Rəhmanzadə Şamil Fazil oğlu 1972-ci il, iyul ayının 29-da anadan olmuşdur. Ali təhsillidir. 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan EA A.A.Bakıxanov adına Tarix Institutu nəzdində aspiranturaya daxil olmuşdur.
Ş.F. Rəhmanzadə 1998-ci ilin yanvarında Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın yeni tarixi» şöbəsində kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2003-cü ilin yanvarından isə yenicə yaradılmış «Qafqaz tarixi» şöbəsində çalışır. 2004-cü ildən attestasiyanın nəticələrinə görə elmi işçi vəzifəsinə, 2007-ci ilin dekabrında böyük elmi işçi, 2014-cü ilin iyulunda aparıcı elmi işçi vəzifəsinə keçirilmişdir.
2012-ci ilin yanvarında Ş.F.Rəhmanzadə Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. 2018-ci ildə dosent elmi adı almışdır.
İnstitutda çalışdığı müddətdə Ş.F.Rəhmanzadənin Azərbaycanın şimal-qərb bölgəsinin tarixinə, habelə Azərbaycan – Gürcüstan münasibətlərinə, Azərbaycanda mədəni maarifçiliyə və s. mövzulara dair müxtəlif nəşrlərdə 30-dək məqaləsi çap olunmuşdur. Ş.F.Rəhmanzadə bir fərdi və dörd kollektiv monoqrafiyanın, o cümlədən Səmərqənddə UNESCO-nun təşəbbüsü və dəstəyi ilə beynəlxalq elmi layihə çərçivəsində rus və ingilis dillərində işıq üzü görmüş “Qafqazda və Mərkəzi Asiyada ictimai-mədəni islahatçılığın tarixi” adlı monoqrafiyanın həmmüəlliflərindəndir.
Şamil Fazil oğlu Rəhmanzadə Azərbaycan Respublikasında, Rusiyada Türkiyədə, Yunanıstanda, Bolqarıstanda, Özbəkistanda, Belarusda, Ukraynada keçirilən beynəlxalq elmi konfranslarda iştirak etmişdir.
Monoqrafiyaları:
- Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri). Bakı, “Aspoliqraf”, 2008, 376 səh.
- Şimal-Qərbi Azərbaycan tarixi. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011, 424 s. – həmmüəllif (III fəslin 2 və 3 paraqrafları – s. 313-389)
- История общественно-культурного реформаторства на Кавказе и в Центральной Азии (XIX – начало XX века). Самарканд: МИЦАИ, 2012. 335 с. (həmmüəllif)
- The history of publik and cultural reformation in the Caucasus and Central Asia (19th – early 20th century). Samarkand: İİCAS, 2013, 312 p. (həmmüəllif)
- Azərbaycan-Gürcüstan münasibətləri tarixi (XVIII əsr – XXI əsrin əvvəlləri). Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2013, 392 s. – həmmüəllif (X və XI fəsillər – s. 219-271)
- Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü. Bakı, “Turxan” NPB, 2018, 440 s. – kollektiv monoqrafiya
Məqalələri:
- Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Zaqatala mahalının materialları əsasında, 1918-1920-ci illər) // Tarix İnstitutunun Elmi Əsərləri, 20-ci cild, 2007, s.138-154
- Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Zaqatala mahalına gürcü iddiaları, 1918-1920) // AMEA Tarix İnstitutunun Elmi Əsərləri, 25-ci cild, 2008, s.108-125
- Decree of Zagatala Area National Council dated 26 June 1918 about uniting with Azerbaijan and its political and socio-cultural aspects // Azerbaijan & Azerbaijanis. Vol 102, No 9-12, 2008, p.172-177
- Ölümün fövqündə duran qəhrəman (Cavad xan haqqında düşüncələr) // “Ayna” qəzeti, 2009, 10, 17, 24 yanvar saylarında (İ. Ziyadlı ilə həmmüəlliflikdə)
- Из истории азербайджано-грузинских отношений (1920-1921 гг.) // Россия и Кавказ: История и современность. Материалы международной научной конференции (Махачкала, 22 октября 2009 года). Махачкала, 2009, с.725-734
- Azerbaycan-Gürcistan ilişkileri bağlamında Zakatala sorunu // Büyük Devletler Kıskacında Bağımsız Azerbaycan (1918-1920). Editörler: Dr. Qiyas Şükürov, Dr. Vasif Qafarov. İstanbul, İQ Kültür Sanat Yayıncılık, 2010, s. 210-216
- Zaqatala dairəsi 1917-1918-ci illərdə: ictimai seçim situasiyasında etnosiyasi identiklik axtarışları // BDU, Tarix və onun problemləri, 2010, №3, c.72-79
- Закатальский округ в 1917-1918 гг. // AMEA Tarix İnstitutunun Elmi Əsərləri, xüsusi buraxılış (“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda beynəlxalq elmi konfransın materialları), 38-ci cild, 2011, s.312-319
- Решение Закатальского окружного совета от 26 июня 1918 г. о вхождении в состав Азербайджанской республики в контексте поисков этнополитической идентичности // Кавказ и мир. Международный научный журнал. Международный Университет «Иберия». № 11, ISSN 1987-7293. Тбилиси, 2011, с. 210-214
- 1917-ci il fevral inqilabından sonra Gürcüstanın siyasi partiyalarının milli ərazi proqramları və Zaqatala dairəsinə iddialar // AMEA Tarix İnstitutunun Elmi Əsərləri, 36-37-ci cild, 2011, s. 161-174
- Особенности культурной трансформации традиционного общества в Азербайджане в условиях нового времени (XIX-XX вв.) (İ.Bağırova ilə həmmüəlliflikdə) // Milli strategiyalar, ideologiyalar və beynəlxalq münasibətlər: tarix, nəzəriyyə və müasir praktikalar. Bakı, Elm, 2012, səh.55-69
- M.F. Axundov – Azərbaycan Moderninin ilk mütəfəkkiridir // Milli strategiyalar, ideologiyalar və beynəlxalq münasibətlər: tarix, nəzəriyyə və müasir praktikalar. Bakı, Elm, 2012, səh.69-84
- Azerbaycan-Gürcistan İlişkileri Tarihi Üzerine (1920-1921 yıllar) // İnsan ve Toplum Bilimleri Araştırmaları Dergisi, 2013, cilt 2, sayı 1, s.90-104
- Azərbaycan-Gürcüstan münasibətləri tarixi (XVIII əsr – XXI əsrin əvvəlləri). Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2013, 392 s. – kollektiv monoqrafiya (X və XI fəsillər – s. 219-271)
- Azərbaycan – Gürcüstan münasibətləri: mübahisəli ərazi məsələləri (1918-1920) // Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr edilmiş Respublika elmi konfransının materialları. 22 may 2013-cü il, Bakı, 2014, s.174 – 198
- 1918-ci ildə «Dördlər İttifaqı» ilə Antantanın mübarizəsi şəraitində Azərbaycan və Gürcüstan arasında faktiki sərhədlərin müəyyənləşdirilməsi // AMEA Tarix İnstitutunun Elmi Əsərləri, xüsusi buraxılış (“Birinci dünya müharibəsi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfransın materialları), 48, 49, 50-ci cildlər, 2014, s.132-138
- Вклад азербайджанской нефти в достижение победы над нацистской Германией // Международная научная конференция «Вторая мировая война 1939-1945 гг. в исторических судьбах народов России и Кавказа». Сборник докладов. Назрань: ООО «Пилигрим», 2015, с.269-283
- Правовой и социокультурный анализ политических процессов в северо-западном регионе Азербайджана в 1917-1918 гг. в контексте становления национальной идентичности // Северо-Кавказский Юридический Вестник, 2015, №4, с. 137-145
- Установление фактических границ между Азербайджаном и Грузией в 1918 году в условиях борьбы Четверного Союза с Антантой // Первая мировая (Великая) война 1914-1918 гг.: крупные военные операции. К 100-летию Брусиловского (Луцкого) наступления Российской Императорской Армии Первой мировой (Великой) войне 1914-1918 гг. Материалы международной научно-практической конференции, Республика Ингушетия, г. Магас, 30 мая – 2 июня 2016 г. Ростов на Дону.: Южный издательский дом, 2016, с. 138-145
- Мазымчайский инцидент: пограничный спор как негативный фактор в азербайджано-грузинских отношениях 1918-1920-х годов // Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri (İctimai elmlər seriyası), 2016, №3, s. 35-42
- М.Ф. Ахундов – первый мыслитель Азербайджанского Модерна // AMEA Fəlsəfə İnstitutu, Elmi Əsərlər, 2017, №1 (28), s. 39-48
- Cümhuriyyət dövrü Azərbaycan ictimai-siyasi şüurunda Zaqatala məsələsi // “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda beynəlxalq elmi konfransın materialları. AMEA Tarix İnstitutunun Elmi Əsərləri. Xüsusi buraxılış. 2018, №74, 75, 76, s. 453-456
- Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi // “Strateji təhlil” jurnalı, 2018, №1-2 (23-24), s. 187-210
- Cənubi Qafqazın sovetləşməsi kontekstində Azərbaycan – Gürcüstan siyasi münasibətləri (1920 – 1921-ci illər) // 100 yılında sovyet ihtilalı, gelişimi ve bölgesel etkileri uluslararası sempozyumu. 25-27 ekim 2017 Kars. Ankara, 2019, s. 837-856
- Из истории Азербайджано-белорусских связей в период Второй мировой войны // “Geostrategiya” jurnalı, 2019, may-iyun, №03 (51), s. 24-27 (İ.V. Niftəliyev və C.Ə. Bəhramovla həmmüəlliflikdə)