AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Azərbaycan Sovet dövrü tarixi

Şöbə rəhbəri T.ü.f.d. İlqar Niftəliyev
Telefon (+994 55) 899-76-64
Faks +(99412) 510-21-63
E-mail ilg4352@yandex.ru

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, 2002-ci il dekabrın 25-də Tarix İnstitutunda yeni struktur dəyişikliyən əsasən “Azərbaycan Sovet dövrü tarixi” şöbəsi təşkil edilmişdir. AMEA Rəyasət Heyətinin 29 oktyabr 2010-cu il tarixli, 18/31 saylı qərarı və institut üzrə 29 noyabr 2010-cu il tarixli Tİ-010/0097 və 30 noyabr 2010-cu il Tİ-010/0098 saylı əmrlər əsasında institutda aparılmış struktur dəyişikliklərinə müvafiq olaraq “Azərbaycanın sovet dövrü tarixi” şöbəsi “Azərbaycanın müasir tarixi” şöbəsi adlandırılmışdır.

“Azərbaycanın sovet dövrü tarixi” şöbəsi AMEA Rəyasət Heyətinin 2016-cı il 25 may tarixli 8/26 saylı qərara əsasən yenidən bərpa olunmuşdur. Şöbənin fəaliyyətinin əsas istiqamətini Azərbaycanın Sovet dövrü tarixinin tədqiqi təşkil edir. Şöbə müdiri vəzifəsini tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev icra edir. Şöbə əməkdaşlarının ümumi sayı 10 nəfərdir.

Azərbaycanın Sovet dövrü tarixi Vətən tarixinin 1920-ci il aprelin 28-dən 1991-ci il oktyabrın 18-dək olan dövrünü əhatə edir. Bu dövrdə Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. Bu dəyişikliklər Azərbaycan tarixində dərin iz buraxmışdır. 70 il Azərbaycan SSR müstəqil dövlətin bir çox atributlarına malik olsa da əslində Sovet ittifaqının əyalətinə çevrilmişdi. Bu proseslər Azərbaycanın dövlət xadimlərinə, ziyalılarına və adi vətəndaşlarına qarşı kütləvi repressiyalarla, ərazilərimizin yenidən bölünməsinə, soydaşlarımızın kütləvi şəkildə öz dədə-baba torpaqlarından köçürülməsinə və digər ağır nəticələrə gətirmişdi. Azərbaycanlıların 1941-1945-ci illər müharibəsində iştirakı milli tariximizin bu mərhələsinin mühüm səhifəsini təşkil edir. Bundan əlavə XX əsrin 50-80-ci illərini elmi baxımdan milli tariximizdə xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi və 1982-1987-ci illərdə SSRİ rəhbərliyində təmsil olunduğu dövr və bu dövrdə gələcək milli müstəqilliyin siyasi, iqtisadi əsaslarının yaradılması məsələləri tarixinin tədqiqi xüsusi elmi və siyasi əhəmiyyət kəsb edir. Sadalanan məsələlərin dərindən, yeni baxış əsasında tədqiqatına böyük ehtiyac var.

“Azərbaycanın Sovet dövrü tarixi” şöbəsi çox mühüm elmi-tədqiqat şöbəsidir.