Tarix üzrə fəlsəfə doktoru, dosent Kərimova-Kocayeva Tamilla Sabir qızı 1957-ci il fevralın 25-də Bakı şəhərində anadan olub.
1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 1979-cu ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildən isə Tarix İnstitutunun aparıcı elmi işçisidir.
1987-cı ildən ADU-da, Azərbaycan İnşaat və mühəndislər Universitetində və Moskva Dövlət və Hüquq İnstitutunun Bakı şöbəsində pedaqoji fəaliyyətlə məşğul olub, həmin ali məktəblərdə “Azərbaycan tarixi”, “Roma hüququ”, “Kulturologiya” fənlərindən mühazirələr oxuyub.
T.S.Kərimova-Kocayeva 1987-ci ildə “Azərbaycan SSR-də elmi və elmi-pedaqoji kadrların hazırlanması və ixtisasının artırılması (1971-1980-ci illər)” adlı tarix üzrə fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə etmiş və Dissertasiya Şurasının qərarı ilə 1987-ci il oktyabrın 30-da SSRİ Ali Attestasiya Komissiyası tərəfindən təsdiq almışdır.
T.S.Kərimova-Kocayevanın elmi axtarışlarının əsas istiqamətini Azərbaycan mədəniyyət tarixinin müxtəlif məsələlərinin araşdırılması təşkil edir. Onun elm, təhsil, Azərbaycan Milli Elmlər Akademiyasının tarixinə, elm xadimlərinin həyatı və elmi irsinə həsr olunmuş monoqrafiyaları xüsusilə diqqətəlayiqdir. O, 7 çap olunmuş monoqrafiyanın müəllifi, o cümlədən ümümiləşdirilmiş kollektiv elmi əsərlərin həmmüəllifidir.
T.S.Kərimova-Kocayeva tədqiq etdiyi problem üzrə “Из истории Национальной Академии наук Азербайджана” (Баку, “Тахсил”, 2005, 566 с.), “Əhməd Əfəndi Çələbizadə. Quba-dövrün adət və qaydaları (XIX-XX əsrin 20-30-cu illəri)” (Bakı, “Ziya-Nurlan”, 2008, 604 s.; təkrar nəşr: 2009, 364 s.), “Böyük qələbəyə Azərbaycan alimlərinin töhfəsi. Vətənə və elmə xidmət etdilər” (Bakı, “Nafta Press”, 2012, 331 c.) (Azərbaycan və rus dillərində), 2015-ci ildə “Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” (Bakı, ”Elm və təhsil”, 2015, 488 s.), “Алескер Гаджи Кязимоглы Алекперов: Жизнь, творчество, судьба ученого (Документы, материалы, письма, хроника, статьи, библиография)” (Баку, Изд-во «Университета Хазар», 2015, 576 с.) irihəcimli kitablar nəşr etmişdir.
T.S.Kərimova-Kocayeva bir tərəfdən Azərbaycan elm tarixilə bağlı kitablar nəşr etdirmiş, digər tərəfdən isə Azərbaycan tarixinə dair ilkin mənbələrin Azərbayсan dilinə tərсüməsi və nəşr edilməsi ilə məşğul olur. Belə ki, Azərbaycan tarixinə həsr olunmuş və türk dilində 1931-ci ildə İstanbulda nəşr olunmuş Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabını nəşrə hazırlamışdır. Quba muzeyinin ilk direktoru Əhməd Əfəndi Çələbizadənin “Quba-dövrün adət və qaydaları” əlyazmasını əski əlifbasından tərcümə edərək nəşr etdirmişdir. Görkəmli Azərbaycan arxeoloqu və etnoqrafı, repressiyaya məruz qalmış Ələsgər Ələkbərova həsr olunan, respublikanın müxtəlif arxivlərində mühafizə olunan materialları əsasında yazılan kitabını nəşr etdirmişdir.
Bundan əlavə irihəcmli “Азербайджанская наука в биографических очерках” kitabını, Tarix İnstitutunun 85 illik yubileyi ərəfəsində “A.A.Bakıxanov adına Tarix İnstitutu” adlı 3 kitabdan ibarət monoqrafiyası üzərində işi tamamlayıb, nəşrə hazırlayıb.
Onun Azərbaycan Respublikası, Rusiya Federasiyası, Türkiyə, Böyük Britaniya, Polşa və b. ölkələrdə 60-dək elmi məqaləsi çap olunub. Hazırda t.ü.f.d. T.S.Kərimova-Kocayeva iki dissertanta rəhbərlik edir.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını alıb.
Azərbaycan tarixşünaslığında çox böyük əhəmiyyətə malik olan “Azərbaycan SSR Elmlər Akademiyasının formalaşması və yaranması tarixi (1920-1945-ci illər)” adlı doktorluq işini müdafiəyə təqdim edib. Sənədlərini Müdafiya şurasına təqdim etmək üçün hazırlayıb.
T.S.Kərimova-Kocayeva 2015-ci ildə AMEA 70 illik yubileyi münasibətilə uzunmüddətli məhsuldar təşkilati və elmi-tədqiqat fəaliyyətinə görə AMEA İctimai Elmlər Bölməsinin və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Fəxri fərmanları ilə təltif olunmuşdur.
Ailəlidir, iki övladı var.
Ən mühüm elmi əsərləri:
MONOQRAFİYALAR:
- Из истории Национальной Академии наук Азербайджана. Баку: «Тахсил», 2005, 566 с.
- Əhməd Əfəndi Çələbizadə. Quba rayonunun qədim adət və ənənələri haqqında. Bakı, «Ziya-Nurlan», 2008, 604 s. (həmmüəllif).
- Əhməd Əfəndi Çələbizadə. Quba-dövrün adət və qaydaları (XIX-XX əsrin 20-30-cu illəri). Bakı, «Ziya-Nurlan», 2009, 364 s. (həmmüəllif).
- Böyük qələbəyə Azərbaycan alimlərinin töhfəsi // Vətənə və elmə xidmət etdilər. Bakı, «Nafta Press», 2012, s.6-64.
- Научное наследие репрессированных ученых Азербайджана / Репрессированные ученые Азербайджана. Биобиблиографический указатель. Баку, 2014, с. 17-37.
- Алескер Гаджи Кязимоглы Алекперов: Жизнь, творчество, судьба ученого (Документы, материалы, письма, хроника, статьи, библиография). Баку, Изд-во «Университета Хазар», 2015, 576 с. (həmmüəllif).
- Azərbaycan Milli Elmlər Akademiyasının yaranması. Bakı, ”Elm və təhsil”, 2015, 488 s.
KOLLEKTİV MONOQRAFİYALAR:
1. Azərbaycan tarixi, 7 cilddə, VII cild. Bakı, Elm, 2003 (müəlliflərdən biri): III bölmənin IV fəsilinin 2-ci yarımfəsli - Elm, s. 454-462.
2. Heydər Əliyev. İki cilddə, I cild // AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, 2013, “Turxan” Nəşriyyat-Poliqrafiya Birliyi, 2013:
VI fəsil: Heydər Əliyev və Azərbaycan SSR-də mədəniyyətin inkişafı: 6.2. Elmin inkişafı, s.270-295.; 6.4. Azərbaycan SSR-in xarici ölkələrlə və müttəfiq respublikalarla təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığı, s.319-349.
3. Heydər Əliyev. İki cilddə, II cild // AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, 2013, “Turxan” Nəşriyyat-Poliqrafiya Birliyi, 2013:
V fəsil: Heydər Əliyev və Azərbaycan Respublikasında milli mənəvi tərəqqi: 5.1. Elmin inkişafı, s.474-487.
4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Bakı, 2014 (müəlliflərdən biri).
5. Azərbaycanın Respublika tarixi (2003-2016). Heydər Əliyev dövrü. Müstəqil Azərbaycanın 25 illiyinə həsr olunur // Аzərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu. I cild, 2016:
VIII fəsil: Azərbaycan Respublikasında milli mənəvi həyat: 8.1. Elmin inkişafı, s.462-475.
6. Azərbaycanın Respublika tarixi (2003-2016). Heydər Əliyev dövrü. Müstəqil Azərbaycanın 25 illiyinə həsr olunur // Аzərbaycan Milli Elmlər Akademiyası. A.A.Bakıxanov adına Tarix İnstitutu. II cild. 2016:
VI fəsil: Elm və təhsilin inkişafı: 6.1. Elm, s. 275-285.; 6.2. Təhsil, s. 286-297.; 6.3. Elm və təhsil sahəsində beynəlxalq əlaqələr, s. 297-306.
SƏNƏDLƏR VƏ MATERİALLAR:
1. Heydər Əliyev Azərbaycan elminin keşiyində (sənədlər və materiallar). I cild, “Turxan”, Bakı, 2013, 668 s.
2. Heydər Əliyev Azərbaycan elminin keşiyində (sənədlər və materiallar). II cild “Turxan”, Bakı, 2013, 638 s.
MƏQALƏLƏR:
- Путь от неграмотности к вершинам науки // «Elmi - mədəni tərəqqi və qadın» mövzusuna həsr olunmuş elmi konfransın materialları. Bakı, 2003, s. 7-22.
- Из истории научной мысли Азербайджана (до начала ХХ столетия) // Elmi araşdırmalar. VI buraxılış. Bakı-2004, № 1- 2,s.222-239.
- Основные этапы становления азербайджанской науки и формирование национальной научной интеллигенции республики (первая половина ХХ столетия) // Elmi araşdırmalar. VII buraxılış. Bakı, 2004, №3-4, s.246-257.
- Репрессированная наука Азербайджана (30-е годы ХХ столетия) // Azərbaycan Tarixi Muzeyi-2005. Bakı, 2005, s.326-342.
- Роль «Общества обследования и изучения Азербайджана» в становлении и развитии исторической науки в Республике // Elmi axtarışlar (Folklorşunaslıq: filoloqiya, fəlsəfə, tarix, incəsənət və nəzəriyyə aspektləri), XXVII cild. Bakı, 2006, s.270-279.
- Археологическая наука Азербайджана (20-е годы ХХ столетия) // Азербайджан и азербайджанцы. Баку, 2006, № 5-12, с.181-193.
- Первый Всесоюзный Тюркологический съезд: История и современность. (К 80-летнему юбилею I Тюркологического съезда) // Tarix və onun problemləri. Bakı, 2006, №4, s.124-142.
- Cahangir Zeynaloglu (1892-1944): Fate and Scientific Heritage the Sholar // Azərbaycan və azərbaycanlılar. Bakı-2007, №5-12, s.179-186.
- Azerbaijani Ethnography Shaping: Key Tendencies and Conception // Азербайджан и азербайджанцы. Баку, 2007, № 1-4, с.75-86.
- SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı müharibə illərində (1941-1945) // Dirçəliş – XXI əsr. Bakı, 2007, №112-113, s.297-314.
- Джахангир Зейналоглу: Судьба и научное наследие ученого // Azərbaycan Tarixi Muzeyi-2007. Bakı, 2007, s.198-210.
- Əhməd əfəndi Çələbizadə və Quba tarix-diyarşünaslıq muzeyi ilə bağlı ömür (anadan olmasının 115 illiyinə ithaf olunur) // Azərbaycan MEA Tarix İnstitutunun Elmi Əsərləri. Bakı, 2007, 22-ci cild, s.176-183.
- Гараш Алиевич Мадатов, каким я его знала // Tarix elminə həsr olunmuş ömür. (Qaraş Əli oğlu Mədətov-80)Bakı, 2008, s.83-85.
- Cahangir Zeynaloğlunun taleyi və elmi irsi // Azərbaycan qəzeti, 2008, 8 mart, s.9.
- Научная интеллигенция Азербайджана в годы войны (1941-1945 гг.) // Azərbaycan 1941-1945-ci illər müharibəsində. Məqalələr toplusu. Bakı, Elm, 2008, s.24-58.
- Фундаментальные и прикладные исследования в области естественных и технических наук, проводимые в институтах Азербайджанского филиала Академии наук СССР (1935-1941 гг.) // Азербайджан и азербайджанцы. Баку, 2008, №5-8, с.164-179.
- Азербайджанское Отделение Закавказского филиала АН СССР как научный центр: у истоков отечественной науки // Azərbaycan və azərbaycanlılar. Bakı, 2009, №1-2, с.191-201.
- Так создавалась Национальная Академия наук Азербайджана // Azərbaycan MEA Tarix İnstitutunun Elmi Əsərləri. Bakı, 2009, c. 27, s.148-161.
- Из истории востоковедения: Пантелеймон Крестович Жузе (1871-1942) // Tarix və onun problemləri, 2009. Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Xüsusi buraxılış. Bakı, 2009, №3, s.82-91.
- Основные направления научных исследований в области общественных и гуманитарных наук Азербайджанского филиала Академии наук СССР (1935-1941) // Azərbaycan və azərbaycanlılar. Bakı, 2010, №1-2, s.242-257.
- AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun beynəlxalq əlaqələri (1920-2003) // Azərbaycan MEA Tarix İnstitutunun Elmi Əsərləri. Bakı, 2010, cild 34-35, s. 167-185.
- Бакинский период в жизни и творчестве Пантелеймона Крестовича Жузе // Современная научная жизнь России. Москва, 2014, №1, с.36-49.
- Из истории научных связей Азербайджанской ССР и Северного Кавказа (20-30-е годы ХХ в.) // Международная конференция, посвященная памяти В.П.Дзагуровой, проводимая Дагестанским государственным университетом 25 апреля 2014 г.). Сб. тр. вып. XII. Махачкала, 2014, с.29-33.
- Вклад польских ученых и специалистов в развитие нефтяной промышленности Азербайджана (конец XIX - начало ХХ века) // Əsrin müqaviləsi elmi konfrans. 22-23 sentyabr 2014-cü il. Konfrans “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunub. Gəncə, 2014, s.128-135.
- Организация первых научных учреждений и формирование научной интеллигенции Азербайджана (20-е годы ХХ столетия) // Milli Azərbaycan Tarixi Muzeyi-2014. Bakı, 2014, s.196-208.
- Udzıal Polskıch naukowcow w rozwoju naukı w Azerbejdzanie na przelomıe XIX/XX wıeku (Польская община Баку и ее роль в научной и культурной жизни региона в XIX-XX вв.) // Materıaly III konferencjı naukoewj, poswieconej 540-leciu nawiazania oraz 20-leciu odnowienia stosunkow dyplomatycznych miedzy Azerbejdzanem a Polska. 12 grudnia 2014 roku. Warszawa, 2014, s.195-198.
- Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsinin ilk sədri Vahab Həsənzadənin həyatı və elmi təşkilatçılıq fəaliyyəti // Naxçıvan günümüzə qədər. Bakı, 2014, s. 223-229.
- Жизнь и творческий путь Алескера Гаджи Кязим оглы Алекперова: В серии «20-30-е годы ХХ века в судьбах азербайджанской интеллигенции» // Аzərbaycan Milli Elmlər Akademiyası Xəbərləri. İctimai elmlər seriyası. Bakı, 2015, № 1, s. 153-172.
- Алескер Гаджи Кязимоглы Алекперов: Жизнь, творчество, судьба ученого (Документы, материалы, письма, хроника, статьи, библиография). Баку, Изд-во «Университета Хазар», 2015, 576 с. (həmmüəllif)
- Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığının SSRİ EA Azərbaycan filialının əməkdaşları tərəfindən tədqiq edilməsi tarixindən (XX əsrin birinci yarısı) // Qafqaz tarixinin aktual məsələləri. Beynəlxalq konfrans. 15-16 oktyabr 2015, II hissə. Gəncə, 2015, s.30-35.
- История азербайджанского народа в работах Рашид бека Измайлова // Azərbaycan Respublikası Təhsil Nazirliyin, Bakı Biznes Universiteti, Yeni Azərbaycan partiyasının Yasamal rayon təşkilatı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci illiyinə həsr olunmuş “İnvestisiya qoyuluşlarının siyasi aspektləri və iqtisadi səmərəliliyi” mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları. 5-6 may 2015-ci il. Bakı, 2015, s.282-287.
- Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun yaranması tarixindən (80 illik yubileyinə həsr olunur) // Аzərbaycan Milli Elmlər Akademiyası Xəbərləri. İctimai elmlər seriyası. Bakı, 2015, № 3, s.47-63.
- Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu XX əsrin 30-cu illərin sonu - 40-cı illərin əvvəllərində // Аzərbaycan Milli Elmlər Akademiyası Xəbərləri. İctimai elmlər seriyası. Bakı, 2015, № 4, s.17-30.
- Вклад ученых Азербайджана в Великую Победу // Служили Родине и науке… / под ред. академика Ак. А.Ализаде. Баку: Nafta Press, 2015, s.6-64.
- Azərbaycan arxeologiya və etnoqrafiya elmlərin inkişafında Heydər Əliyev mərhələsi // Tarix və onun problemləri, 2015, №1, s. 314-321.
- Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu 1941-1945-ci illər müharibəsi dövründə // Аzərbaycan Milli Elmlər Akademiyası Xəbərləri. İctimai elmlər seriyası. Bakı, 2016, № 1, s.12-22.
- Azerbaycan Milli İlimler Akademisi’nin Teşkili (XX Yüzyılın Birinci Yarısı). (Azərbaycan Milli Elmlər Akademiyasının təşkili tarixindən (XX əsrin birinci yarısı) // Yeni Türkiye. Kafkaslar özel sayısı VI. Temmuz-Aralık. Türkiye, 2015, yıl 21, sayı 76, fiyatı 40 TL, s. 165- 174.
- Azerbayijan scientists in the qrip of repression (the 1930 s) // Cambridge Central Acia Reviews. London, 2016, volume 2, p.34-41.
- Съезд, объединивший тюркский мир (посвящается 90-летнему юбилею Первого Всесоюзного Тюркологического съезда) // Аzərbaycan Milli Elmlər Akademiyası Xəbərləri. İctimai elmlər seriyası. Bakı, 2016, №3,s. 20-34.
- A.A.Bakıxanov adına Tarix İnstitutu sovet totalitar rejiminin gücləndiyi dövrdə // AMEA Xəbərləri, İctimai Elmlər seriyası. Bakı, 2017, №2, s.98-110.
- Большой террор и судьбы азербайджанской научной интеллигенции (30-е годы ХХ столетия) // XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları. IV Beynəlxalq elmi konfransın materialları. 22-27 aprel 2017-ci il Azərbaycan Respublikası. Lənkaran şəhəri. Xüsusi buraxılış, 2017, №64, 65, 66, s.205-213.
- Сто лет одной революции: пути развития науки Азербайджана (20-40-е годы ХХ столетия) // Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda Beynəlxalq elmi konfrans. 2 noyabr 2017-ci il. Bakı, 2017.
- Советизация научно-исследовательской системы в Азербайджане в период становления тоталитарного режима // “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I beynəlxalq elmi konfrans, 29-30 oktyabr 2018. Bakı, 2018, s.120-123.
- Первый азербайджанский исследователь истории государства Ширваншахов // Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət. Beynəlxalq elmi konfransın materialları. İkinci hissə, 23-24 oktyabr 2018. Bakı, 2018, s.1075-1085.
- Драматические страницы отечественной истории: пути и судьбы первых студентов Азербайджанской Демократической Республики, посланных на учебу в Европу // AMEA Xəbərləri, İctimai Elmlər seriyası. Bakı, 2018, №3, s.59-69.
- 100 студентов Азербайджанской Демократической Республики: История и современность // “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransın materialları. Gəncə, 26-30 iyul 2018-ci il. // AMEA Tarix İnstitutunun elmi əsərləri, 2018, №74, 75, 76, s.300-305.
- Национальная Академия наук Азербайджана: история создания (1920-1945 гг.) // Вопросы истории. М., 2019, №3, с.72-86.
- Из истории научного изучения Каспия // Научные известия. Нальчик, 2019, №15, июнь, с.20-29.