ƏLİYEV ELDAR SABİR OĞLU
Tarixçi
Eldar Sabir oğlu Əliyev 1955-ci il, avqust ayının 3-də Bakı şəhərində anadan olub.
1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filoloqiya fakültəsini bitirmişdir.
1996-cı ildə Vətən tarixi ixtisası üzrə “Rusiya imperiyasının ali məktəblərində Azərbaycanlı tələbələrin ictimai-siyasi və mədəni-maarif həyatı tarixindən (XIX əsrin II yarısı – fevral 1917-ci il)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və 1997- ci il yanvarın 13-də tarix elmləri namizədi alimlik dərəcəsini almışdır.
Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinin aparıcı elmi işçisidir. 30-dan çox elmi məqalənin və 1 monoqrafiyanın müəllifidir.
2018-ci ildən Vətən tarixi ixtisası üzrə “Şimali Azərbaycanın ictimai-siyasi həyatını öyrənilməsi üçün Rusiya imperiyasının qanunlarının tam külliyyatı (PSZRİ) mənbə kimi” adlı mövzu üzərində işləyir.
Monoqrafiya:
Məqalələri:
Azərbaycan dilində:
Rus dilində:
Алиев Э.С. доктор философии по истории, в.н.с. Института истории Национальной Академии Наук Азербайджана. К вопросу о решении проблемы образования в северном Азербайджане в деятельности Бакинской городской думы в конце ХIХ – начале ХХ вв.