AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Azərbaycan xalqına qarşı soyqırımları tarixi

Şöbə rəhbəri T.ü.f.d. Natiq Məmmədzadə
Telefon (+994 55) 880-30-99
Faks +(99412) 510-21-63
E-mail natigmamedzade@yandex.com

Şöbə AMEA Rəyasət Heyətinin 25 dekabr 2002-сi il tarixli qərarı ilə yaradılmışdır. Şöbəyə hazırda aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Natiq Nazim oğlu Məmmədzadə rəhbərlik edir.

Şöbədə azərbaycanlıların son 200 ildə məruz qaldıqları etnik təmizləmə, deportasiya, repressiya, köçkünlük, soyqırımı tarixi problemləri üzrə tədqiqatlar aparılır. Şöbədə XIX və XX əsrlərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımları, zorakı deportrasiyalar və digər vəhşiliklərlə bağlı müxtəlif xarakterli materiallar toplanılmış, soyqırımı xəritəsinin ilkin nümunəsi hazırlanmış, göstərilən problemlə bağlı namizədlik dissertasiyaları müdafiəyə təqdim olunmışdur. Şöbədə Azərbaycanın ayrı-ayrı bölgələri üzrə soyqırımları və deportasiyalar tarixi tədqiq olunur.

Şöbə Azərbaycanın bütün tarixi torpaqlarında soydaşlarımıza qarşı törədilmiş soyqırımları, qətl və qarətlər, fiziki və mənəvi təqiblər, zorakılıqların həqiqi mənzərəsini yaratmaq, bu sahədə əldə edilən faktiki materialları elmi dövriyəyə daxil etmək, bununla da dünya ictimaiyyətində göstərilən problemlə bağlı obyektiv təsəvvür yaratmaq üçün geniş iş aparır. Hazırda şöbə yüksək ixtisaslı kadrlarla komplektləşdirilmək mərhələsini yaşayır.

AMEA Rəyasət Heyətinin 29 oktyabr 2010-cu il tarixli, 18/31 saylı qərarı ilə şöbə ləğv olunmuş və “Əhali tarixi və tarixi demoqrafiya” şöbəsinin tərkibinə qrup kimi daxil edilmişdir.

“Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsi AMEA Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli, 8/26 saylı qərarı ilə bərpa olunub.