HƏSƏNOV TOFİQ ƏLİŞ OĞLU
Tarixçi
Tofiq Əliş oğlu Həsənov 1948-ci il iyul ayının 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. 1966-1970-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedqoji İnstitutunun tarix fakültəsində təhsil almışdı. 10 sentyabr 1974-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının “Azərbaycanın Böyük Oktyabr Sosialist İnqilabı və Sosializm quruculuğu dövrü tarixi» şöbəsində (hazırda “Azərbaycanın Sovet dövrü tarixi” şöbəsi) laborant vəzifəsində işə başlamışdı. 1975-1978-ci illərdə Tarix İnstitutunun əyani aspiranturasında təhsil almışdı.
1983-cü ildə Azərbaycan SSR EA-nın “Bilik” cəmiyyətinin mühazirəçilər məktəbinin ictimai-siyasi fakültəsini bitirmişdi. 23 sentyabr 1988-ci ildə “Sosializm cəmiyyətinin təkmilləşdirilməsi şəraitində Azərbaycan SSR kolxozçularının kənd təsərrüfatı inkişaf etdirmək uğrunda mübarəsi (1971-1975-ci illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdü. XX əsr Azərbaycan tarixinin müxtəlif problemlərinə dair 140 –dan çox məqaləsi dövrü mətbuatda, elmi jurnallarda, kitablarda nəşr olunmuşdur.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdı. Respublika və beynəlxalq miqyaslı elmi konfranslarda məruzələrlə çıxış etmişdi.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun 6 may 1998-ci ildən “Azərbaycan Sovet dövrü tarixi” şöbəsində böyük elmi işçi vəzifəsində çalışır. Elmi fəaliyyətim ilə yanaşı 40 ilə yaxın bir dövrdə respublikanın müxtəlif tədris müəssisələrində pedaqoji fəaliyyət göstərmişdi. 2006-2013-cü illərdə Bakı Qızlar Universitetinin Tarix kafedrasında tarix fənləri üzrə müəllim-dosent vəzifəsində çalışmışdır.
2005-2013-cü illərdə Tələbə Qəbulu Dövlət Komissiyasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə dövlət imtahan komissiyasının rəhbəri olmuşdu.
2003-2013-cü illərdə Prezident və Milli Məclisə seçkilərdə, Bələdiyyə sədri və nümayəndələrinin seçkilərində, seçki komissiyasının sədri, komissiya üzvü, müşahidəçi və nəzarətçi kimi fəaliyyət göstərmişdi. Qarabağ Azadlıq Təşkilatının Ali Məclisinin və İdarə Heyətinin üzvüdir. Bununla bərabər 1994-cü il sentyabr ayının 18-də Azərbaycan musiqiçilərinin,elm və mədəniyyət xadimlərinin “Üzeyir Hacıbəyov” cəmiyyətinin üzvü seçilmişdi.
“Avropa Nəsr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdə fəal ziyalı mövqeyinə, apardığı uğurlu elmi tədqiqatlarına, elmi-publisistik əsərlərinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə tarix elminin inkişafında göstərdiyi xidmətlərinə görə mən 7 iyun 2017-ci ildə ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medalına layiq görülmüşdü.
Əsərlərinin siyahısı
1. Azərbaycan kəndinin cəbhəyə yardımı (1941-1945-ci illər). Azərbaycan 1941-1945-ci illər müharibəsində. Məqalələr toplusu. Bakı, “Elm”, 2008. 224 səh. s. 200-209.
2.1897-1926- cı illərdə Şimali Azərbaycanın kənd əhalisinin milli tərkibi.- Bakı, Qızlar Universitetinin Elmi əsərləri, № 3. Bakı- 2008-ci il. s. 109-117.
3.XX əsrin 20-30-cu illərində Azərbaycan SSR şəhər-kənd əhalisinin cins-yaş tərkibinin quruluşu. -Bakı Qızlar Universitetinin Elmi əsərləri, №2, Bakı, 2008-ci il. s.122-129.
4.1906-cı il Şuşa hadisələrinə dair. Qarabağ dünən, bu gün və sabah. “YII Elmi-əməli konfransının materialları”. –Bakı, 2008, s.231-236.
5. 1906-cı ildə Zəngəzurun türk müsəlman əhalisinə qarşı erməni təcavüzü. Qarabağ Azadlıq Təşkilatı. Qarabağ dünən, bu gün və sabah. “YIII Elmi-əməli konfransının materialları”. Bakı, 2009, S.255-262.
6.Притензии армян на территорию Азербайджана в первой поговине ХХ статия. Организация Освобождения Карабаха. Материалы научно-практической конференции по теме: «Карабах вчера, сегодня и завтра». Первая часть.- Баку, 2009. стр. 175-182.
7.Armenian claims for North Azerbaican territories in the I haif of XX centru. Orqanization of Liberation of Qarabaqh. Proceedinqz of the conferencez held unter the topic. “Qarabah yesterbay, today and tommorrow”. First volume. – Baku, 2009, rades 193-199.
8.Azərbaycan iqtisadiyyatının inkişafında Heydər Əliyevin rolu. Bakı Qızlar Universitetinin Elmi əsərləri, -2009, №2, s. 84-88.
9.“Azərbaycan tarixinin mənbəşünaslığı” fənninin proqramı. // Azərbaycan Respublikası Təhsil Nairliyi. Bakı Qızlar Universiteti, Tarix kafedrasının proqramları. Bakı, 2010-ci il. s.24-49.
10. “Azərbaycan tarixinin tarixşünaslığı” fənninin proqramı.// Azərbaycan Respublikası Təhsil Nairliyi. Bakı Qızlar Universiteti, Tarix kafedrasının proqramları. Bakı, 2010-ci il. s.50-78.
11. “Müasir tarix” kursu üzrə proqram. // Azərbaycan Respublikası Təhsil Nairliyi. Bakı Qızlar Universiteti, Tarix kafedrasının proqramları. Bakı, 2010-ci il. s.198-211.
12. “Azərbaycan Respublikasının xarici siyasəti” fənninin proqramı.
// Azərbaycan Respublikası Təhsil Nairliyi. Bakı Qızlar Universiteti, Tarix kafedrasının proqramları. Bakı, 2010-ci il. s.212-227.
13. Bəşər tarixində qətlam törədənlər. // Evro Xəbər (Evro Nevs), 25 noyabr-15 dekabr, 2010-cu il.
14. İntiqam Cəbrayılov- 50. - Bakı Qızlar Universitetinin Elmi əsərləri.- Bakı, 2010, № 3 (9), s. 136-140.
15. Azərbaycan və Dağıstanın sosial-iqtisadi əlaqələri tarixindən (1900-2010-cu illər).- AMEA Tarix İnstitutunun Elmi əsərləri. 33-cü cild. – Bakı, 2010, s. 354-375.
16. Azərbaycanın kənd əhalisi tərkibində demoqrafik dəyişikliklər (1920-1959-cu illər). - Bakı Qızlar Universitetinin Elmi əsərləri – Bakı, 2011, №2 (11), s.57-67.
17. Qafqaz İslam Türk Ordusu və Azərbaycanın istiqbal savaşı. Qarabağ Azadlıq Təşkilatı. Qarabağ dünən, bu gün və sabah. 10-cu Elmi-əməli konfransın materialları toplusu. – Bakı, 2011, s.210 - 218.
18. Zəngəzurun türk müsəlman əhalisinə qarşı erməni təcavüzü. “Evro xəbər” (Evro-nevs) qəzeti, №5 (144), 11-19 mart 2011-ci il, s.8.
19. Zəngəzurun türk müsəlman əhalisinə qarşı erməni təcavüzü. “Evro xəbər” (Evro-nevs) qəzeti, №6 (145), 31 mart-12 aprel. 2011-ci il, s.8.
20. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan SSR-də yeni aqrar münasibətlər (1920-1921-ci illər) – AMEA Tarix İnstitutunun Elmi əsərləri.- Bakı, 2011-ci il, 38-ci cild. s. 330-338.
21.Qətlamlar tarixinə dair. Qarabağ Azadlıq Təşkilatı. Qarabağ dünən, bu gün və sabah. 10-cu Elmi-əməli konfransın materialları toplusu. – Bakı, 2011, s.219-224.
22. XX əsrin 20-30-cu illərində Şimali-Azərbaycanın kənd əhalisinin milli- tərkibində dəyişikliklər. – AMEA Tarix İnstitutu Azərbycan Tarix Qurumu. Azərbaycan Respublikası uğurları və perspektivləri. 16 noyabr 2011-ci il beynəlxalq elmi konfransın materialları. – Bakı, 2012, s.256-264.
23. Qafqaz Türk İslam Ordusu və Azərbaycanın istiqlal savaşı. “Evro xəbər” (Evro-nevs) qəzeti, №10 (149), 27 may-13 iyun. 2011-ci il, s.8.
24. .Qafqaz Türk İslam Ordusu və Azərbaycanın istiqlal savaşı. “Evro xəbər” (Evro-nevs) qəzeti, №11 (150), 14-28 iyun. 2011-ci il, s.8.
25. Qafqaz Türk İslam Ordusu və Azərbaycanın istiqlal savaşı. “Evro xəbər” (Evro-nevs) qəzeti, №12 (151), 29 iyun- 12 iyul. 2011-ci il, s.8.
26. Azərbaycan-Rusiya-Ermənistan münasibətlərinə dair (1920-ci il). Qarabağ Azadlıq Təşkilatı. Qarabağ dünən, bu gün və sabah. 11-ci Elmi-əməli konfransın materialları toplusu. – Bakı, 2012, s 181-187.
27. 1920-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı idarəçiliyinə kadr hazırlığı.- AMEA Şərqşünaslıq İnstitutu , Azərbaycan Şərqşünaslıq elminin inkişafı yolları. Akademik Vasim Məmmədəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları. 27-28 iyun, 2013-cü il.- Bakı, 2013. s.650-652.
28. Qarabağda demoqrafik dəyişikliklər. Qarabağ Azadlıq Təşkilatı. Qarabağ dünən, bu gün və sabah. 12-ci Elmi-əməli konfransın materialları toplusu. – Bakı, 2013, s .175-179.
29. Qafqaz İslam Türk Ordusu və Azərbaycanın istiqlal savaşı Türkiyə Cümhuriyyətinin müstəqilliyinin 90 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materilları. 28 oktyabr 2013-cü il, Bakı (Azərbaycan.). s. 98-107.
30. Erməni işğallarının tarixinə dair. Qarabağ Azadlıq Təşkilatı. Qarabağ dünən, bu gün və sabah. 13-ci Elmi-əməli konfransın materialları toplusu. – Bakı, 2014, s .179-184.
31.1920-ci ilin may ayında Gəncə əhalisinin üsyanı. Qarabağ Azadlıq Təşkilatı. Qarabağ dünən, bu gün və sabah. 14-cü Elmi-əməli konfransın materialları toplusu. – Bakı, 2015, s .197-204.
32. Şura hökumətinə qarşı Gəncə əhalisinin üsyanı. (May 1920-ci il.) Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti. Qafqaz tarixinin aktual məsələləri beynəlxalq konfransı 15-16 oktyabr 2015-ci il. I hissə. Gəncə- 2015, s.261-265.
33. Şura hökuməti dövründə Azərbaycan kəndinin kənd təsərrüfatı texnikası ilə təchizi (1920-1930-cu illər). Azərbaycan Respublikası Təhsil Nazirliyi. Gəncə Dövlət Universiseti. Elmi xəbərləri. Humanitar və təbiət elmləri seriyası. №3, 1915-ci il. Gəncə- 2015, s. 228-232.
34. “Azərbaycan tarixinin mənbəşünaslığı” fənninin proqramı // Azərbaycan Respublikası Təhsil Nairliyi. Bakı Qızlar Universiteti. Tarix kafedrasının proqramları. Bakı, 2015-ci il. s.24-78.
35. “Müasir tarix” kursu üzrə proqram. Azərbaycan Respublikası Təhsil Nairliyi. Bakı Qızlar Universiteti. Tarix kafedrasının proqramları. Bakı, 2015-ci il. s.163-176.
36. Azərbaycan Xalq Cümhuriyyətinin Xəzər sahili ərazisində siyasi vəziyyət (may 1918-aprel 1920-ci illər). - Qarabağ dünən, bu gün və sabah. 17-ci Elmi-əməli konfransın materialları. – Bakı, 2018, s .268-284.
37. 1914-1918-ci illərdə erməni daşnak silahlı dəstələrinin Şərqi Anadolunun və Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı törətdikləri qətlam. Qarabağ Azadlıq Təşkilatı. Qarabağ dünən, bu gün və sabah. 16-cı elmi-əməli konfransın materialları. Bakı-2017. s.260-267.
38. 1927-1930-cu illərdə Azərbaycan SSR kənd təsərrüfatı idarəçiliyində kadr hazırlığı AMEA Elm tarixi İnstitutu. Elm tarixi və elmişünaslıq. Fənlərarası tədqiqatlar. Beynəlxalq elmi konfrans materialları. 29-30 oktyabr. 2018-ci il. Bakı. s.360-363.
39. “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə ilə siyasi əlaqələri”// QAT (Qarabağ Azadlıq Təşkilatı); “Qarabağ dünən, bu gün və sabah” 18-ci elmi-praktiki konfransın materialları. Bakı, 2019, səh.262-271.
40.1930-cu illərdə Azərbaycan SSR kənd təsərrüfatı idarəçiliyi üçün kadr hazırlığı. Bakı Avrasiya Universiteti. Elmi-nəzəzri jurnal. Bakı,2019,Cild 8 № 2, 2019 (42), səh.32-40