Zəfər Mahmud oğlu Kərimov 1961-ci il mayın 7-də Azərbaycan Respublikasının Beyləqan rayonunun Şəfəq qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Şəfəq qəsəbə səkizillik məktəbin 1-ci sinfinə qəbul olunmuş, 1976-cı ildə Abşeron rayonu, Mehdiabad qəsəbə 1saylı orta məktəbin 8-ci sinfini bitirmişdir.
1976-1979-cu illərdə 54 saylı Bakı Texniki Peşə Məktəbinidə orta təhsillə yanaşı rəngsaz ixtisası üzrə təhsil almışdır.
1980-1982-ci illərdə Ordu sıralarında hərbi xidmətdə olmuşdur.
1982-1985- ci illərdə Bakı Dəniz Limanı Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı vəzifəsində işləmişdir.
1985-1988-ci illərdə Bakı Dəniz Limanının Texniki emalatxanasında rəngsaz vəzifəsində çalışmışdır.
1986-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin (qiyabi) şöbəsinə daxil olmuş, 1992-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir.
1988-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının “Elm” nəşriyyatında korrektor vəzifəsində işləmişdir.
1993-2002-cü illərdə Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutunda, 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda əvvəlcə elmi işçi, sonra böyük elmi işçi, hazırda isə aparıcı elmi işçi vəzifəsində çalışır.
Ailəlidir, iki övladı var.
Elmi fəaliyyəti:
1993-ci ildə “Şimali Azərbaycanda ictimai-siyasi hərəkatın tarixində mətbuatın rolu (XX əsrin əvvəlləri)” adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləməyə başlayıb və 2014-ci ildə həmin mövzunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
1995-2003-cü illərdə AMEA-nın Milli Münasibətlər İnstitutunda elmi işçi, 2003-cü ildən AMEA A.A Bakıxanov adına Tarix İnstitutunda elmi işçi, daha sonra isə böyük elmi işçi, 2018-cü ildən isə aparıcı elmi işçi vəzifəsində işləyir. Tarix üzrə fəlsəfə doktorudur.
Kitabları:
- “XX əsrin əvvəllərində Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət mətbuat səhifələrində” Bakı, 2017. Turxan NPB. 180 s.
Məqalələri:
- XX əsrin əvvəllərində Şimali Azərbaycanda maarifçiliyin təbliğində azərbaycandilli mətbuatın rolu // Tarix və onun problemləri: Bakı, 2007, № 3, s. 55-59.
- Azərbaycan dövlətçiliyinin bərpası problemləri və milli mətbuat. “Dirçəliş – XX əsr”. B., 2008, № 128-129, səh. 139-149.
- Şimali Azərbaycan mətbuatının milli-mədəni və milli-ərazi muxtariyyəti uğrunda mübarizəsindəki roluna dair (1905-1917-ci illər). “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə”. B., 2010, № 3 (31), səh. 180-188.
- XX əsrin əvvəllərində Şimali Azərbaycanda ictimai təşkilatların və siyasi partiyaların fəaliyyətində milli mətbuatın rolu. Tarix və onun problemləri // B., 2010, № 4, səh. 48-55.
- Становление, формирование и особенности периодической печати в Северном Азербайджане (конец XIX – начале XX веков). «Хабаршы» (Вестник), № 2 (61), Алма-Ата, 2011, стр. 89-92.
- Birinci Dünya müharibəsi illərində azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımların mətbuatda əksi // AMEA Tarix İnstitutunun Elmi əsərləri, 48, 49, 50-ci cild. (Beynəlxalq elmi konfransın materialları) Bakı: 2014, səh. 429-432.
- Azərbaycan Xalq Cümhuriyyəti və milli mətbuat. “Hərbi bilik”. № 4, 2014, səh. 72-79.
- 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımların mətbuatda əksi. // AMEA Tarix İnstitutunun əsərləri III Beynəlxalq konfransın materialları 07-10 aprel 2016-cı il. № 56, 57, 58, s. 331-336.
- 1918-1920-ci illərdə Şimali Azərbaycanda azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımın mətbuatda əksi. Sumqayıt Dövlət Universiteti Beynəlxalq elmi konfransının materialları 21-22 aprel 2015-ci il. s. 383-385.
- Denikin ordusunun Azərbaycanın Xəzərətrafı ərazilərini işğal etmək təhdidləri. “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” adlı Beynəlxalq elmi konfransın materialları (xüsusi buraxılış) 26-30 iyun 2018-ci il, № 74, 75,76.
- Из истории периодической печати Северного Азербайджана в конце XIX-начале XX вв. Пятые Всероссийские (с международным участием) историко-этнографические чтения, посвященные памяти профессора Магомедова Расула Магомедовича. Сб. статей. – Махачкала: Издательство Д ГУ, 2018.