AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

GÖZƏLOVA NİGAR RÖVŞƏN QIZI

GÖZƏLOVA NİGAR RÖVŞƏN QIZI

Tarixçi

Tarix üzrə fəlsəfə doktoru‎, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Beynəlxalq münasibətlər tarixi" şöbəsinin aparı­cı elmi işçisi.

Nigar Rövşən qızı Gözəlova 1978-ci il may ayının 22-də  anadan olmuşdur. Azərbaycanlıdır. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistraturasını fərqlənmə ilə bitirmişdir. 2001-cı ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əyani dissertanturasına qəbul edilmişdir. 2006-cı ildə “Azərbaycanın XVIII əsr tarixi məsələləri (ingilisdilli tarixşünaslıq əsasında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, 2007-ci ilin iyul ayında tarix elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.

Nigar Rövşən qızı Gözəlova Azərbaycan Respublikası, Rusiya, Türkiyə, Böyük Britaniya, İspaniya, Özbəkistan, Polşa, İtaliya, Albaniya, Gürcüstan, Almaniya və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmiş. O, 11 ‎kitabın (o cümlədən 5 həmmüəllifliklə) və 100-dən çox elmi məqalənin müəllifidir.

Nigar Rövşən qızı Gözəlova Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının tari­xi­nə dair silsilə əsərlərə görə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 may ta­rixli 2238 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

Nigar Gözəlovaya təşkilati və elmi-tədqiqat fəaliyyətinə görə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutu (2014; 2015), habelə Azərbaycan Respublikası Təhsil Nazirliyi (2014), Azərbaycan Respublikası Xarici Işlər Nazirliyi (2015) tərəfindən təşəkkürnamələr verilmişdir. 2014-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının müsabiqə komissiyasın üzvü olmuşdu.

Monoqrafiyalar:

  1. Вопросы истории Азербайджана XVIII в. (на основе сведений англоязычных источников и историографии). Москва, 2010. -244 с.
  2. Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı Britaniya Kitabxanasının arxiv sənədlərində (1918-1920). 2014, Bakı, Turxan. - 76 s.
  3. Место Азербайджана в восточной политике Великобритании в первой трети XIX века. Баку: Elm və Təhsil, 2017. – 360s.
  4. XVIII əsrin 30-40-cı illərində Nadir şah Əfşarın Bağdad yürüşləri. Bakı: “Elm və təhsil”, 2018. həmmüəl­liflə.

Kollektiv monoqrafiyalar:

  1. İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. (həmmüəllif). Bakı, «Çaşıoğlu», 2009, 576 s.
  2. Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları. həmmüəllif, məqalə “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı Britaniya diplomatlarının sənədlərində. s.127-150. Azərbaycan Tarixçiləri İctimai Birliyi, Bakı 2016.
  3. Challenges for Women’s Education in Independent Azerbaijan” – article in book Religion, Nation and Democracy in the South Caucasus, (p.135-148), Routledge, London- New-York, 2015.
  4. Osmanlıda Siyaset ve Diplomasi, həmmüəllif, məqalə “Relations between Qajar Iran and Ottoman Turkey in the first quarter of 19th century”. s.75-90 İstanbul: Mahya Yayıncılık, 2016.
  5. Власть и насилие в незападных обществах: проблемы теоретического осмысления и опыт практического изучения, статья «Англо-французское соперничество в каджарском Иране в начале XIX в.», c.275-287. Москва: издательство ГБПОУ Московский государственный образовательный комплекс, 2016.

Tərtibçisi və giriş mətninin müəlifi olduğu sənəd  topluları:

  1. История Азербайджана в архивных документах Британской Библиотеки (конец XIX - начала XX веков). Том I, Баку, 2012, ст.764.

Tərcümələr:

  1. L.Lokkartın “Nadir Şah” adlı əsərinin ingilis dilindən rus dilinə tərcüməsi. Bakı:Qanun, 2004. -395s.

Elmi redaktor və giriş mətninin müəlifi olduğu tərcümələr:

  1. Məhbubə Tehrani. Kərim xan Zənd. Tərcüməçi: Əkrəm Bağırov. Bakı: Elm və təhsil, 2017. -224 s.
Paylaş: