Vasif Vaqif oğlu Qafarov 1982-ci il yanvar ayının 25-də Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. 2003-cü ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. 2006-2009-cu ildə BDU-nun Tarix fakültəsinin əyani doktorantı olub, 2009-cu ildə “Şimali Azərbaycan məsələsi Rusiya-Türkiyə münasibətlərində (1917-1922)” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 25 aprel 2017-ci il tarixli qərarı ilə dosent elmi adını almışdır.
Vasif Qafarov AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının 4 fevral 2014-cü il tarixli qərarı ilə tarix üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Ümumi tarix” və “Vətən tarixi” ixtisasları üzrə doktoranturaya qəbul olunmuş, “Birinci dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti” mövzusunda doktorluq dissertasiyasını vaxtından əvvəl yazıb bitirmiş və 2018-ci ildə elmi müzakirəyə təqdim etmişdir. Doktorluq işi elmi müzakirələrdən uğurla keçmiş və müdafiəsinin təşkili üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmişdir.
Vasif Qafarov əmək fəaliyyətinə 2006-cı ildən Qərb Universitetində başlamış, 2007-ci ildən 2010-cu ilədək Azərbaycan Universitetinin “Beynəlxalq hüquq və tarix” kafedrasında müəllim, 2010-2014-cü illərdə “İctimai elmlər” kafedrasına baş müəllim və 2014-2017-ci illərdə dosent vəzifələrində çalışmışdır. Vasif Qafarov həmçinin 2014-2015-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu”nda tarixçi-ekspert vəzifəsində çalışmışdır. O, 2017-ci ilin yanvar-sentyabr aylarında AMEA Qafqazşünaslıq İnstitutunun Şimali Qafqaz şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Vasif Qafarov 2013-cü ildən, eyni zamanda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsində yarımştat vahidi üzrə aparıcı elmi işçi vəzifəsində çalışmış, 2017-ci ilin sentyabrından etibarən isə Tarix İnstitutunda adı çəkilən şöbədə tam ştat vahidi üzrə aparıcı elmi işçi vəzifəsində çalışmaqdadır. Tarix İnstitutunda fəaliyyət göstərən elmi seminarın və institutun Gənc alimlər və mütəxəssislər Şurasının üzvüdür.
Vasif Qafarovun elmi axtarışlarının əsas istiqamətini Azərbaycanın XIX əsr – XX əsrin əvvəlləri dövrünün tarixinin müxtəlif məsələlərinin araşdırılması təşkil edir. O, Azərbaycanın XIX-XX əsrlər tarixinin müxtəlif problemlərini əhatə edən elmi əsərlərin yazılmasında, sənədlər toplularının hazırlanmasında iştirak etmişdir. Vasif Qafarov Azərbaycanda və xarici ölkələrdə nəşr olunmuş 11 kitabın və 80-dən çox elmi məqalənin müəllifidir. O, Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan, Monteneqro və digər ölkələrdə keçirilən 30-dən çox beynəlxalq elmi konfransda iştirak etmiş və elmi məruzələrlə çıxış etmişdir.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi
şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d., dos. Vasif Vaqif oğlu Qafarovun elmi əsərləri
Tədqiqat işi:
- Şimali Azərbaycan məsələsi Rusiya-Türkiyə münasibətlərində (1917-1922). Tarix e. n. a. dər. al. üçün təq. ed. Diss-nın avtoreferatı: 07.00.02 / Azərb. Resp. Təhsil Nazirliyi, BDU, Bakı: 2009, 27 s.
- Şimali Azərbaycan məsələsi Rusiya-Türkiyə münasibətlərində (1917-1922). Tarix e. n. a. dər. al. üçün təq. ed. Diss: 07.00.02 / Azərb. Resp. Təhsil Nazirliyi, BDU, Bakı: 2009, 202 s.
- Birinci dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti. Tarix e. d. a. dər. al. üçün təq. ed. Diss: 5502.01 / AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Bakı: 2018, 358 s.
- Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922), Bakı, Azərnəşr, 2011, 474 s.
- Büyük Devletler Kıskacında Bağımsız Azerbaycan (1918-1920), Editör: Qiyas Şükürov ve Vasif Qafarov. İstanbul, IQ Kültür Sanat Yayıncılık, 2010, 438 s.
- A törtênelem vêres, elfelejthetetlen pillanatai “Qenecîdium”. Budapest, 2015, 76 p.
- Azərbaycan beynəlxalq münasibətlərdə (1918-1922).Bakı, Azərbaycan Universiteti Nəşriyyatı, 2016, 214 s.
- Azərbaycan Cümhuriyyətinin xarici siyasəti. 1918-1920. Bakı, Azərbaycan Universiteti Nəşriyyatı, 2016, 128 s.
- Azərbaycan Cümhuriyyəti tarixi. 1918-1820-ci illər. (Osmanlı arxiv sənədləri əsasında). Bakı, Elmin İnkişafı Fondu, 2017, 520 s. (həmmüəllif).
- Türkiye-Rusya İlişkilerinde Azerbaycan Meselesi (1917-1922). İstanbul, TEAS-PRESS, 2018, 496 s.
- Azerbaycan Cumhuriyeti (1918-1920). Osmanlı Arşiv Belgeleri. İstanbul, TEAS-PRESS, 2018, 728 s. (həmmüəllif).
- Birinci Dünya Savaşı ve Azerbaycan. Osmanlı Arşiv Belgeleri. İstanbul, TEAS-PRESS, 2018, 684 s. (həmmüəllif).
- Kafkasya`da “Ermeni Meselesi” (1895-1912). Osmanlı Arşiv Belgeleri. İstanbul, TEAS-PRESS, 2018, 776 s. (həmmüəllif).
- Azerbaycan Cumhuriyeti Osmanlı Basınında (1918-1920). İstanbul, TEAS-PRESS, 2018, 866 s. (həmmüəllif).
- Azərbaycan Parlamentarizmi tarixi. 2 cilddə. I cild. Bakı, Mütərcim, 2018, 688 s. (həmmüəllif).
- Birinci Dünya Müharibəsinin Sonunda Bakı Nefti Uğrunda Alman-Türk Ziddiyyətləri / Gənc Tədqiqatçıların Azərbaycan Xalq Cümhuriyyətinin 86-cı ildönümünə həsr olunmuş III Elmi-Praktik Konfransının Materialları, Bakı, 2004, s. 70-76.
- Birinci Dünya Müharibəsinin sonunda İngiltərənin Bakı nefti uğrunda mübarizəsi / Gənc Tədqiqatçıların Azərbaycan Xalq Cümhuriyyətinin 87-ci ildönümünə həsr olunmuş IV Elmi-Praktik Konfransının Materialları, Bakı, 2005, s. 83-88.
- Ekim 1917 Devriminden Sonra Bolşevik Rusya’nın Azerbaycan Siyaseti ve Bakü Sorunu // Gazi Akademik Bakış, c. 2, sy. 3 (Ankara, 2008), ss. 139-151. (Index Copernicus; DOAJ).
- Türk-Tatar Heyətinin Avropa Səfəri (Osmanlı-Rusiya Münasibətləri Kontekstində) / Tarix və Onun Problemləri, № 3 (Bakı, 2008), s. 129-135.
- Batum Konfransı və Azərbaycan // Tarix və Onun Problemləri, № 1-2 (Bakı, 2009), s. 81-89.
- Brest-Litovsk konfransında Qafqaz müsəlmanlarının müstəqilliyi məsələsi // Bakı Universitetinin Xəbərləri: Humanitar Elmlər Seriyası, № 2 (Bakı, 2009), s. 117-124.
- Berlində aparılan Türk-Alman-Rus danışıqlarında Azərbaycan məsələsi // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, № 4 (Bakı, 2009), s. 142-149.
- Türkiyə-Rusiya yaxınlaşması və Azərbaycanın 1920-ci il 27 Aprel İstilası // Azərbaycan Dillər Universiteti Elmi Xəbərləri, № 2 (Bakı, 2009), s. 335-343.
- Moskva Konfransında Azərbaycanın ərazi bütövlüyü məsələsi ətrafında Türk-Rus diplomatik Çəkişmələri // Bakı Slavyan Universiteti, Humanitar Elmlərin Öyrənilməsinin Aktual Problemləri, № 3 (Bakı, 2009), s. 290-294.
- Rusiyanın geostrateji maraqlarında Azərbaycanın yeri: 1917-1918-ci illər // Dirçəliş-XXI əsr, № 133-134 (Bakı, 2009), s. 340-347.
- Azerbaijan’s Independence and the Geointerests of the Russian and Ottoman Empires // İSSC, The Caucasus & Globalization. Sweden, 2009, Volume 3, Issue 2-3, pp. 193-204.
- Независимость Азербайджана в контексте геоинтересов Российской и Османской империй // ИСИК, Кавказ & Глобализация. Швеция, 2009, Том 3, Выпуск 2-3, ст. 219-232.
- Russian-Turkish Rapprochement and Azerbaijanian’s Independense (1919-1921) // İSSC, The Caucasus & Globalization. Sweden, 2010, Volume 4, Issue 1-2, pp.. 205-212.
- Русско-Турецкое сближение и независимость Азербайджана (1919-1921гг.) // ИСИК, Кавказ & Глобализация. Швеция, 2010, Том 4, Выпуск 1-2, ст. 240-248.
- Moskva Konfransında Azərbaycanın ərazi bütövlüyü məsələsi / Gənc Tədqiqatçıların Ümumrespublika Konfransının Elmi Materialları, Qafqaz Universiteti, Bakı, 2010, s. 257-263.
- Osmanlı-Rusya İlişkileri Bağlamında Bağımsız Azerbaycan (1917-1920) / Büyük Devletler Kıskacında Bağımsız Azerbaycan (1918-1920), ed. Qiyas Şükürov ve Vasif Qafarov, IQ Kültür Sanat Yayıncılık, İstanbul, 2010, s. 95-111.
- Rusya-Azerbaycan İlişkileri ve Nisan İstilası / Büyük Devletler Kıskacında Bağımsız Azerbaycan (1918-1920), ed. Qiyas Şükürov ve Vasif Qafarov, IQ Kültür Sanat Yayıncılık, İstanbul, 2010, s. 257-273.
- Territorial Integrity of Azerbaijan at the Turkish-Russian Talks of 1921 (The Moscow and Kars Conferences) // İSSC, The Caucasus & Globalization. Sweden, 2011, Volume 5, Issue 1-2, pp.. 157-167.
- Вопрос территориальной целостности Азербайджана на турецко-российских переговорах 1921 года (Московская и Карсская конференции) // ИСИК, Кавказ & Глобализация. Швеция, 2011, Том 5, Выпуск 1-2, ст. 180-191.
- Batum Konfransı və Azərbaycan / Azərbaycan inkişaf etmiş cəmiyyətə doğru: Reallıqlar, Perspektivlər, Gənc Tədqiqatçıların 2 Fevral – Gənclər gününə həsr edilmiş Elmi-Praktik Konfransının Materialları, Azərbaycan Universiteti, Bakı, 2011, s. 189-191.
- İrəvanın Ermənistana verilməsi məsələsi / Qloballaşma şəraitində davamlı inkişafın aktual probləmləri: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 80-ci ildönümünə və Müasir Azərbaycan Dövlətçiliyinin 93 illiyinə həsr edilmiş Beynəlxalq Konfransın Materialları, Azərbaycan Universiteti, Bakı, 2011, s. 287-291.
- The Azerbaijani delegation to the Paris Peace Conferense // Visions of Azerbaijan (The European Azerbaijan Society), Jule-August 2012 (Baku), pp. 40-45.
- Türkiye-Rusya Münasebetlerinde Azerbaycan Meselesi (1920-1921) / 3. Uluslararası Kafkasya Tarih Simpozyumu (Kars Antlaşmaları ve Bölgesel Etkileri), 13-15 Ekim 2011, Kafkas Universitesi, Kars/Türkiye, Kars, 2012, s. 169-195.
- 1918-ci ilin Mart Soyqırımı / Azərbaycanlıların Soyqırımı Arxiv Sənədlərində, I Beynəlxalq Elmi Konfransın materialları, Azərbaycan Universiteti, Bakı / Azərbaycan, 29-30 mart 2013, s. 159-167.
- 1918 Senesinin Mart Ayında Ermenilerin Bakü’de Yapmış Oldukları Soykırım Cinayetleri // Yeni Türkiye, Ermeni meselesi Özel Sayısı, Eylül-Aralık 2014, Yıl 20, Sayı 62, Cilt III, s. 2539-2552.
- 1917 Rus Devrimi’nden Sonra Güney Kafkasya’da Politik ve Askeri Gelişmeler ve Ermeni Devletinin Kurulması // Yeni Türkiye, Ermeni meselesi Özel Sayısı, Eylül-Aralık 2014, Yıl 20, Sayı 63, Cilt IV, s. 3211-3232.
- Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti // “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransın materialları, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Elmi Əsərlər. Xüsusi Buraxılış. Bakı, 2014, № 48-50, s. 45-59.
- Batum konfransında İrəvanın ermənilərə verilməsi məsələsi / “Milli mənəvi dəyərlərin qorunması qloballaşan dünyamızın aktual problemidir” mövzusunda elmi-praktik konfransın materialları, Azərbaycan Universiteti, Bakı, 2014, s. 436-443.
- Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə yeri, Xalq qəzeti, 29.05.2014.
- 1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi soyqırım cinayətləri Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində // Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər). 15-17 aprel 2015, Quba şəhəri. II Beynəlxalq Elmi Konfransın Materialları, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Elmi Əsərlər. Xüsusi Buraxılış. Bakı, 2015, № 52, 53, 54, 55, s. 107-118.
- Brest-Litovsk Barış Konferansı’nda Osmanlı Devleti’nin Kafkasya Politikası // Yeni Türkiye, Kafkasya Özel Sayısı, 2015, Sayı 73, Cilt III, s. 215-227.
- Osmanlı-Azərbaycan münasibətlərində “ilhaq” məsələsi” // AMEA Xəbərlər, İctimai elmlər seriyası, № 1, (Bakı, 2015), s. 119-137.
- Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Türkiyə arxivlərindən öyrənmək olar, Azərbaycan qəzeti, 24 aprel 2015.
- Çanaqqala döyüşündə azərbaycanlılar // Füyuzat, № 2 (82), 2015 (1906-1907), s. 8-14.
- Azərbaycan Xalq Cümhuriyyətinə gedən yol, Xalq qəzeti, 23-24 may 2015.
- Brest-Litovsk sülh konfransı dövründə Osmanlı dövlətinin Qafqaz siyasəti // Naxçıvan Universiteti, Elmi əsərlər, № 1 (1), 2015, s. 19-35.
- 1918-ci ildə ermənilərin Azərbaycanda törətdikləri soyqırım Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində / “Uydurma erməni soyqırımı: yalanlar, iftiralar; Türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər” mövzusunda II Beynəlxalq elmi konfransın materialları. Azərbaycan Universiteti, Bakı, 2015, s. 54-65
- Cənubi Qafqazda ərazi-sərhəd mübahisələri və İstanbul konfransı (1918) / Tarixi İpək Yolu və Naxçıvanın iqtisadi-mədəni əlaqələrinin inkişafı məsələləri mövzusunda Beynəlxalq İpək Yolu Konfransı. Naxçıvan Universiteti, Naxçıvan/Azərbaycan, 15-17 oktyabr 2015, s. 23-24.
- Şamaxı soyqırımında Azərbaycanın məruz qaldığı itki və tələfatlar (Fövqəladə Təhqiqat Komissiyasının materialları əsasında) // Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər). 7-10 aprel 2016, Şamaxı şəhəri. III Beynəlxalq Elmi Konfransın Materialları, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Elmi Əsərlər. Xüsusi Buraxılış. Bakı, 2016, № 56, 57, 58, s. 303-312.
- Birinci Dünya Savaşı Yıllarında Rus Esirlerin Tutuldukları Osmanlı Kampları ve Yozgat Üsera Garnizonu / Uluslararası Bozok Simpozyumu, 5-7 May 2016, Bozok Universitesi, Yozgat/Türkiye, Bildiri Özetleri, s. 480-481.
- Birinci Dünya Savaşı Yıllarında Rus Esirlerin Tutuldukları Osmanlı Kampları ve Yozgat Üsera Garnizonu / Uluslararası Bozok Simpozyumu, 5-7 May 2016, Bozok Universitesi, Yozgat/Türkiye, Bildiri Kitabı, II Cilt. Yozgat, Bozok Universitesi Yayınları, 2016, s. 122-131.
- Osmanlı-Macaristan İlişkileri Bağlamında “Turan Heyeti”nin Budepeşte Seferi / Uluslararası “Osmanlı-Macaristan-Habsburg İlişkileri ve Kanuni Sultan Süleyman” Simpoziumu, 23-27 Kasım 2016, Budapeşt/Macarıstan, Bildiri Özetleri, s. 90-91.
- İrəvanın verilməsi: Osmanlı niyə çibanı kökündən təmizləmədi?! (I yazı), “az.vision.az” saytı, 26.05.2016.
- Qərbi Azərbaycanı ermənilərə kim vermişdi – Tarixi araşdırma (II yazı), “az.vision.az” saytı, 27.05.2016.
- İrəvanın verilməsi: Osmanlı niyə çibanı kökündən təmizləmədi?!, Respublika qəzeti, № 149 (5600), 14 iyul 2016.
- Berlin danışıqlarında “Azərbaycan məsələsi” və “Osmanlı-Alman protokolu” (1918 sentyabr-oktyabr) // Naxçıvan Universiteti, Elmi əsərlər, № 1 (2), 2016, s. 21-34.
- İrəvanın ermənilərə verilməsi və erməni dövlətinin yaradılması prosesi // AMEA Xəbərlər, İctimai elmlər seriyası, № 4, (Bakı, 2016), s. 25-33.
- Birinci Dünya Savaşı`nın Sonunda Kafkasya`da Osmanlı-Almanya Çatışması Ve Osmanlı-Alman Protokolü (23 Eylül 1918) // Amasya Üniversitesi Sosial Bilimler Dergisi (ASOBİD), Aralık 2017, Cilt 1, Sayı 2, s. 99-144.
- “Qafqaz” və “Türk-tatar” heyətlərinin Avropa səfəri və onun nəticələri // AMEA Xəbərlər, İctimai elmlər seriyası, № 3, (Bakı, 2017), s. 69-87.
- Birinci dünya müharibəsinin əvvəllərində Qafqazda Azərbaycan və gürcü dövlətləri yaradılması ideyası // Tarix və Onun Problemləri, № 4 (Bakı, 2017), s. 58-65.
- Birinci dünya müharibəsi illərində Osmanlı dövlətində qurulan könüllü Azərbaycan taburları // AMEA Tarix İnstitutu, Elmi əsərlər, Bakı, 2017, 68-ci cild, s. 104-115.
- Osmanlı imperiyasının Qafqaz siyasəti və müstəqil Azərbaycan ideyası (1914-1915-ci illər) // Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Əsərləri, Bakı, 2017, s. 256-274.
- İrəvanın ermənilərə verilməsi və erməni dövlətinin yaradılması prosesi // Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər). 23-27 aprel 2017, Lənkəran şəhəri. IV Beynəlxalq Elmi Konfransın Materialları, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Elmi Əsərlər. Xüsusi Buraxılış. Bakı, 2017, № 56, 57, 58, s. 277-284.
- Şimali Qafqazda etnik münaqişələr / Qafqazşünasların I Beynəlxalq Forumu. 17-18 aprel 2017, Bakı, AMEA Qafqazşünaslıq İnstitutu, 2017, s. 71-80.
- XX əsrin əvvəllərində Azərbaycan milli azadlıq hərəkatında gender bərabərliyi məsələsi / Gender problemi və müasir Azərbaycan. Respublika elmi konfransının materialları. 25 noyabr 2017, Bakı, Azərbaycan Universiteti, 2017, s. 238-243.
- 1918-ci il soyqırımları zamanı Bakı quberniyası üzrə itki və tələfatlar // XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları. 25-29 aprel 2018, Qusar şəhəri. V Beynəlxalq Elmi Konfransın Materialları, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Elmi Əsərlər. Xüsusi Buraxılış. Bakı, 2018, № 70, 71, 72, s. 303-309.
- 1918-ci ilin İyun böhranı haqqında // AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Elmi Əsərlər. “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusuna həsr olunmuş Beynəlxalq Elmi Konfransın Materialları, Xüsusi Buraxılış, 2018, № 74, 75, 76, s. 317-321.
- Batum konfransı və müstəqil Azərbaycan Cümhuriyyətinin yaradılması // AMEA Xəbərlər, İctimai elmlər seriyası, № 1, (Bakı, 2018), s. 63-83.
- Maarif və mədəniyyət sahəsində Osmanlı-Azərbaycan əməkdaşlığı (1918-ci il) // AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Axtarışlar, Naxçıvan, 2018, № 1 (27), Cild 8, s. 185-195.
- Политика Османской Империи по организации восстания мусульман против России в годы первой мировой войны // “Вопросы истории” (Москва), 2018, № 3, c. 70-82.
- Osmanlı-Azərbaycan iqtisadi əməkdaşlığı (1918-ci il iyun-oktyabr) // AMEA Tarix İnstitutu, Elmi əsərlər, Bakı, 2018, 69-cu cild, s. 161-184.
- Osmanlı-Azərbaycan hərbi əməkdaşlığı və Azərbaycan milli ordusunun yaradılması prosesi (1918-ci il iyun-oktyabr) // Naxçıvan Universiteti, Elmi əsərlər, 2018, № 1 (8), s. 194-210.
- İstanbul konfransı və Azərbaycan-Şimali Qafqaz ittifaq müqaviləsi layihəsi // Tarix və Onun Problemləri, № 2 (Bakı, 2018), s. 175-181.
- Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (1918-ci il iyun-oktyabr) // Strateji təhlil. 2018, Sayı 1-2 (23-24), s. 135-162.
- 1918-ci ilin yazında Azərbaycandan Osmanlı dövlətinə göndərilən ilhaqnamələr və ilhaq heyətləri // Dövlət idarəçiliyi: Nəzəriyyə və təcrübə, 2018, № 2 (62), s. 205-212.
- Təhsil və Mədəniyyət Sahəsində Azərbaycan-Osmanlı Əməkdaşlığı (1918-ci il) // Azərbaycan Məktəbi, 2018, № 2, s. 125-137.
- Azərbycanla Gürcüstan arasında ərazi-sərhəd məsələləri və İstanbul konfransı (1918-ci il) // AMEA Xəbərlər, İctimai elmlər seriyası, № 4, (Bakı, 2018), s. 20-30.
- Батумская конференция и Азербайджан / Азербайджанская Республика – 100. История, политика, культура: сборник статей / сост. Ш.Н.Камалова. – СПб.: Нестор-История, 2018, с. 135-154.
- İrəvanda erməni dövləti necə yaradıldı, I Hissə: https://lent.az/news/316721; II Hissə: https://lent.az/news/316816; III Hissə: https://lent.az/news/316879; IV Hissə: https://lent.az/news/316923; V Hissə: https://lent.az/news/317061
- Ermənistanın təşəkkülü və İrəvanin ermənilərə verilməsi məsələsi (İlk dəfə elmi dövriyyəyə daxil edilən tarixi sənədlər işığında) - 1918-ci ildə İrəvan bölgəsində erməni dövləti necə və hansı öhdəliklər qarşılığında yaradıldı?, Respublika qəzeti, № 120 (6447), 2 iyun 2019, s. 7; № 122 (6449), 5 iyun 2019, s. 6; № 123 (6450), 8 iyun 2019, s. 6.
- Türk-Sovyet Görüşmülüerinde Azerbaycan`ın Toprak Bütünlüğü ve Egemenliği Meselesi (1920-1922), “100. Yılında 19 Mayıs ve Milli Mücadele” Uluslararası Sempozyumu, 11-14 Haziran 2019, Samsun/Türkiye, Program ve Özet Kitapçılığı, s. 175-176.
- Ermənistanın təşəkkülü və İrəvanın ermənilərə verilməsi məsələsi / Ermənistanın işğalçı siyasətinin ifşası (məqalələr toplusu). AVCİYA. Bakı, CBS Poliqrafiya, 2019, 76-104.
- Issue of Armenia`s formation and the transfer of Irevan to Armenians / Exposure of Armenia`s occupation policy (compilation of articles). Baku, ACSDA, CBS Polygraphic, 2019, 231-260.
Əsərlərinin tam siyahısı