AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

CƏFƏROVA RAİSƏ RƏŞİD QIZI

CƏFƏROVA RAİSƏ RƏŞİD QIZI

Tarixçi

AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun "AZƏRBAYCANIN TARİXİ COĞRAFİYASI VƏ DEMOQRAFİYASI"şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru.

Cəfərova Raisə Rəşid qızı 1982-ci il sentyabrın 15-də Ermənistan Respublikasının Quqark rayonunun Arçut kəndində anadan olmuşdur.

1988-ci ildə ermənilərin torpaqlarımızı işğalı nəticəsində ailəsi ilə birlikdə doğma rayonu tərk edərək Gəncə şəhərində məskunlaşmışdır. 1999-2003-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix” fakültəsinin bakalavr, 2003-2005-ci illərdə isə həmin fakültənin magistr təhsil pilləsində təhsilini davam etdirmişdir. Hər iki ali təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2004-2011-ci illərdə Nəsimi rayonu 14 saylı orta məktəbdə tarix müəlliməsi işləmişdir. 2011-ci ildə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun “Vətən Tarixi” bölməsinin əyani doktoranturasına daxil olmuşdur. 2013-cü ilin iyun ayından həmin institutun “

AZƏRBAYCANIN TARİXİ COĞRAFİYASI VƏ DEMOQRAFİYASI ” şöbəsində “kiçik elmi işçi” vəzifəsinə işə götürülmüşdür.

2014-ci ilin 23 sentyabr tarixində tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Mərkəzi Asiya respublikalarında Azərbaycan diasporu: təşəkkülü və fəaliyyəti tarixi” adlı dissertasiya mövzusunu müdafiə etmişdir. Hal-hazırda AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan diasporu şöbəsində “aparıcı elmi işçi” vəzifəsində fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.  

Elmi əsərləri

Kitabı:

Mərkəzi Asiya respublikalarında Azərbaycan Diasporunun təşəkkülü və fəaliyyəti tarixi. Bakı: Turxan NPB, 2019, 172 s. 

Məqalələri:

1. Деятельность Азербайджанской диаспоры в Республике Казахстан в постсоветский период. Современная научная мысл. (Международный научный журнал) Москва-2014, № 5 s. 68-74
2. Деятельность Азербайджанской диаспоры в Узбекистане. Кавказ и мир. (Международный научный журнал) Tбилиси - 2014, №18, s.146-150

3. Mərkəzi Asiya respublikalarında Azərbaycan diasporunun təşəkkülü tarixindən (e.ə. II əsr - XIX əsr). Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal, 2014-cü il, № 2.

4. Tacikistan Respublikasında Azərbaycan diasporunun fəaliyyəti. Azərbaycanda Hüquqi dövlət quruculuğunun aktual problemləri. 2014, II Beynəlxalq elmi konfransın materialları, s. 233-236

5. Azərbaycanlıların soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Mərkəzi Asiyada mövcud olan Azərbaycan diaspor təşkilatlarının rolu. Azərbaycan və Anadoluda Türk-Müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920). II Beynəlxalq elmi konfransın materialları, s. 277-280

6. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu. Azimut (“Hərbi Bilik” jurnalının elmi-nəzəri bülleteni). №2, 2016, s. 66-71.

7. Azərbaycan diasporunun formalaşmasında multikulturalizm ideologiyasının əhəmiyyəti. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev siyasəti: gənclik və multikultural dəyərlər” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 2016, s. 61-63.

8. Azərbaycançılıq ideologiyasının Azərbaycan diasporunun inkişafında rolu. Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər mövzusunda beynəlxalq elmi konfransın materialları. Bakı, 2016, s. 25-27.

9. Azərbaycan Xalq Cümhuriyyəti dövründə multikultural dəyərlər. Mədəni müxtəliflik: dünya və Azərbaycan. Beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 2016, s. 143-147.

10. “Azərbaycan diasporu: Tarix və müasirlik” (Bakı, 2016) kitabının «Mərkəzi Asiya respublikalarında Azərbaycan diasporu» bölməsinin müəllifidir. s. 180-272.

Paylaş: