QAŞQAY SOLMAZ MİRTAĞI QIZI
Tarixçi
10.07.1936 – 18.06.2011
Solmaz Mirtağı qızı Qaşqay 1936 ilin iyulun 10-u ziyalı ailəsində anadan olub. Orta məktəb təhsilini 1944 – 1955 illərdə almışdır. 1955-cu ildən 1960 ilə kimi Solmaz xanım S.M.Kirov adına ADU-nin (indiki BDU) Tarix fakultəsində oxumuşdur. Universiteti bitirəndən sonra o Azərbaycan SSR EA Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsinə işə düzəlib və burada ömrünün sonuna kimi işləyib. 1962 – 1968 illərdə Solmaz Qaşqay SSRİ EA Şərqşünaslıq İnstitutunun Leninqrad (indiki Sankt-Peterburq) filialına ezam olunmuşdur. Orada o professor L.A.Lipindən akkad (aşşur-babil) dili, professor İ.M.Dyakonovdan isə biayni (Urartu) dili tədris kurslarını keçmişdir. Eyni vaxtda Solmaz xanım orada aspiranturaya qəbul olundu. Beləliklə, tədris kursunu bitirəndən sonra Solmaz Qaşqay görkəmli tarixçi-alimlər İ.H. Əliyevdən və Y.B. Yusifovdan sonra Azərbaycanda üçüncü Yaxın şərq ölü dilləri üzrə mütəxəssisimiz və birinci qadın-mütəxəssisimiz oldu. Tədris kursunu bitirəndən sonra Solmaz Qaşqay Bakıya qayıdıb və “Azərbaycanın qədim tarixi” şöbəsində işləməyə davam edib. 1971-ci ildə Solmaz Qaşqay İ.H. Əliyevin elmi rəhbərliyi altında “Azərbaycan (İran Azərbaycanı) e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində (mixiyazılı mənbələr və arxeoloji materiallar əsasında)” adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdi. Nəzəri fəaliyyətlə yanaşı Solmaz xanım mütəmadi olaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın müxtəlif bölgələrində təşkil etdiyi arxeoloji qazıntılarda da iştirak etmişdi. Solmaz Qaşqay Azərbaycanın qədim tarixinə həsr olunmuş 6 monoqrafiya(2 həmmüəllif) və çox sayda məqalələrin müəllifidir. Solmaz xanım dünya miqyasında tanınan elm xadimlərimizdən olmuşdur. O, 2011ilin iyun ayının 18-i növbəti ürək tutmasından vəfat etdi.
Elmi əsərləri
1. Новые данные об обществе и культуре Манны // Известия АН Аз. ССР, 1968, №5 С.65-71
2. Studies in Honor of Benno Landsberger on His Seventy-fifth Birthday, April 21, 1965 (Assyriogical Studies.Nr.16 Chicago, 1965)// Вестник древней истории. 1968, №2, с.167-176. (V.K.Afanasyeva, İ.M.Dyakonov, İ.T.Kaneva, Q.X. Kaplan, İ.Ş.Şifman, V.A. Yakobson, N.B. Yankovskaya ilə həmmüəllif)
3. О городах-крепостях Манны // Тезисы докладов Всесоюзного симпозиума «Города и торговля древнего Востока (III-I тыс. до н.э.)». Ереван, 1969
4. О ранних государственных образованиях на территории Иранского Азербайджана // Доклады АН Аз. ССР, 1970, Том XXVI, №9,с.89-92
5. О ремесленном производстве в областях Mаннейского государства в начале I тыс. до н.э. // V Всесоюзная сессия по древнему Востоку (Тезисы). Тбилиси, 1971
6. Археологические исследования Хачбулагского отряда // Археологичеcкие и этнографические изыскания в Азербайджане в 1973 г. Баку, 1974 (H.Kəsəmənli ilə həmmüəllif)
7. General outlines of the material culture of the Nakhichevan zone and of Iranian Azerbaijan// Acta Antiqua Academiae Scientiarum Hungaricae. Budapest, 1974,t.XXII, fasc.1-4, p.349-351
8. Zu einigen ähnlichen Erscheinungen in der materiellen Kultur des Bezirks Nachitschewan Azerb.SSR und des iranischen Aserbaidschan am Anfang des I Jahrtausends v.u.z.// Internationale Tagung der Keilschriftforscher der sozialistischen Länder. Budapest, 1974
9. Раскопки в Хачбулакском районе// Археологичсекие открытия. М.1975 (H.Kəsəmənli ilə həmmüəllif)
10. О некоторых общих чертах в материальной культуре областей Иранского Азербайджана и Нахичеванского края начала I тыс. до н.э. // Переднеазиатский сборник. Том III, Москва, 1976
11. О металле “annakum” Приурмийских областей// Вестник древней истории, 1976, №3, с.150-153
12. Новые памятники в районе строительства Шамхорской ГЭС(1975)// Археологические открытия. М.1976 (H.Kəsəmənli ilə həmmüəllif)
13. О городах-крепостях на территории Манны// Древний Восток. Ереван.1976, Вып.2, с.89-97
14. Раскопки горизонта II Аликёмектепеси.1976// Археологические открытия. М.1977(F.Mahmudov ilə həmmüəllif)
15. Das mittelalterliche Haraba-Gilan (Aserbaidschan)// Archäologische Mitteilungen aus Iran und Turan. 1977. B.29, p.401-425
16. Из истории Маннейского царства. Баку, 1977
17. Geographical Names According to Urartian Texts / Repertoire Géographique de Texts Cuneiforms. Band 9, Wiesbaden, 1981 (İ.M.Dyakonovla həmmüəllif)
18. New Archaeological Find in Soviet Azerbaijan// Archiv für Orientforschung. Wien. 1982. Beiheft 19, p.307-312
19. Некрополь Халы-Кешан//Всесоюзная археологическая конференция «Достижения советской археологии в XI-ой пятилетке». Баку.1985
20. Обрядовая преемственность в погребальных памятниках Ордубадского района // XXXIII Международная конференция ассириологов. Париж. 1986
21. Погребения некрополя Мунджуглутепе //Советская археология. 1991, №3, с.221-223 (Q.Aslanov ilə həmmüəllif)
22. Культура Нахичеванской зоны в хронологии северо-западного Ирана// Международная конференция ассириологов. Гейдельберг. 1992
23. Manna dövləti. Bakı, 1993
24. Cylinder seals from the Nakhichevan District // Sulmu IV, Everyday Life in Ancient Near East, Papers Presented at the International Conference Poznan, 19-22 September, 1989. Edited by J.Zablocka and S.Zawadzki. Poznan, 1993, p.13-19 (with G.Aslanov)
25. Об оружии некрополей Ордубадской области (первая половина I тыс.до н.э.)// Кавказ IV – I тыс.до н.э.. Спб, 1996
26. The Material Culture in Azerbaijan During the Scytians Campaigns: a new interpretation of Herodotus // Altorientalische Forschungen, 1997, Band 24, №2, p.251-258
27. Azərbaycan tarixi. 7 cilddə. I cild. Bakı. Elm. 1998,s.174-212
28. Mərdangöl nekropolunun materialları// Azərbaycan arxeologiyası.1999.№3-4,s.69-72(Q.Aslanov,B.İbrahimov ilə həmmüəllif)
29. Xaraba-Gilan dəfn abidələri//Elmi əsərlər. Naxçıvan MR 75-illiyinə həsr olunmuş xüsusi buraxılış. Naxçıvan:Qeyrət.1999, №5, s.98-99
30. Материальная культура древней Нахичевани // Naxçıvan. Bakı. Elm. 1999, s.14-29
31. Azərbaycanda ən qədim toponim//Elm.2001,30 iyun
32. Нахичеванская зона в период урартских завоеваний // История и языки древнего Востока. Памяти И.М.Дьяконова. Санкт-Петербург, 2002
33. Древние некрополи Хараба-Гилана. Баку, 2002 (Q.Aslanov,B.İbrahimov ilə həmmüəllif)
34. О скифских походах через Кавказ на Ближний Восток//Akademik İ.Əliyevin 80-illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı:Elm, 2004,s.41-52
35. Раскопки некрополя Пловдаг II / Эдубба вечна и постоянна. Материалы конференции, посвященной 90-летию со дня рождения И.М.Дьяконова. Санкт-Петербург, 2005 , с.86-93 (İ.N.Medvedskaya, B.İbrahimov ilə həmmüəllif)
36. Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı, 2006,91 s.
37. Azərbaycan ərazisində tapılmış qədim yazılar haqqında // Azərbaycan arxeologiyası. 2006, №1-4.s.147-152
38. Skiflərin Yaxın Şərqə müdaxilə yolları və Azərbaycan // AMEA Tarix İnstitutu. Elmi əsərlər. Bakı, 2007, Cild 19,s. 5-18
39. Ön Asiyada miqrasiya proseslərinə dair. Bakı, 2009,120 s.
40. Qədim Şamaxının tarixindən // AMEA Tarix İnstitutu. Elmi əsərlər. Bakı, 2009, Cild 28, s.38-41 (M.N.Rəhimova ilə həmmüəllif)
41. Gədəbəy rayonunun tarixi abidələri haqqında // AMEA Tarix İnstitutu. Elmi əsərlər, 2009, Cild 29, s.7-13