AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

HƏSƏNOV BƏXTİYAR KAMİL OĞLU

HƏSƏNOV BƏXTİYAR KAMİL OĞLU

Tarixçi

Azərbaycan MEA Tarix İnstitutunun “Qarabağ Tarixi” şöbəsində böyük elmi işçi.

Həsənov Bəxtiyar Kamil oğlu 1969-cu il noyabrın 27-də keçmiş Ermənistan SSR-i Əzizbəyov rayonunun Gomur kəndində anadan olmuşdur.

1987-ci il Gomur kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1987-1989-ci illərdə Sovet ordusunda hərbi xidmət keçmişdir. 01.10.1990 – 01.04.1993 Babək rayon Çalxanqala kənd mədəniyyət evində bədii rəhbər işləyib. 1992-1997-ci ildə  Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinin Tarix ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 19.11.2001- 22.03.2002 Naxçıvan MR Əlilləri Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsində baş mühasib işləyib. 02.03.2003 Azərbaycan MEA A.А.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsində baş laborant kimi fəaliyyətə başlamış, kiçik elmi işçi, elmi işçi vəzifəsində çalışmışdır. 15.03.2004-25.05.2006 “Xilaskar” İnkişaf Cəmiyyətinin sədri, 03.08.2006-cı ildən “Sosial İnkişafa Dəstək” İctimai Birliyinin sədridir. 15.09.2007-2008 Turizm İnstitutunda Azərbaycan tarixi müəllimi işləyib. 2003- ildə “Xilaskar” İnkişaf Cəmiyyəti  tərəfindən həyata keçirilən «Bakı şəhərinin orta məktəblilərində hüquqi maarifləndirmə» layihəsinin eksperti, 2006- ildə Açıq Cəmiyyət İnstitunun dəstəyi ilə “Sosial İnkişafa Dəstək”  İctimai Birliyinin Naxçıvan MR-də həyata keçirdiyi «Naxçıvan Muxtar Respublikasında gənclərin (NİV/AİDS) İİV/QİÇS xəstəliyinə qarşı mübarizə sahəsində maarifləndirilməsi» layihəsi üzrə məsləhətçi, 2007-ci ildə “Sosial İnkişafa Dəstək”  İctimai Birliyinin Naxçıvan MR-də həyata keçirdiyi «Unudulmaqda olan mədəni ənənələrin dirçəldilməsində özünü idarə qurumlarının iştirak imkanları», “Yaradaq” layihəsinin rəhbəri olub. 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirlən “Qazax və Oğuz rayonlarında tarixi abidələrlə bağlı bələdiyyələrlə aparılan iş” layihəsinin rəhbəri, “Uşaq  bağçalarının özəlləşdirilməsi” layihəsinin məsləhətçisi olub. 2010-cu Bakı şəhərində QHT-lərə dəstək şurası və Türkiyə səfirliyinin maliyyə  yardımı ilə həyata keçirilən “Çanaqqaladan başlayan yol” layihəsinin rəhbəri olub.

Hal–hazırda Azərbaycan MEA Tarix İnstitutunun “Qarabağ Tarixi” şöbəsində böyük elmi işçi vəzifəsində işləyir. Müdafiə etdiyi mövzu “Azərbaycanın  Qarabağ regionu  XX əsrin əvvəllərində” adlı dissertasiya işi müdafiə etmişdir. Xarici və yerli jurnallarda 17 elmi məqaləsi nəşr edilmişdir. Ailəlidir, iki övladı var.                                      

        Məqalələri: 

  1. “Azərbaycanın Qarabağ bölgəsinin mübahisəli əraziyə çevrilməsi”. // Renessans. Rüblük elmi-kütləvi jurnal №3-4. Bakı: 2006, 125 s,s.87-89.
  2. “Azərbaycanın Qarabağ bölgəsinin mübahisəli əraziyə çevrilməsində Rusiyanın rolu”. “Qarabağ dünən, bu gün və sabah”.//5-ci elmi konfransının materialları toplusu. Bakı: 2006,   251 s,  s. 29-32.
  3. “Azərbaycan Demokratik Cumhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vəziyyət”. // Qarapapaqlar. Aylıq elmi-kütləvi dərgi. Tiblis: 2009, №6 (24), iyun, 62 s,  s. 8-14.
  4. “Yuxarı Qarabağda 1905-1906-cı il erməni təcavüzkarlığına dair”. “Qarabağ dünən, bu gün və sabah”. // 8-ci elmi konfransının materialları toplusu. Bakı: 2009,  251 s,  s. 13-17.
  5. “Yuxarı Qarabağda erməni separatizmi”. //  Azərbaycan Milli Emlər Akademiyası  Naxçıvan bölməsinin  “Xəbərlər”i. İctimai və humanitar elmlər seriyası. Naxçıvan: Tusi, 2010, №3, 334 s, s. 91-99.
  6. Qarabağ qırğınları. Prezident kitabxanasının elektron portalı. Bakı-2013. www.preslib.az.
  7. “XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar”. Azərbaycan və Şərqi Anadoluda Türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920) adlı III beynəlxalq elmi konfransın materialları. AMEA Tarix İnstitutu. Bakı: Turxan, 2015,№3, cild 11, 318 s, s.60-69.
  8. “XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ regionuna ermənilərin köçürülmsi və demoqrafik vəziyyət” // Azərbaycan Milli Emlər Akademiyası  Naxçıvan bölməsinin “Xəbərlər”i. İctimai və humanitar elmlər seriyası. Naxçıvan: Tusi, 2015, №3, 334 s, s. 91-99.
  9. “XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ regionunda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım”. Azərbaycanşünaslığın aktual problemləri / Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VI Beynəlxalq elmi konfransın materialları: 2 hissədə, I hissə. Bakı: Mütərcim, 2015, 538 s, s. 448-451.
  10. “Развитие хлопководства в Карабахском регионе Северного Азербайджана в начале ХХ века”. “Гилея”. Науковый весник. Начиональный педогогичний Университет имени М.П.Драгоманов. Киев: 2016, 403 с, с. 128-133.
  11. “Azərbaycanın Qarabağ regionunun inzibati ərazi bölgüsü (XX əsrin əvvəlləri)”. “Sivilizasiya” jurnalı. Bakı Avrasiya Universiteti. Bakı: Turxan, 2016, 243 s, s.85-93.
  12. “XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ regionunun qəzaları üzrə əhalinin statistik göstəriciləri”. “Geostrategiya” jurnalı. Bakı-2016, 76 s, s.53-57.
  13. “1918-1920-ci illərdə Azərbaycanın Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında ermənilərin Azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımlar” Azərbaycan və Şərqi Anadoluda Türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920) adlı III beynəlxalq elmi konfransın materialları. Bakı: Turxan, 2016,  621 s, s.396-403.
  14. “Şimali Azərbaycanın Qarabağ regionunda musiqinin inkişafı tarixindən (XIX əsrin sonu - XX əsrin əvvəlləri)”. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  ilə keçirilən Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin materialları.  Bakı: Elm və təhsil, 2016,  482 s, s. 450-454.
  15. “XIX –XX əsrin əvvəllərində Cənubi Qafqaz türkləri və onlarin sosial həyati (rus mənbələri əsasinda)” “İpek Yolu Turizm ve Ticaretinin Avrasiya Ülkelerinin Kalkınmasındakı Yeri” İsmli II. Uluslararası Türk Dünyası Turizm Sempozyumu Materyalları. 3-5 haziran, Almatı, 2016, s. 294-302.
  16. “Kuzey Azerbaycan’ın Karabağ Bölgesinin Tarihî Coğrafyası”.  Atatürk Araştırma Merkezi Dergisi Cilt : XXXIV / Güz: 2018 / Sayı: 98, Ankara, 2018, s. 445-468.
  17. “Azərbaycan Xalq Cumhuriyyətinin yaranması dövründə Böyük dövlətlərin Cənubi Qafqaz siyasəti və Qarabağ problemi”. IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve Sosyal Bilimler Sempozyumu. Türkcess, 27-30 Haziran. Bakı, 2018.
Paylaş: