Mirheydər Nəzər oğlu Mirzəyev 1948-ci ilin iyul ayının 5-də Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. M.N.Mirzəyev 1966-cı ildə Cəlilabad rayonu Nizami adına 1 №-li orta məktəbi bitirdikdən sonra S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuşdur. 1971-ci ildə təhsilini başa vurduqdan sonra, qısa bir müddət ərzində Cəlilabad rayonu, Novoqolovka kənd məktəbində tarix-coğrafiya müəllimi işləmiş, daha sonra 1972-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olaraq ali təhsilini davam etdirmişdir. Aspiranturada təhsil aldığı müddətdə qədim akkad dilini öyrənmək məqsədilə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə ezam olunmuşdur. 1973-1975-ci illərdə həmin fakültədə şumer və akkad dillərinin mütəxəssisi, mixi yazını tədris edən professor R. A. Qribovun rəhbərliyi ilə akkad dili üzrə filoloji hazırlıq kursunu bitirmişdir. Aspirantura təhsilini başa vurduqdan sonra 1975 – 1979-cu illərdə Mirheydər Mirzəyev S.M.Kirov adına ADU (indiki BDU) “Ümumi tarix” kafedrasında, 1979-cu ildən ömrünün son günlərinə qədər “Qədim dünya və orta əsrlər tarixi” kafedrasında müəllim, baş müəllim, dosent işləmişdir. O, görkəmli elm xadimi, professor Y.Yusifovun rəhbərliyi ilə “Babilistan Kassi sülaləsinin hakimiyyəti dövründə (e.ə. XVI-XII əsrlər)” mövzusunda namizədlik dissertasiyası üzərində tədqiqat işi aparmış və 1995-ci ildə müdafiə etmişdir. Uzun illər BDU-nin müəllimi kimi fəaliyyət göstərməklə yanaşı, 2004-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycanın qədim tarixi” şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Keçmiş SSRİ məkanında Akkad dili və Mixi yazılar üzrə az sayda olan mütəxəssislərdən biri olmuşdur. Onun tədqiqatları və əsərləri Qədim dünya tarixinin istər dünya, istərsə də Azərbaycan alimləri tərəfindən Mesopotamiya, Babilistan və İran tarixinin kifayət qədər öyrənilməmiş dövrlərini əhatə etməklə, bir çox müasir tədqiqatçılar üçün mənbə rolunu oynayır. Görkəmli tarixçi 2007-ci ilin noyabrın 6-sı qəflətən ürək tutmasından vəfat etmişdir.
Üç oğlu,bir qızı var.
Elmi əsərləri:
- О рабовладельческих отношениях в касситской Вавилонии// VIII Всесоюзная конференция по древнему Востоку, посвященная памяти В.В. Струве. Москва 6 – 9 февраля 1979. M., 1979, с. 61-62
- Некоторые аспекты культуры касситской Вавилонии // Древневосточная культура и вопросы ее преподавания в высшей школе. Тезисы. Даугавпилс, 1981,с.2
- Цены на движимое имущество в касситской Вавилонии XIV-XIII вв. до н.э. // Вестник древней истории. M., 1982, № 3, с. 77-90
- Вавилонское право во время господства Касситской династии //IX авторско-читательская конференция журнала «Вестник древней истории». АН СССР. Тезисы докладов. М.,1984,с.17
- Babilistan kassilərin hakimiyyəti dövründə (XVI- XII yüzilliklər) // 1983-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş elmi konfransın materialları .Tezis, Bakı 1984, s. 56-57
- «Qədim dünya tarixi» üzrə proqram. Tərtib edənlər V.İ.Kuzişşin, S.S.Solovyova/ Rus dilindən tərcümə edən M.N.Mirzəyev. Bakı, 1984, 64 s.
- Qədim Babil mədəniyyətində dinin rolu// Yaxın və orta şərq ölkələrinin ictimai-siyasi həyatında dinin yeri (elmi əsərlərin tematik məcmuəsi) Bakı, 1985, s. 9-15
- Kassilər dövründə Babilistanın Misirlə əlaqələrinə dair//1981-1985-cı illərdə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı, 1986, s.80
- «Babilistan e.ə.II minillikdə». İxtisas kursu proqramı. Bakı, 1986, 12 s.
- О рабстве в касситской Вавилонии.// Вестник древней истории. № 4, М., 1988, с. 109-131
- Kassilərin hakimiyyəti dövründə Babilin Misirlə əlaqələri haqqında// Qədim və Orta əsr Şərqi və Aralıq dənizi hövzəsi (elmi əsərlərin tematik toplusu). Bakı, 1989, s. 24-37
- Türk xalqlarının tarixi (Qədim və orta əsrlər). Proqram. Tərtib edən Ə.İ.Muxtarova. Redaktor M.N. Mirzəyev. Bakı.1993, 30 s.
- Ə.İ.Muxtarova.Türk xalqlarının tarixi (Qədim və orta əsrlər). I hissə. Metodik vəsait. Elmi redaktoru M.N. Mirzəyev. Bakı, 1994,76 s.
- О государственном управлении в касситской династии Вавилонии // Tarix və onun öyrənilməsi problemləri. IV buraxılış. Bakı, 1995, s. 44-59
- Вавилония в период господства касситской династии (XVI-XII вв. до н.э.) / Автореф.канд.диссертации. Bakı, 1995, 60 с.
- К ранней истории касситско-вавилонского царства (XVI – сер. XV вв.до н.э.) // Tarix və onun problemləri. 1997. №1, s.14-19
- Взаимоотношения касситской Вавилонии с соседними государствами в XIV-XII вв. до н.э.(I статья) // Tarix və onun problemləri. Bakı.1997.№ 2, s. 242-252
- İsmayıl Məmmədov. Hunlar/Dərs vəsaitinin elmi redaktoru M.N.Mirzəyev. Bakı 1997
- Yusif Bəhlul oğlu Yusifovun xatirəsinə// Tarix və onun problemləri. Bakı.1998, № 1, s 281-285. (Q.Qeybullayevlə birlikdə)
- Взаимоотношения касситской Вавилонии с соседними государствами в XIV-XII вв. до н.э. (II статья) // Tarix və onun problemləri, Bakı.1998, № 3, s. 14-22
- Həvil Abdulla oğlu Həvilov – 60// Tarix və onun problemləri. Bakı,1998, № 3 s. 229-231 (N.Quliyevlə birlikdə)
- Kassi sülaləsinin süqutundan sonrakı dövrdə kassi etnosunun Babil tarixində yeri // Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. 27-29 cild may, Humanitar və sosial-siyasi elmlər. Bakı 1998,s.7-8
- Yaqub Mahmudov-60. Biblioqrafiya/ Tərtibçi M.N.Mirzəyev, N.Məmmədova. Bakı: Altay, 1998
- Əsməd Muxtarova. Türk xalqlarının tarixi/ Dərs vəsaitinin elmi redaktoru M.N.Mirzəyev. Bakı 1998
- Vətəndaş, alim-ziyalı (Yaqub Mahmudovun 60 illiyinə). “Xalq” qəzeti, 6 fevral 1999 (həmmüəllif)
- Axtarışda keçən ömür // Tarix və onun problemləri, Bakı,1999, № 1. s 215-216(həmmüəllif)
- Nəsimi Məmməd oğlu Quliyev-60// Tarix və onun problemləri, Bakı, 1999, № 3/4 s. 215-216 (M.Fətəliyevlə birlikdə)
- Zəhmətlə yoğrulmuş ömür// Tarix və onun problemləri, Bakı, 1999, № 3/4, s 217-218 (M.Fətəliyevlə birlikdə)
- Vətən daşına vətəndaş sevgisi. Mirnağı Nəzərlinin “Tariximizin daş yaddaşı”. Ön söz M.N. Mirzəyev. Bakı. 2001.
- Qədim şərq tarixi. metodik vəsait. Bakı: BDU nəşriyyatı, 2001.
- Qədim dünya tarixi. 6-cı sinif. Ümumtəhsil məktəbləri üçün dərslik. Bakı: Maarif, 2001. (V.N.Əliyev , İ.A.Babayevlə birlikdə)
- Tarix fakültəsinin qiyabi tələbələri üçün ixtisas fənlərindən metodik vəsait/ M.Fətəliyevlə birlikdə. Bakı: BDU nəşriyyatı 2002
- Yusif Bəhlul oğlu Yusifovun elmi irsinə dair// Tarix və onun problemləri. Bakı, 2002. № 1, s. 193-209
- Azərbaycan: qısa dövlətçilik tarixi/elmi red.:M.N. Mirzəyev,red.: E.M. Lətifova. Bakı: Təhsil, 2002, 328 s.
- Qədim Azərbaycan – Mesopotamiya əlaqələrinə dair (Mesopotamiyada kuti hakimiyyətinin başlanğıcından II Ur sülaləsinin sonuna qədər) // Tarix və onun problemləri.2003.№2, s.193-209
- Qədim Azərbaycan tayfalarının Aşşur hərbi ekspansiyasına qarşı mübarizəsi tarixindən (e.ə.XVIII əsrin 1-ci yarısı)//AMEA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. 2005. №5-6,s.36-53
- Yusifov Y.B. Qədim Şərq tarixi/ Dərsliyin elmi redaktorları t.e.d. İdeal Nərimanov və t.e.n. Mirheydər Mirzəyev. Bakı: Çıraq, 2005.
- Qədim Yaxın Şərqdə xarici ticarət və gömrük işinə dair //Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik (Müstəqil Azərbaycan Respublikasında Dövlət Gömrük Komitəsi yaradılmasının 15 illiyinə həsr olunur)/Red.:Yaqub Mahmudov/Azərbaycan MEA A.A. Bakıxanov adına Tarix İnstitutu. Bakı: Elm. 2007
- Azərbaycanın qədim tarixinin bəzi məsələlərinə dair//Tarixin metodoloji və aktual problemləri: Beynəlxalq elmi-nəzəri konfrans: Tezislər/ Red. Y.M. Mahmudlu, T.Mustafazadə, Ş.Fərzəliyev/AMEA A.A.Bakixanov adına Tarix İnstitutu və Azərbaycan Tarixi Qurumu. Bakı: Nurlan, 2007