AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

KƏRİMOV BƏHRUZ CƏBRAYIL OĞLU

KƏRİMOV BƏHRUZ CƏBRAYIL OĞLU

Tarixçi

Hüquq üzrə fəlsəfə doktoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “AZƏRBAYCANIN TARİXİ COĞRAFİYASI VƏ DEMOQRAFİYASI ŞÖBƏSİNİN ” şöbəsinin aparıcı elmi işçisi.

Kə­ri­mov Bəh­ruz Cəb­ra­yıl oğ­lu, 15 yan­var 1969-cu il­də Sa­­­bi­ra­bad ra­yo­nu­nun Mür­səl­li kən­din­də ana­dan ol­mu­şdur.

Kərimov Bəhruz Cəbrayıl oğlu 1990-cı il­də Ba­kı Döv­lət Uni­ver­si­te­ti­nin hü­quq fa­kül­tə­si­nin ha­zır­lıq şöbə­si­nə, 1991-ci il­də isə hü­quq fa­kül­tə­si­nə da­xil ol­mu­ş, 1996-cı il­də Bakı Dövlət Univer­si­te­ti­nin hüquq fakultəsini fərqlənmə diplomu ilə bi­tir­mi­şdir. 1996-cı il­də Azər­bay­can MEA Fəl­sə­fə və Hü­quq İns­ti­tu­tu­nun as­pi­ran­tu­ra­sı­na (əya­ni) qə­bul olun­mu­ş və ora­nı 1999-cu il­də bi­tir­mi­şdir.

2004-cü ildə «Cinayət qanununda blanket dispozisiyalar» mövzusunda dissertasiya müdafiə etmişdir. Hüquq elmləri namizədi alimlik dərəcəsini təsdiq edən diplomunu 22 fevral 2005-ci ildə almışdır. Hüquq üzrə fəlsəfə doktorudur.

01.12.1999-cu ildən 23.01.2005-ci il tarixinə kimi AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İns­titutunun «cinayət hüququ və cinayət prosesi» şöbəsində kiçik elmi işçi vəzi­fə­sində çalı­şmışdır. 23.01.2005-ci il tarixdən İnstitutun 59 saylı əmrinə, 01.12.2006-cı il tarixindən AMEA Humanitar və İctimai elmlər bölməsinin 7 saylı qərarına əsasən «ci­na­yət hü­ququ və cinayət prosesi» şöbəsinin böyük elmi işçisi olmuş, 18 fevral 2014-cü il tarixdən isə aparıcı elmi işçi vəzifəsində işləmişdir.

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasının 10 fevral 2006-cı il tarixli iclasında «Cinayət hüququnda dispozisiyalar və onların qurulması problemləri» adlı doktorluq dissertasiyası təsdiq edilmiş, Elmi Şuranın 5 aprel 2013-cü il tarixli iclasında isə həmin mövzu dəyişdirilmiş və «Hüquqi şəxslərin cinayət məsuliyyəti» adlı dok­torluq disser­ta­si­yası mövzusu təsdiq olunmuşdur.

Kərimov Bəhruz Cəbrayıl oğlu bir monoqrafiyanın, 16 elmi məqalənin müəllifidir,  eyni zamanda 13 ilə yaxın pedaqoji fəaliy­yətlə məşğul olmuşdur.

Qərb Universitetində hüquq kafedrasının müdiri olmuşdur.

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdində yaradılmış Elmi Seminarın üzvü olmuşdur.

2017-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “

AZƏRBAYCANIN TARİXİ COĞRAFİYASI VƏ DEMOQRAFİYASI ŞÖBƏSİ

” şöbəsinin aparıcı elmi işçisidir.

Əsərləri:

1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kommentariyası. II bölmə. Birinci instansiya məhkəməsində icraat. III Yarımbölmə. Xüsusi icraat (monoqrafiya). Bakı, «Digesta» nəşriyyatı. 2010. 576 səh.

2. Cinayət qanunları külliyyatı. (Tərtibçi və redaktor) «Hüquq Yayın Evi», Ba­kı, 2014. 1184 səh.

3. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin kommentariyası» kitabında «Ci­na­yət işi­nin baş­lan­ma­sı» (XXV fəsil), «Təq­sir­lən­di­ri­lən şəxs qis­min­də cəlb et­mə» (XXVII fəsil), «Əm­lak üzə­ri­nə həbs qo­yul­ma­sı» (XXXII fəsil), «An­laq­sız və­ziy­yət­də ci­na­yət tö­rət­miş şəxs­lər ba­rə­sin­də tib­bi xa­rak­ter­li məc­bu­ri təd­bir­lə­rin tət­biq edil­mə­si­üz­rə ic­ra­at» (LV fəsil), «Ci­na­yət tö­rət­dik­dən son­ra psi­xi xəs­tə­li­yə tu­tul­muş şəxs­lər ba­rə­sin­də tib­bi xa­rak­ter­li məc­bu­ri təd­bir­lə­rin tət­biq edil­mə­si üz­rə ic­ra­at» (LVI fəsil) və «Ci­na­yət iş­lə­ri­nə da­ir hü­qu­qi yar­dı­mın gös­tə­ril­mə­si üz­rə ic­ra­at» (LVII fəsil) fəsillərinin şərhinin müəllifi. «Digesta» nəşriyyatı. Bakı. 2016-cı il.

4. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin kommentariyası» kitabında «Məh­kə­mə xərc­lə­ri» (VIII fəsil), «Məh­kə­mə cə­ri­mə­lə­ri» (IX fəsil), «Məh­kə­mə ba­xı­şı» (XV fəsil, həmmüəllif), «Pro­to­kol­lar» (XXII fəsil), «Əlavə kassasiya qaydasında icraat» (XLIV fəsil), «Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat» (XLIV-I Fəsil), «Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat» (XLV Fəsil), «Məhkəmələrin beynəlxalq səlahiyyətləri» (XLVI Fəsil), «Azərbaycan Respublikasında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin icrası və tanınması» (XLVII Fəsil) və «Xarici dövlətin məhkəmə qətnamələrinin məcburi icrası» (XLVIII Fəsil) fəsillərinin şərhinin müəllifi. «Digesta» nəşriyyatı. Bakı. 2016-cı il.

5. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyası» kitabında «Xü­su­si mü­sa­di­rə» (XV-I fəsil); «Sülh və in­san­lıq əley­hi­nə ci­na­yət­lər» (XVI fəsil), Hə­yat və sağ­lam­lıq əley­hi­nə olan ci­na­yət­lər (XVIII fəsil), « Şəx­siy­yə­tin azad­lı­ğı və lə­ya­qə­ti əley­hi­nə olan ci­na­yət­lər» (XIX fəsil), «Şəx­siy­yə­tin cin­si to­xu­nul­maz­lı­ğı və cin­si azad­lı­ğı əley­hi­nə olan ci­na­yət­lər» (XX fəsil) fəsillərinin şərhinin həmmüəllifi. «Hüquq Yayın Evi» nəşriyyatı. Bakı. 2018-cı il.

6. Hakimliyə, prokurorluğa, vəkilliyə namizədlər və hüquq fakültələrinin tələbələri üçün kazuslar (cinayət və cinayət-prosessual, mülki və mülki-prosessual hüquqa dair). 
Həmmüəllif. Ba­kı, «Hüquq Yayın Evi», 2019. 216 səh.

7. Test toplusu. Hakimliyə, vəkilliyə, prokurorluq və notariat orqanlarina və dövlət qulluğuna test imtahanina hazirlaşanlar üçün vəsait. Həmmüəllif. Ba­kı, «Hüquq Yayın Evi», 2019. 1280 səh.

8. Cinayət hüquq normasının an­la­yı­şı və struk­tu­ru haqqında. «Odlar Yurdu Uni­ver­si­te­ti­nin El­mi və Pe­da­qo­ji Xəbərləri» № 5, Ba­kı, 2001.

9. Cinayətin tövsifi. Tövsifin ümumi qaydaları və mərhələləri. «Keçid dövründə Azər­bay­can Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri» elmi məqalələr məcmuəsi. 2002-ci il. 1-ci buraxılış.

10. Cinayətlər çoxluğu olduqda cəzanın təyin edilməsi. «Keçid dövründə Azər­bay­can Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri» elmi məqalələr məcmuəsi. 2002-ci il. 2-ci buraxılış.

11. Səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan cinayət hüquq normalarının təkmilləşdirilməsi problemləri. «Hüquq problemləri» jurnalı, 2006-cı il, № 1.

12. İnsan alveri cinayətinin əsas tərkibini nəzərdə tutan cinayət əməlinin şərhi. Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual problemləri» elmi əsərlər məcmuəsi, 2007, № 45.

13. İnsan alveri cinayət tərkibi: qanunvericiliyin təhlili, cinayət hüquq normasının təkmilləşdirilməsi. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İns­ti­tu­tu. «El­mi əsərlər», Beynəlxalq elmi-nəzəri jurnal, 2011, № 2 (17).

14. Əmlak müsadirəsindən xüsusi müsadirəyə: cinayət qanunvericiliyinin təkmilləşməsinə doğru atılan addım. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq Institutu, «Elmi əsərlər», Beynəlxalq elmi-nəzəri jurnal, 2012, №2(19).

15. Cinayət məsuliyyətindən azad etmə institutunun tətbiqinin nəzəri və təcrübi məsələləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları kontekstində. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq Institutu, Hüquq elminin müasir problemləri mövzusunda İİİ Respublika elmi-nəzəri konfrans. Bakı, 14-15 mart, 2013-cü il..

16. Hüquqi şəxslərin cinayət məsuliyyəti: beynəlxalq təcrübənin Azərbaycan Respublikasının cinayət qanunvericiliyində təsbiti. Nəqliyyat hüququ jurnalı. № 2, 2013-cü il.

17. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər: növləri və tətbiqi qaydaları. «Nəqliyyat hüququ» jurnalı. № 1, 2014-cü il.

18. Kriminallaşdırmanın anlayışı və növləri. «Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin yeni tendensiyaları» mövzusunda IV Respublika elmi-nəzəri konfrans. Bakı, 6-7 may, 2014-cü il.

19. Ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırım cinayətinə görə beynəlxalq-hüquqi məsuliyyət. «Azərbaycanlıların soyqırımına həsr olunmuş V Beynəlxalq konfrans»ın materialları (mart 2018-ci il).

Paylaş: