ƏLİYEVA MEHRİBAN FƏXRƏDDİN QIZI
Tarixçi
Mehriban Fəxrəddin qızı Əliyeva 31 yanvar 1982-ci ildə Bakı şəhərində anadan olub.
1989-1999-ci illərdə Bakı şəhərində 83 nömrəli liseydə təhsil alıb.
1999-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 2003-cü ildə həmin ali təhsil müəssisəsini tarixçi ixtisası üzrə bitirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin magistr pilləsinə daxil olub və 2005-ci ildə bitirib.
2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutunun 5503.01 “Ümumi” ixtisası üzrə aspiranturasına qəbul olunub. 2010-cu ildə “ XX əsrdə Azərbaycana qarşı erməni terrorizmi” adlı dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.
2003-2014-cu illərdə Bakı Kompüter kollecində “Azərbaycan tarixi”, “Ümumi tarix” fənnlərindən tədris edərək müəllim vəzifəsində çalışmışdır.
2015-2016-ci illədə Azərbaycan Milli Elmlər Akademiyası Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu “Qarabağ tarixi” şöbəsinin-böyük elmi işçisi vəzifəsində çalışmışdır.
2017-ci ildən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “
AZƏRBAYCANIN TARİXİ COĞRAFİYASI VƏ DEMOQRAFİYASI ” şöbəsində aparıcı elmi işçisi vəzifəsində çalışır.
2019-cu ildə dosentlik dərəcəsi alıb.
Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda tarix üzrə elmlər doktoru alimlik dərəcəsini almaq üçün “Daşnaksütyun partiyası və türk musəlman xalqlarına qarşı soyqırımları XIX əsrin sonu - XX əsrin əvvələri” adlı doktorluq mövzusu üzərində tədqiqatla məşğuldur.
1 monoqrafiya və 20 məqalə müəllifidir.
Subaydır.
Monoqrafiya:
Армянский террор против азербайджанского народа в ХХ веке. Баку: Турхан, 2018. - 248 с.
Məqalələri: