Xəlilov Polad Rəsul oğlu 1971-ci il dekabrın 13-də Bakı şəhərində anadan olmuşdur. 1978-1988-ci illərdə Bakı şəhəri Yasamal rayonu 53 saylı orta ümumtəhsil məktəbində təhsil almışdır. 1989-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunaraq, 1994-cü ildə həmin fakültəni bitirmişdir. 2002-ci ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı olmuş, 2003-cü ildə isə İnstitutun “Azərbaycanın yeni tarixi” şöbəsində baş laborant vəzifəsinə işə qəbul edilmişdir. 2006-cı ildə kiçik elmi işçi, 2014-cü ildə elmi işçi, 2016-cı ildə isə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 2015-ci il sentyabrın 23-də tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Bakı Neft Sənayeçiləri qurultayının səhiyyə və mədəni-maarif sahələrində fəaliyyəti” adlı dissertasiya mövzusunu müdafiə etmişdir. Hal-hazırda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsində aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir. Eyni zamanda 2014-cü ildən etibarən Bakı Qızlar Universitetində dosent kimi pedaqoji fəaliyyət göstərməkdədir.
Ailəlidir, üç övladı var.
Elmi əsərləri
Kitabı:
- Bakı Neft Sənayeçiləri Qurultayının səhiyyə və mədəni-maarif sahələrində fəaliyyəti. Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı: 2015, 28 s.
- Bakı Neft Sənayeçiləri Qurultayının fəaliyyəti tarixindən (XIX əsrin sonu – XX əsrin əvvəlləri). Bakı: “Turxan” NPB, 2018, 212 s.
Məqalələri:
1.XIX əsrin sonlarında Bakı Neft Sənayeçiləri Qurultayının səhiyyə sahəsində fəaliyyətinə dair // Azərbaycan MEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Elmi Araşdırmalar”ı, № I-IV (VIII buraxılış), 2006-cı il. s. 429-433.
2.About cultural-enlightener activity of Baku oil industry workers congress in the late XIX century ∕∕ Azerbaijan & Azerbaijanis. 2008, №5-8.s. 229-238.
3.1900–1905-ci İllərdə Bakı Neft Sənayeçiləri Qurultayının mədəni-maarif sahəsində fəaliyyətinə dair // “Tarix və onun problemləri”, № 4, 2009–cu il. s. 82-90.
4.XIX əsrin sonlarında Bakı Neft Sənayeçiləri Qurultayının Bakı sənaye rayonunun sanitariya sahəsində fəaliyyətinə dair // Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Elmi Əsərlər”i, 2010-cu il. 34-35-ci cild, s. 196-204.
5.XIX əsrin sonlarında Bakı Neft Sənayeçiləri Qurultayının kitabxana işinin təşkil olunmasi sahəsində fəaliyyətinə dair // “Müasir informasiya məkanı və kitabxanalar” Respublika elmi konfransının tezis və məruzələri, Bakı, 2010, s. 36–38.
6.XIX əsrin sonlarında Bakı Neft Sənayeçiləri Qurultayının kitabxana işinin təşkili sahəsində fəaliyyətinə dair // “Müasir informasiya məkanı və kitabxanalar” Ümumrespublika elmi-praktikikonfransının materialları (Bakı, 5 may 2010-cu il), Bakı, 2010, s. 145-150.
7. XIX əsrin sonlarında Bakı Neft Sənayeçiləri Qurultayının strukturuna dair // “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 1, 2010–cu il. s. 128–134.
8. XIX əsrin sonlarında Bakı Neft Sənayeçiləri Qurultayının neft sənayesi fəhlələrinə tibbi-sanitariya yardımına dair” ∕∕ “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 1, 2011-ci il. s. 230-235.
9. Bakı neft sənayeçiləri qurultaylarında senz məsələsinə dair // “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 3, 2012–cu il. s. 163–170.
10. Bakı Neft Sənayeçiləri Qurultayına dair (1900-1905-ci illər) ∕∕ Azərbaycan MEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Elmi Araşdırmalar”ı, IX buraxılış, 2012-ci il. s. 372–376.
11. Heydər Əliyev və “Əsrin Müqaviləsi” // “Heydər Əliyev və azərbaycançılıq” Respublika elmi konfransının materialları. I hissə. Sumqayıt, 2013, s. 64-67.
12. Деятельность «Съезда Бакинских нефтепромышленников» в сфере образования в конце XIX в. // «Кавказ и Мир», Международный научный журнал, 2013, № 16, с. 58-61.
13. Bakı Neft Sənayeçiləri Qurultayının fəhlə təhsili sahəsində fəaliyyətinə dair (XIX əsrin sonu – XX əsrin əvvəlləri) // “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda beynəlxalq elmi konfransın xüsusi buraxılışı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Elmi Əsərlər”i, 2013-cü il. 44, 45, 46, 47-ci cild, s. 384-387.
14. XX əsrin əvvəllərində Bakı neft sənayeçiləri qurultaylarında fəhlə məsələsinə dair // “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 4, 2013–cu il. s. 122–127.
15. Birinci Dünya müharibəsi illərində türk hərbi əsirlərinin Nargin həbs düşərgəsindən xilas edilməsində azərbaycanlıların roluna dair // “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfransın xüsusi buraxılışı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Elmi Əsərlər”i, 2014-cü il. 48, 49, 50-ci cild, s. 291-294.
16. “Əsrin Müqaviləsi” Azərbaycanın uğurlu neft strategiyasıdır // “Əsrin Müqaviləsi” Heydər Əliyevin yeni neft strategiyasıdır””Respublika elmi konfransının materialları. Sumqayıt, 24-25 sentyabr, 2014-cü il, s. 95-98.
17. Xocalı soyqırımı – Azərbaycan xalqının qan yaddaşıdır // “Ermənilərin soyqırım siyasəti bəşəriyyətə qarşı cinayətdir” mövzusunda beynəlxalq elmi konfransın materialları. Sumqayıt Dövlət Universiteti, 21-22 aprel, 2015-ci il, s. 325-328.
18. Bakı Neft Sənayeçiləri Qurultayı təşkilatının kitabxanaların və xalq əyləncələrinin təşkili sahəsində fəaliyyətinə dair (XIX əsrin sonları – XX əsrin əvvəli)// Bakı Qızlar Universitetinin “Elmi Əsərlər”i, № 1, 2015-ci il. s. 155-160.
19. Bakı Neft Sənayeçiləri Qurultayının azərbaycanlıların təhsili sahəsindəki fəaliyyətinə dair (XIX əsrin sonları) ∕∕ “Qafqaz tarixinin aktual məsələləri” mövzusunda beynəlxalq konfransın materialları, II hissə. Gəncə Dövlət Universiteti, 15-16 oktyabr, 2015-ci il. s. 333-336.
20. Bakı Neft Sənayeçiləri Qurultayının Bakı sənaye rayonunun sanitariya sahəsində fəaliyyətinə dair (1900-1905-ci illər) // “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 2, 2015–ci il. s. 166–171.
21. Bakı Neft Sənayeçiləri Qurultayının səhiyyə və mədəni-maarif sahələrində fəaliyyəti. Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı: 2015, 28 s.
22. Bakı Neft Sənayeçiləri Qurultayının xalq əyləncələri və digər mədəni tədbirlərin təşkili sahəsində fəaliyyətinə dair (XX əsrin əvvəlləri) // “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 2, 2016–ci il. s. 115–120.
23. Bakı Neft Sənayeçiləri Qurultayının yaranması, strukturu və tərkibinə dair (XIX əsrin sonları) // “ Tarix və onun problemləri”, № 3, 2016-cı il. s. 96-102.
24. Böyük Bakı sənaye rayonunun su təchizatı məsələləri (XIX əsrin sonu - XX əsrin əvvəllərində) // “Şollar-Bakı Su Qurğular Kompleksinin” 100 illiyinə həsr olunmuş “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları, I hissə. 15-16 mart 2017-ci il, Bakı şəhəri, Azərbaycan. Bakı: Mütərcim, 2017, s. 203-208.
25. XIX əsrin sonu – XX əsrin əvvəllərində Böyük Bakı sənaye rayonunun su təchizatı üzrə layihələr və onların taleyi // “Şollar-Bakı – 100”. Beynəlxalq elmi-praktiki konfransın xüsusi buraxılışı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Elmi Əsərlər”i, 2017-ci il. 62-ci cild, s. 69-78.
26. О деятельности больниц и амбулаторных учреждений Сьезда Бакинских Нефтепромышленников (конец XIX века) // Материалы Международной научной конференции «Кавказоведение: история и современность», посвященной 80-летию И.А.Дахкильгова. Министерство образования и науки Российской Федерации ФГБОУ ВО «Ингушский государственный университет». Магас: 2017, с. 531-544.
27. Bakı Neft Sənayeçiləri Qurultayının fəhlə siyasətinə dair // “Sivilizasiya” (Bakı Avrasiya Universiteti), 2018, cild 7, № 2, s. 62-67.
28. Bakı Neft Sənayeçiləri Qurultayı Şurası çarizmin müstəmləkəçilik siyasətinin icraçısı kimi // “Bakı Universitetinin Xəbərləri”, Humanitar elmlər seriyası, № 4, 2018–ci il. s. 112–116.
Tədris proqramları:
- Bakalavriat təhsil səviyyəsi üzrə: “Azərbaycanın mədəniyyət tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 108-125.
- Bakalavriat təhsil səviyyəsi üzrə: “Qarabağ tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 119-130.
- Bakalavriat təhsil səviyyəsi üzrə: “Orta əsrlər tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Tarix fənləri. Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 67-96. (müştərək)
- Magistratura təhsil səviyyəsi üzrə: “XIX – XXI əsrin əvvəlləri Azərbaycan mədəniyyət tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 35-51.
- Magistratura təhsil səviyyəsi üzrə: “Azərbaycan şəhərlərinin müasir tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 57-60.
- Magistratura təhsil səviyyəsi üzrə: “Yeni və ən yeni dövrdə Azərbaycanın sosial-iqtisadi tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 61-65.
- Magistratura təhsil səviyyəsi üzrə: “Azərbaycan xalqının milli-azadlıq hərəkatı tarixi” // Tarix kafedrası üzrə proqramlar (magistratura və bakalavriat səviyyələri üçün). Bakı Qızlar Universiteti. Bakı: 2016, s. 66-73.