət Xankişi oğlu 1968-ci il martın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə (Mardakert) rayonunun İmarət-Qərvənd kəndində anadan olmuşdur.1975-ci il İmarət-Qərvənd kənd orta məktəbində 1-ci sinfə gedərək 1985-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1986-1988-ci illərdə Sovet ordusunda hərbi xidmət keçmişdir.1990-cı il Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə (qiyabi) daxil olmuş, 1996-cı ildə oranı bitirmişdir. Müəllimlik fəaliyyəti Ağdərə,Tərtər, İsmayıllı rayonlarında davam etmişdir. İsmayıllı rayonu Kəlbənd kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir. 2003-cü ildən AMEA-nın A.A.Bakıxanox adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsində baş laborant kimi fəaliyyətə başlamış, kiçik elmi işçi, elmi işçi vəzifəsində çalışmışdır. Bir müddət “Azərbaycan-Rusiya əlaqələri tarixi” şöbəsində elmi fəaliyyətini davam etdirmişdir. Böyük elmi işçi, tarix üzrə fəlsəfə doktorudur. Müdafiə etdiyi mövzu “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Rusiya Federasiyasının mövqeyi (1988-2005-ci illər)” adlı dissertasiya işi olmuşdur.18 elmi məqaləsi vardır. Ailəlidir, üç övladı var.
Məqalələri:
- I Pyotr və Qafqazın xristian əhalisi // Azərbaycan Dillər Universitetinin Elmi xəbərləri. - №2. - Bakı: 2004. - s.341-343.
- Erməni dövlətinin yaranmasında Rusiya amili // Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. Elmi axtarışlar. XIX. - Bakı: Səda, 2006. - s. 184
- Dağlıq Qarabağ münaqişəsinin başlanması və Rusiyanın anti-Azərbaycan siyasəti // Qarabağ dünən, bu gün və sabah: VI elmi-əməli konfransın materialları - Bakı: QAT, 2007. - s. 73-75
- Rusiya və Qərb dövlətlərinin “Dağlıq Qarabağ problemi”nə yanaşma tərzi // Qarabağ dünən, bu gün və sabah: V ümumrespublika elmi-əməli konfransın materialları - Bakı: QAT, 2006. - s. 38-41
- Erməni seperatizmi və onların himayədarları // Qarabağ dünən, bu gün və sabah: VII elmi-əməli konfransın materialları - Bakı: QAT, 2008. - s. 115-121
- Dağlıq Qarabağ münaqişəsinə baxış // Qarabağ dünən, bu gün və sabah: VIII elmi-əməli konfransın materialları. - Bakı: QAT, 2009. - s. 44-49
- Взгляд на Гарабахский конфликт // Карабах вчера, сегодня и завтра. – ч.II. – Баку: QAT, 2009. - с.4-9
- XX əsrin 90-cı illərində Dağlıq Qarabağ münaqişəsində Rusiyanın mövqeyi // Qarabağ dünən, bu gün və sabah: IX elmi-əməli konfransın materialları - Bakı: QAT, 2010. - s. 43-48
- Армянский сепаратизм и его покровители // Карабах вчера, сегодня и завтра. – ч.II. – Баку: QAT, 2009. - с.4-9
- Armenian separatism and its supporters // Garabagh yesterday, today and tomorrow: proceedings of the conferences. Second volume. - Baku: QAT, 2009. - p. 4-8.
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Rusiya hakim dairələrinin münasibətinə dair // “Gənc Alimlərin I Elm Festivalı” çərçivəsində keçirilmiş elmi konfransların materialları. - Bakı: 2011. - s. 484-487.
- Tarixi yalan və Qarabağ faciəsi // Qarabağ dünən, bu gün və sabah: 10-cu elmi-əməli konfransın materialları. - Bakı: QAT, 2011. –s.65-70
- 1991-ci il “dövlət çevrilişi”nin milli münaqişələrə təsiri // Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu. Elmi Əsərlər. - 41-43-cü cild. - Bakı: “Turxan” NPB MMC, 2012. - s. 227-234.
- Ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törətdikləri kütləvi qırğınlar: Xocalı soyqırımı // Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu. Elmi Əsərlər. - №52-55. - Bakı: “Turxan” NPB MMC, 2015. - s. 281-286.
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Rusiya Federasiyasının mövqeyi // Tarix, insan və cəmiyyət. - №2 (15). - Bakı: ADPU-nun mətbəəsi, 2016. - s. 5-15.
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində “Halqa” əməliyyatının rolu və mahiyyəti // Geostrategiya. - №5 (41). – Bakı: “Azərbaycan” nəşriyyatı, 2016. - s. 67-70.
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsi: geosiyasi maraqlar sistemində elmi-nəzəri baxış // Geostrategiya. - №4 (34). – Bakı: “Azərbaycan” nəşriyyatı, 2017. - s. 21-25.
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xəzər probleminin həllində Rusiya Federasiyasının mövqeyinə dair // Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu. Elmi Əsərlər. - 60-cı cild. - Bakı: “Turxan” NPB MMC, 2016. – s. 158-169.
- Региональные конфликты в СССР и искусственно созданный Нагорно-Карабахский конфликт // Кавказ и Мир. Международный научный журнал. - №22. - Тбилиси: 2017. - c. 49-55.
- Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü və soyqırımı siyasəti // Elmi Əsərlər. - № 64-66. - Bakı: “Turxan” NPB MMC, 2016. – s. 360-364.
- К Нагорно-Карабахскому и другим искусственно созданным региональным конфликтам в СССР // Гилея: научный вестник. – Вып. 129 (№2). – Киев: Изд. «Гилея», 2018. – с. 117-120