QURBANLI ƏSƏD CANƏLİ OĞLU
Tarixçi
Qurbanlı Əsəd Canəli oğlu 1968-ci ilin 10 iyulunda Ermənistan SSR-də,Meğri rayonun Nüvədi kəndində doğulmuşdur. 1975-1985-ci illərdə Nüvədi kənd orta məktəbində təhsil alıb.1990-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1996-cü ildə həmin ali təhsil müəssisəsini axşam şöbəsini tarixçi - tarix müəllimi ixtisası üzrə bitirmişdir.
Əsəd Canəli oğlu Qurbanlı 1999-2001-ci illərdə AEA-nın Milli Münasibətlər İnstitutunun “Azərbaycanlıların deportasiyası” şöbəsində elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 2003-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanlıların deportasiyası və soyqırımı tarixi” şöbəsinə əvvəlcə baş labarant, sonra isə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. O, 2007-ci ildə elmi işçi, növbəti attestasiyanın nəticələrinə əsasən 2014-cü ilin 15 sentyabr tarixində böyük elmi işçi vəzifəsinə keçirilmişdir. Hal hazırda İnstitutun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır.
Qurbanlı Əsəd Canəli oğlu 2012- ci ilin may ayının 12-də “Ermənistan SSR-də azərbaycanlılar əleyhinə siyasət”(1845-1990) mövzusunda dissertasiya müdafiə etmiş və 2013-cü il fevralın 26-da tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2019-cu ildə isə dosent elmi adını almışdır.
Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda tarix üzrə elmlər doktoru alimlik dərəcəsini almaq üçün “ Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, etnik təmizləmə və soyqırımı siyasəti (1945-1994)” adlı doktorluq mövzusu üzərində çalışır, 2 monoqrafiya, 1 kitab və 23 məqalə müəllifidir.
Ailəlidir,iki övladı var.
Monoqrafiya
1.Azərbaycan türklərininErmənistandandeportasiyası(1947-1953) Bakı., 2004, 115 s
2.Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası tarixindən (1947-1953-cü illər) Bakı: Turxan, 2018, 169 s.
Kitab
3.The deportation of Azerbaiyani Turks from the Armenian SSR (the years1947-1953) Elm və təhsil, Bakı.,2018, 80 s
Məqalələr
1..II dünya müharibəsi illərində azərbaycan oğullarının istiqlal mücadiləsi. gənc tədqiqatçıların əsərləri. BDU,1996, s.89-92
2.1948-1953-cü illər deportasiyası və onun xüsusiyyətləri. Tarix və onun problemləri. B.2000, sayı 2. s.97-99
3.Sovet deportasiya siyasəti və Azərbaycanlıların deportasiyası probleminin tədqiqi məsələsinə dair.Tarix və onun problemləri. B. 2000, sayı 2 s.85-88
4.Dövlət səviyyəsində həyata keçirilmiş deportasiya. Sosial-siyasi toplu. B.,Təbib,sayı 5, s.152-156.
5.Deportasiyaya etiraz. Konfrans materialları. B, 2003, s.86-89
6. Ermənilərin siyası şəraitdən yararlanma cəhdləri. Konfrans materiallarıB. 2003 s.47-53
7.XX əsrin 50-80-ci illərində Ermənistan SSR-də Azərbaycanlıların demoqrafik vəziyyəti. Konfrans materialları . B. 2004, s.133-136
8.Azərbaycanda milli azadlıq hərakatının əsas istiqamələri və xüsusiyyətləri haqqında (1987-1990) Elm qəz.30 iyun 2001, sayı 17-18
9.Azərbaycanlıların tarixi torpaqlarından deportasiyası.(1988-1991)Pedaqoji Universitet Xəbərləri. 2009. sayı 5, s.135-141.
10.Deportasiyanı doğuran şərait və səbəblər.Dirçəliş XXI əsr. 2004-2005,sayı 82-83, s.135-141
11.Sovet-Türkiyə münasibətlərində «erməni məsələsi» və onun azərbaycanlıların deportasiyasına təsiri.(1945-1947-ci illər). Dirçəliş XXI əsr 2009, sayı 135-136, s.385-391
12.Deportasiya azerbaydjançev iz Armyanskoy SSR(1947-1953q.) M.№6, str. 64-68
13.Vzoimootneşenie mejdu SSSRİ Turçiya. Pereseleniya azerbaydjançev.(1944-1947) Obidinenie.Nauçnıy Jurnal 2004, M..№11, str. 48
14.Ermenilerin siyasi ortamdan yararlanma çabaları.Türkiyə,Turan Stratejik Araşdırma Merkezi.2009, s.150
15.Sovet-Türkiye münasibetleri: Ermenilerin Siyas Ortamdan yararlanma çabaları. Erzurum Atatürk Universiteti.Türkiyyat Araşdırma Enstitüsi. 2009.Taed 41
16.Azərbaycanlıların deportasiyası və onun nəticələri. BDU-nun 80 iliyi ilə bağlı Konfrans Materialları. BDU,1999. s.39
17.Problemin tədqiqinə yeni baxış. Gənc Aspirant və tədqiqatçıların VIII Respublika Elmi Konfransının Materialları.ADU-İ. 2005 s.85
18.Azərbaycanlıların deportasiyasına dair(Arxiv Materialları əsasında). Dirçəliş XXI əsr.B. 2013.s.196-204
19.Ermenilerin Erivan, Zengezur bölgelerinde Azərbaycan türklerine yürütdikleri etnik temizlik ve ssoykırım politikası.(1918-1920). Yeni Türkiye 77.Kavkazlar özel sayısı VIII s.173
20.Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası ərəfəsində dinləmələr və köçürülməyə qarşı etiraz formaları (1948-1953-cü illər) XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları mövzusuna həsr olunmuş IV Beynəlxalq Elmi Konfransın Materialları. 22-27 aprel 2017-ci il Azərbaycan Respublikası, Lənkəran şəhəri. s. 150-154
21.Azərbaycanlıların deportasiyası: “könüllü” köçürülmə və ya tarixi həqiqətlər (1947-1953) Bakı Dövlət Universitetinin Xəbərləri.(humanitar elmlər seriyası) BDU, №3,2017
22.Ermənistan SSR-də azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti (1988-19991-ci illər) Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası) BDU, №3, 2018 s. 104-109
23. Azərbaycanlıların tarixi–etnik torpaqlarından-Ermənistan SSR-dən deportasiyasının bəzi qaranlıq məsələləri barədə (1947-1953-cü illər)” “Qarabağ. Dünən, bu gün və sabah. 18-ci elmi-əməli konfransının materialları”. Bakı: 2019, s.74-83