İFTİXARİ ARAŞ HÜSEYN OĞLU
Tarixçi
Araş Hüseyn oğlu İftixari 1970-ci ildə Güney Azərbaycanın Binab şəhərində ziyalı ailəsində anadan olmuşdur, azərbaycanlıdır, evlidir, ilk və orta məktəblərini Binab şəhərində başa çatdırmışdır. O, 1990-cı ildə Şəbüstər Universitetinin əkinçilik fakültəsinə daxil olmuş, 1994-cü ildə bakalavr pilləsini bitirmiş, 1999-cu ildə Kərəc Universitetinin siyasi elmlər fakültəsinin magistraturasına daxil olmuş və 2002-ci ildə magistratura pilləsini uğurla bitirmişdir.
A.H.İftixari 2003-cü ilin noyabrından AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “İran tarixi və iqtisadiyyatı” şöbəsinin qiyabi dissertantı olmuş və dissertant olduğu müddətdə o, Elmi Şuranın qərarı ilə təsdiq olunmuş “İran İslam Respublikasının Qafqaz siyasəti (1991-2005-ci illər)” adlı namizədlik dissertasiyası mövzusunun üzərində tədqiqat aparmış və 2010-cu il AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində yaradılmış Müdafiə Şurasında müdafiə etmişdir. Dissertasiyasının əsas müddəaları və nəticələri onun çap etdirdiyi məqalə və tezisində öz əksini tapmışdır.
A. Iftixarı 2017-ci ilin yanvar ayından Azərbaycan MEA-nın A.A.Bakıxanov adına Tarix Institutunun əyani doktorantıdır. Həmçinin Tarix İnstitutunun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin aparıcı elmi işçi vəzifəsində çalışır.
Onun nəşr etdirdiyi məqalələrinin adları:
1- İİR-nın xarici siyasətinin formalaşmasında dini və ideoloji mənbələrin rolu.
2- İİR-nın xarici siyasətində taktiki dəyişmələr.
3- İran İslam Respublikası- Ermənistan siyasi münasibətləri (1991-2005).
4- İİR ilə Qafqaz ölkələri arasında təhlükəsizlik məsələləri.
5- Güney Azərbaycan milli-siyasi oyanış hərəkatı və onun İran-Azərbaycan münasibətlərinə ola biləcək təsiri.
6- Xəzər münaqişəsi.
7- Ərzyabiye opozisyonhaye siyasi-ictimai dər cəvamee toseenəyafte (farsca) .
ارزیابی اپوزوسیونهای سیاسی-اجتماعی در جوامع توسعه نیافته
8- Bərrəsiye mohite əmniyyətiye monasebate İran-Qafqaz (farsca).
بررسی محیط امنیتی مناسبات ایران و قفقاز
9- Azərbaycanın tarixi coğrafiyasının və dövlətçilik tarixinin saxtalaşdırılması faktı.
نگرشی بر تحریفات جغرافیای تاریخی و تاریخ دولتمداری آذربایجان
10- İİR-nın Qafqaz siyasətinin problemləri.(farsca).
چالشهای مهم سیاست خارجی جمهوری اسلامی ایران در منطقه قفقاز
11- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin İran tarixşünaslığında əksi.
12- Müasir dövrdə İranın Azərbaycan siyasəti və Türkiyə Cümhuriyyəti.