Elmi fəaliyyətinin əsas istiqamətləri: Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla münasibətləri, respublikanın miqrasiya siyasəti, beynəlxalq münasibətlər tarixi, elm tarixi, insan hüquqları.
I. Təhsili və elmi fəaliyyəti
- 09 may 1979-cu ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub.
- 1985-1995-ci illərdə Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 saylı tam orta məktəbdə təhsil alıb.
- 1997-2002-ci illərdə Qafqaz Universitetində “Ərəb dili” ixtisası üzrə ali təhsilin bakalavr pilləsində təhsil alıb.
- 2002-2004-cü illərdə Xəzər Universitetində “Ərəb dili” ixtisası üzrə ali təhsilin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
- 2006-2009-cu illərdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Vətən tarixi” ixtisası üzrə əyani doktoranturada təhsil alıb.
- 27 dekabr 2013-cü ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan Respublikası və İslam Konfransı Təşkilatı (1991-2006)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib, fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
- 28 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissyası kollegiyasının qərarı ilə Dosent elmi adına layiq görülüb.
- AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin beynəlxalq münasibətlər tarixi ixtisası üzrə elmlər doktoru proqramının dissertantıdır.
II. Əmək fəaliyyəti
- 2004-2013-cü illərdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanın ən yeni dövr tarixinin elmi ekspoziaiyası” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıb.
- 2013-2017-ci illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq əlaqələr şöbəsində” böyük elmi işçi vəzifəsində çalışıb.
- 2017-2018-ci illərdə AMEA-nın Elm Tarixi İnstitutunun “Elm tarixinin nəzəri və metodoloji problemləri” şöbəsinin aparıcı elmi işçisi vəzifəsində çalışıb.
- 12 mart 2018-ci ildən, hazırkı vaxta qədər AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisidir.
III. Elmi-ictimai fəaliyyəti
- 2013-2017-ci illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi şurasının və elmi seminarının üzvü, Gənc Alim və Mütəxəssislər Şurasının sədri olub.
- 2017-ci ildə AMEA-nın Elm Tarixi İnstitutunun İctimaiyyətlə əlaqələrinə məsul şəxs olub.
- 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə öz təşəbbüsü əsasında Yasamal r/u 16/22 seçki dairəsinin ərazisi üzrə müşahidəçi olmuşdur.
- 2011-ci ildə, MDB dövlətlərinin gənc-alim tarixçilərinin “MDB 20: tarixi-mədəni irs” mövzusunda Bişkekdə keçirilən IV yay məktəbində iştirak etmiş və sertifikatla təltif olunub.
- 2010-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. İctimai-siyasi hazırlaqdan mühazirə oxuyub.
- 2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
IV. Elmi əsərlərinin siyahısı
- Numizmatika elminin formalaşma tarixindən // “Elm” qəzeti. № 17-18 (742-743), 30 iyun, 2005.
- Vladimir Qustavoviç Tizenhauzenin “Şərq xəlifələrinin sikkələri” əsəri haqqında // “Elm” qəzeti. № 29-30 (788-789), 19 oktyabr, 2006.
- İslam Konfransı Təşkilatının təşəkkül tarixindən // Milli Azərbaycan Tarixi Muzeyi – 2006, s. 191-200.
- İSESCO ilə Azərbaycan elmi, mədəni əlaqələrinin qurulmasında yeni missiya: Xoşməramlı səfir Mehriban Əliyeva faktoru // Milli Azərbaycan Tarixi Muzeyi – 2007, s. 245-254.
- İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKTGF) mədəniyyətlərarası dialoqun təmin olunmasına yeni töhfəsi: “Gənclər sivilizasiyaların alyansı naminə” // “Xəzər Xəbər” jurnalı, № 239, 15 noyabr, 2007, s. 31-32.
- İslam Konfransı Təşkilatının (İKT) xətti ilə Sovet Azərbaycanında gerçəkləşən konfrans (1986) // “Elm” qəzeti, № 39-40 (846-847), 17 dekabr, 2007, s. 15.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizam¬lanmasında İslam Konfransı Təşkilatının mövqeyi // “Dövlət İdarəçiliyi. Nəzəriyyə və təcrübə” jurnalı, № 4 (24), 2008, s. 171-176.
- İKT-Azərbaycan münasibətlərində yeni mərhələ: İslam Konfransı Gənclər Forumu və gələcək perspektivlər / Azərbaycan Milli Elmlər Akademiyası aspirantlarının elmi konfransının materialları. Bakı: Elm, aprel, 2008, s. 426-429.
- Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı (İKT) və müsəlman ölkələr ilə iqtisadi əməkdaşlığına dair // AMEA-nın “Xəbərlər”. Tarix, fəlsəfə, hüquq seriyası, № 10, 2009, s. 113-128.
- İslam Konfransı Təşkilatı Gənclər Forumunun növbəti uğurlu addımı // “Elm” qəzeti, № 19-20 (918-919), 22 iyun, 2009, s. 14.
- Azərbaycan – İslam Konfransı Təşkilatı və İSESCO // “Dirçəliş XXI əsr” jurnalı, iyun-iyul, 135-136/2009, s. 224-231.
- Azərbaycan – İKT elmi-mədəni münasibətləri və İSESCO (1997-2009) // Milli Azərbaycan Tarixi Muzeyi – 2009, s. 237-248.
- Azerbaijan and Turkey are active members of the OIC // “Kültür Evreni”. № 4, Ankara, 2009, s. 189-197.
- Azərbaycan Respublikasının İKT ilə diplomatik münasibətlərinin inkişafında Heydər Əliyevin rolu (1994-1997) / Azərbaycan Milli Elmlər Akademiyası aspirantlarının elmi konfransının materialları. Bakı: Elm, aprel, 2009, s. 452-456.
- Azərbaycan – ISESCO elmi-mədəni əməkdaşlığında Mehriban Əliyevanın rolu / Bakı İslam mədəniyyətinin paytaxtıdır – 2009. Beynəlxalq konfransın tezisləri. Bakı: Elm və təhsil, 9-10 noyabr, s. 42-44.
- İslam Konfransı Təşkilatı Gənclər Forumu (İKT GF) Azərbaycan gəncliyi ilə müsəlamn ölkələri gəncləri arasında mənəvi körpüdür / Azərbaycan elmi və gənclik: reallıqlar, perspektivlər və təkliflər mövzusunda elmi konfransın materialları. Bakı: AzTU, 7-11 dekabr, 2009, s. 78-83.
- İlham Əliyev və İKT-nin Məkkə zirvə toplantısı // “Gənc alimlərin əsər¬ləri”. № 4, 2011, s. 224-227.
- Azərbaycan Respublikası İslam Konfransı Təşkilatında və diplomatik münasibətlərin qurulması // “Dirçəliş XXI əsr” jurnalı, mart-aprel, 155-156/2011, s. 409-420.
- Azərbaycan Respublikası və İslam Əməkdaşlıq Təşkilatı: diplomatik münasibətlərdə 20 il // “Bakı Universitetinin Xəbərləri”, № 3, 2011, 166-173.
- Azərbaycan Respublikasında müasir islam sivilizasiyası, təhsil-elm, mədəniyyət siyasəti və Mehriban Əliyeva / “Qloballaşma şəraitində humanitar elmlərin aktual problemləri” mövzusunda keçirilmiş Respublika elmi-praktik konfransının materialları. Bakı: Araz, 15 mart, 2011, s. 169-170.
- Diplomatik missiyanın müasir muzeylərdə təbliğatı / Muzeylərin müasir durumu və inkişaf perspektivləri. Beynəlxalq elmi konfransın materialları. Bakı: Ziya, 29-30 iyun, 2011, s. 32-33.
- İslam Əməkdaşlıq Təşkilatının nüvə təhlükəsizliyi və atom enerjisindən dinc məqsədlərlə istifadə edilməsi məsələsində mövqeyi / Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri IV beynəlxalq konfransının tezisləri. Bakı, 23-25 noyabr, 2011, s. 132.
- İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Yaxın Şərq siyasətində İsrail-Fələstin münaqişəsi: Müasir vəziyyət // “Bakı Universitetinin Xəbərləri”, № 2, 2012, s. 199-207.
- Azərbaycan milli istiqlal hərəkatı fəallarından polkovnik Əli bəy Zizikski (1878-1928) // AMEA-nın “Xəbərləri”. Tarix, fəlsəfə, hüquq seriyası. № 1, 2012, s. 102-121.
- Muzeydə İudaizm guşəsi // “Cəmiyyət və din” qəzeti, № 13 (149), 12-18 aprel, 2012.
- “Şeyx Ömər” türbəsi // “Cəmiyyət və din” qəzeti. № 20 (156), 31 may – 6 iyun, 2012.
- İlham Əliyev və İslam Əməkdaşlıq Təşkilatı // “Dirçəliş XXI əsr” jurnalı, sentyabr-oktyabr, 169-170/2012, s. 202-211.
- Aərbaycanda islam sivilizasiyasının izi ilə: “Şeyx Ömər” epiqrafik nümunələri / Akademik Zizya Bünyadov – 90. “Orta əsrlər Şərqinin tarixşünaslığı və mənbəşünaslığı” beynəlxalq elmi simpoziumunun materialları. Bakı: Elm, 7-8 may, 2012, s. 266-268.
- İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın diplomatik-mədəni fəaliyyətinin əsas aspektinə dair / Müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş beynəlxalq elmi simpoziumun məruzələri. Bakı: Ziya, 6-7 oktyabr, 2012, s. 49-51.
- Azərbaycan Respublikasının xarici siyasətində islam amili // “Dirçəliş XXI əsr” jurnalı, yanvar-fevral, 173-174/2013, s. 311-322.
- Azərbaycan-İƏT çoxtərəfli əməkdaşlığı və Heydər Əliyev / “Özümüzü və dünyanı dərketmə yolunda”. AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun doktorant və dissertantlarının elmi nəşrləri – məqalələr toplusu. Bakı: Elm və təhsil, 2013, s. 98-106.
- Azərbaycan Respublikasının İƏT çərçivəsində İslam İnkişaf Bankı ilə əməkdaşlığı // “Bakı Universitetinin Xəbərləri”, № 3, 2013, s. 162-169.
- Azərbaycan Respublikasında miqrasiya siyasəti və miqrasiya proseslərinin tənzimlənməsi // “Dirçəliş XXI əsr” jurnalı, № 12 (180), 2013, s. 113-123.
- İslam Əməkdaşlığı Təşkilatı və “Xocalıya ədalət – Qarabağa azadlıq” beynəlxalq kampaniyası / İnsan Hüquqları İnstitutunun 15 illiyinə həsr olunmuş “Soyqırımı və terror erməni ideologiyasının əsas amilləri kimi” mövzusunda beynəlxalq konfransın tezislər toplusu. Bak: Apostrof, 2013, s. 49-52.
- Azərbaycan və Çin beynəlxalq terrorizmə qarşı mübarizədə / “Çin və Azərbaycanın iqtisadi inkişaf fenomeni vətəndaşların sosial-iqtisadi hüquqlarının inkişafı kontekstində” mövzusunda beynəlxalq konfransın məruzə və tezislər toplusu. Bakı: OL MMC, 2013, s. 155-157.
- Azərbaycan-İsrail münasibətləri: reallıqlar və perspektivlər // “Strateji təhlil” jurnalı, № 7-8. Bakı: SAM, 2014, s. 181-196.
- Организация Исламского Сотрудничества в ближневосточной политике Азербайджанской Республики // «Ґілея» науковий вісник, Випуск 84 (№ 5), Київ, 2014, c. 518-522.
- Beynəlxalq hüquqa əsaslanan Azərbaycan-NATO siyasi-hərbi əməkdaşlığı // AMEA İnsan Hüquqları İnstitutunun doktorant və dissertantlarının elmi nəşrləri – məqalələr toplusu, 2014, s. 161-166.
- Dünya iqtisadi forumu çərçivəsində Azərbaycan Respublikasının İsrail dövləti ilə diplomatik əlaqələri // “Strateji təhlil” jurnalı, № 04, 2014, s. 33-42.
- Daxili təhlükəsizliyin təmin olunması və vətəndaş hüquqlarının qorunmasında hakimiyyət orqanlarının vəzifələri / BMT-nin ümumdünya insan hüquqları bəyannaməsinin 65 illiyinə həsr olunmuş “Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı: DİN, 2014, s. 132-138.
- Əmək miqrantlarının hüquqları və beynəlxalq təşkilatlar / “Azərbaycan Respublikasında miqrasiya siyasəti və insan hüquqları” beynəlxalq konfransın tezislər toplusu. Bakı: Elm və təhsil, 2014, s. 17-27.
- Müasir dövrün təhsil siyasətində yeni istiqamət: Bioetikanın tədris olunması və kadr hazırlığının əhəmiyyəti (təhsil problemləri və insan hüquqları kontekstində) / “Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf” III beynəlxalq elmi konfransın materialları. Bakı: Müəllim nəşriyyatı, 22-24 may 2014, s. 82-84.
- Antik Azərbaycanın izi ilə: hüquqi, tarixi-siyasi, mədəni aspektlər və beynəlxalq tədbirlər / “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” mövzusunda beynəlxalq konfransın tezislər toplusu. Bakı: Elm və Təhsil, 10 iyun 2014, s. 79-83.
- Gənc alimin hüquqları, təhsil və gənclər siyasəti sahələrində Şərq təcrübəsi: ISESCO timsalında / Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransının materialları. Bakı: Nurlar Nəşriyyat Poliqrafiya Mərkəzi, 2014, s. 304-307.
- Cənubi Qafqaz regionunda insan hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan modeli (sosial-siyasi və iqtisadi hüquqlar kontekstində) / “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” iqtisadiyyat və beynəlxalq münasibətlər IV beynəlxalq konqres materialları. Bakı: NURLAR nəşriyyat poliqrafiya mərkəzi, 02-04 may 2014, s. 242-246.
- Müasir Azərbaycanda milli turizm siyasəti və insan hüquqlarına nəzəri-konseptual baxış / http://az.strategiya.az/index.php?do=xeber&id=19073 (12 Noyabr 2014).
- İslam Əməkdaşlıq Təşkilatının müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu // “Strateji təhlil” jurnalı, № 03 (14), 2015, s. 65-88.
- Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətləri yeni mərhələdə // “Bakı Universitetinin Xəbərləri”. Humanitar elmlər seriyası, № 4, 2015, s. 98-106.
- Azərbaycan-NATO əməkdaşlığının 20-ci ildönümü: Cənubi Qafqazda sülh, təhlükəsizlik və insan hüquqlarının qorunmasl aspektləri / “NATO-nun UELS sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq” beynəlxalq konfransın məruzələr və tezislər toplusu. Bakı: Elm və təhsil, 2015, s. 111-122.
- XX əsr Azərbaycan milli istiqlal hərəkatı tarixində Əli bəy Zizikski şəxsiyyəti / “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda beynəlxalq konfransın tezis materialları. Bakı: 2015, s. 42-45.
- Gənc alimin hüquqları və müasir elmdə yeni çağırışlar / ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı”nın materialları, II kitab. Bakı: Şərq-Qərb, 17-18 Aprel 2015, s. 1499-1502.
- Müasir dövrdə Azərbaycan Respublikasında ictimai təhlükəsizlik və vətəndaş hüquqlarının qorunmasını təmin edən polis haqqında qanunun bəzi aspektləri / Azərbaycan Respublikası konstitusiyasının qəbul edilməsinin 19 illiyinə həsr olunan “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının konstitusiya təminatının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı: DİN, 2015, s. 131-137.
- Azərbaycan Respublikasında insan hüquqlarının konstitusion təminatı və Heydər Əliyev / ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci və hakimiyyətə qayıdışının 22-ci ildönümünə həsr olunmuş “Azərbaycan tarixinin Heydər Əliyev epoxası” mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları / Bakı: Azərbaycan Universiteti Nəşriyyatı, 2015, s. 81-86.
- İnsan hüquqları və multikultural dəyərlər mədəni-dini müxtəliflik və tarixi ənənə kimi (siyasi-hüquqi təhlil) / “Qafqazda mədəni-dini irsin qorunması” mövzusunda keçirilmiş konfransın tezislər toplusu. Bakı: Elm və Təhsil, 2015, s. 43-49.
- Xocalı soyqırımına siyasi-hüquqi ədalət / “Soyqırımlar xalq yaddaşında” mövzusunda beynəlxalq elmi konfransın materialları. Bakı, 2015, s. 27-39.
- Miqrant hüquqları qarşısında aciz qalan Avropa siyasəti / http://sia.az/az/news/politics/515043-miqrant-huquqlari-qarsisinda-aciz-qalan-avropa-siyaseti (27.11.2015).
- İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikasının xarici siyasətində prioritet istiqamət kimi // “Bakı Universitetinin Xəbərləri”. Humanitar elmlər seriyası, № 4, 2016, s. 117-127.
- Miqrasiya və multikultural dəyərlər yeni dünya siyasətində: böhran və pozulan insan hüquqları // “Beynəlxalq hüquq və inteqrasiya problemləri”. Elmi-analitik və praktiki jurnal, № 1 (45), 2016, s. 49-58.
- NATO-nun beynəlxalq miqrasiya siyasətinə təsir imkanları: insan hüquqları və təhlükəsizlik / “NATO-nun 2016-cı il Varşava sammiti: imkanlar və gözləntilər” mövzusunda beynəlxalq konfransın tezislər toplusu. Bakı, 2016, s. 71-76.
- İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və islam ümməti yeni dünya siyasətində / Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı”nın materialları, I kitab. Bakı, 29-30 Aprel 2016, s. 750-751.
- Azərbaycan Respublikasında miqrasiya siyasəti və Heydər Əliyev / “Heydər Əliyev İdeyaları müasir Azərbaycanın uğurlu inkişaf siyasətinin təməlidir” mövzusunda doktorant və dissertantların elmi-praktiki konfransının materialları. Bakı: Aspoliqraf, 2016, s. 58-69.
- Multikultural proseslərin siyasi aspektləri beynəlxalq və milli təcrübədə / “Mədəni müxtəliflik: Dünya və Azərbaycan”. Beynəlxalq elmi-praktik konfrans. Bakı: Bakı Universiteti Nəşriyyatı. 29 aprel, 2016, s. 189-191.
- Gənclər siyasəti və intellektual miqrasiya / Gəncə Avropa gənclər paytaxtı – 2016. “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənclərin beynəlxalq elmi forumu 2016, s. 283-285.
- Hüquqi-demokratik Azərbaycanda multikulturalizm siyasəti insan hüquqlarına göstərilən ali dəyərdir / http://www.ihr-az.org/index.php?lang=2&ind=publ&id=185 (18.03.2016).
- “31 mart Quba soyqırımı” gənc alimlərin yaddaşında / http://gencalimler.az/az/news/835/ (04 aprel 2016).
- Azərbaycan Respublikasının Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə münasibətlərinin dinamikası // AMEA Tarix İnstitutunun “Elmi əsərləri”. Cild 63, 2017, s. 44-60.
- Avropanın miqrasiya siyasətində müsəlman miqrantlar və pozulan multikultural dəyərlər // “Turizm və qonaqpərvərlik tədqiqatları”. Beynəlxalq jurnal. Cild 8, № 1, 2017, s. 257-270.
- Beynəlxalq miqrasiya proseslərində din amili və insan hüquqları // “Dövlət və din”. İctimai fikir toplusu. № 6(47), Yanvar-Fevral, 2017, s. 39-48.
- Müsəlman miqrantlar müasir siyasi proseslərdə // “Dövlət və din”. İctimai fikir toplusu. № 1(48), May-İyun, 2017, s. 16-23.
- Azərbaycan Respublikası beynəlxalq miqrasiya proseslərində // “Dövlət və din”. İctimai fikir toplusu. № 05(52), Sentyabr-Oktyabr, 2017, s. 21-30.
- Azərbaycan Respublikasında həyata keçirilən miqrasiya siyasəti insan hüquqlarına göstərilən ali dəyərdir // “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə”. Elmi-nəzəri jurnal. № 03(59), 2017, s. 215-222.
- Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsində beynəlxalq siyasi dialoqun əhəmiyyəti // “Bakı Universitetinin Xəbərləri”. Humanitar elmlər seriyası. № 04, 2017, s. 60-67.
- Münaqişələr və məcburi miqrasiya / ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların I beynəlxalq elmi konfransının materialları. Bakı, 05-06 May 2017, s. 445-446.
- İslam dünyası qlobal miqrasiya proseslərində: münaqişələr və məcburi miqrasiya / “İslam həmrəyliyi ili – 2017: reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-metodik konfransının materialları. Bakı, 25-26 aprel 2017, s. 227-229.
- Yaxın Şərq: miqrasiya və multikultural dəyərlər / AMEA-nın həqiqi üzvü, Sovet İttifaqı qəhrəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın aktual problemləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda beynəlxalq konfransın materialları. Bakı: 16-17 oktyabr, 2017, s. 32-33.
- Azərbaycan Respublikasında miqrasiya proseslərinin siyasi-hüquqi tənzimlənməsi və Dövlət Miqrasiya Xidməti / “Müasir dövrdə davamlı inkişafın əsas istiqamətləri” mövzusunda respublika elmi-praktiki konfransın materialları. Bakı, 2-3 may, 2017, s. 63-72.
- Cənubi Qafqazda miqrasiya siyasətinin Azərbaycan modeli və İlham Əliyev / ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və Azərbaycan Respublikasında innovativ dövlət idarəçiliyi islahatları”mövzusunda doktorant və dissertantların elmi konfransı Bakı: Aspoliqraf, 4 may, 2017, s. 47-58.
- Azərbaycan Respublikası Milli Məclisinin İƏT Parlamentlərarası İttifaqı ilə əməkdaşlıq perspektivləri // “Dövlət və din”. İctimai fikir toplusu. № 01(54), Yanvar-Fevral, 2018, s. 68-78.
- Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsində dövlət siyasətinin əhəmiyyəti // AMEA Tarix İnstitutunun “Elmi Əsərləri”. Cild 69, 2018, s. 61-69.
- Azərbaycanda qadın təhsili və maarifçiliyi sahəsində xeyriyyəçilik tarixindən (XIX ə. II yarısı, XX ə.ə.) // “Cümhuriyyətə işıq saçan qadınlar”. Araşdırma yazılar toplusu. Bakı: Nurlar Nəşriyyat Poliqrafiya mərkəzi, 2018, s. 143-151.
- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əməkdaşlıq əlaqələrindən // “Bakı Universitetinin Xəbərləri”. Humanitar elmlər seriyası. № 03, 2018, s. 94-103.
- Azərbaycan Respublikasının xarici siyasətində miqrasiya prosesləri və humanitar diplomatiya // “Turizm və qonaqpərvərlik tədqiqatları”. Beynəlxalq jurnal. 7-ci cild, № 3, 2018, s. 107-116.
- Azərbaycan Respublikasında innovativ miqrasiya idarəçiliyi modeli // “Dövlət və din”. İctimai fikir toplusu. № 04(57), İyul-Avqust, 2018, s. 7-12.
- Qlobal miqrasiya tarixində yeni tendensiyalar: proseslərin tənzimlənməsində siyasi və hüquqi problemlər // “Turizm və qonaqpərvərlik tədqiqatları”. Beynəlxalq jurnal. 8-ci cild, № 4, 2018, s. 61-69
- Azərbaycan-Çin münasibətlərində tarixi ipək yolunun bərpası və miqrasiya / “Böyük ipək yolunda Azərbaycan-Çin əlaqələri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi seminarın materialları. Bakı, 02-04 oktyabr, 2017. Bakı: Avropa nəşriyyatı, 2018, s. 95-111.
- Azərbaycan Xalq Cümhuriyyəti dövrünün miqrasiya proseslərinə dair / Azərbaycan Xalq Cümhuriyyəitnin 100 illik yubileyinə həsr olunur. “Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti”. Respublika elmi konfransının materialları (26-27 aprel, 2018). Sumqayıt: SDU, 2018, s. 69-71.
- Azərbaycan Respublikasının milli təhlükəsizlik sistemində miqrasiya siyasətinin rolu / Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunur. “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır”. Respublika elmi konfransının materialları (04 may, 2018). Sumqayıt: SDU, 2018, s. 44-45.
- Azərbaycan Respublikasında davamlı inkişafın miqrasiya siyasətinə təsiri / ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” IX beynəlxalq elmi konfransın materialları (3-4 may, 2018). Bakı: Mütərcim, s. 125-127.
- Dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasında miqrasiya siyasəti və Heydər Əliyev / Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunur. “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır”. Respublika elmi konfransının materialları (04 may, 2018). Sumqayıt: SDU, s. 45-47.
- Qlobal miqrasiyanın müsbət və mənfi tendensiyaları / ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı”, 27-28 Aprel, 2018. Bakı: BMU, 2018, s. 870-871.
- Ermənistanın Azərbaycan Respublikasına qarşı işğal siyasətinin Cənubi Qafqazın miqrasiya proseslərinə mənfi təsiri // “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə”. Elmi-nəzəri jurnal. № 02(62), 2019, s. 217-223.
- Miqrasiya proseslərinin inkişafında Cənubi Qafqaz regionu dövlətlərinin iştirakı / ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı”nın materialları. Bakı, 29-30 aprel, 2019, s. 456-458.
- Heydər Əliyevin quruculuq siyasətində əmək miqrasiyası və davamlı inkişaf / “Elm günü”nə həsr olunmuş Gənc tarixçi tədqiqatçıların I respublika konfransının mayerialları, 01 aprel. Bakı: Turxan, 2019.
- Heydər Əliyevin dil siyasətində miqrasiya prosesləri və çoxkonfensiyalı mədəniyyət / “Heydər Əliyev və Azərbaycan Respublikasında dil siyasəti” mövzusunda respublika elmi konfransının materialları, 28 mart 2019, s. 55-61.
- Azərbaycan Respublikasında turizm siyasətinin miqrasiya proseslərinə və mədəniyyətlərarası dialoqun inkişafına təsiri / ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda IV beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı, 03-04 may, 2019-cu il, s. 21-29.
- Azərbaycan-Gürcüstan münasibətlərində miqrasiya məsələləri / Qafqazşünasların II beynəlxalq forumunun materialları. Bakı, 23-24 may 2019, s. 47-54.
- Azərbaycan Respublikasında regional inkişafın miqrasiya siyasətinə təsiri / “Azərbaycanda regional inkişafın idarə olunmasında müasir istiqamətlər” mövzusunda Respublika elmi-praktik konfransının materialları. Bskı, 23 aprel 2019, s. 17-23.
- Azərbaycan Respublikasında sosial-iqtisadi tərəqqi və əmək miqrasiyası / ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda doktorant və dissertantların elmi konfransının materialları. Bakı, 03 may 2019, s. 101-109.
- Səbinə Nemətzadənin “Əlyazmaların bədii tərtibat xüsusiyyətlərində dini-fəlsəfi aspektlər” əsəri // “Dövlət və din”. İctimai fikir toplusu. № 2(61), 2019, s. 84-89.