AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Azərbaycan Respublikası tarixi

Şöbə rəhbəri T.ü.f.d. Cəbi Bəhramov
Telefon (+994 50) 614-54-23
Faks +(99412) 510-21-63
E-mail djabibaxramov@mail.ru

“Azərbaycan Respublikası tarixi” şöbəsi ilk dəfə 2002-ci il dekabrın 25-də “Müstəqil Azərbaycan Respublikası tarixi” şöbəsi adı ilə yaradılmışdır. Şöbəyə 2003-cü ilin mayınadək t.ü.e.d., prof. T.B.Qaffarov rəhbərlik edib. T.ü.e.d., prof. T.B.Qaffarovun vəfatı ilə əlaqədar şöbəyə rəhbərlik İnstitutun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. C.Ə.Bəhramova həvalə edilib. AMEA RH-nin 2011-ci il tarixli 18/31 saylı qərarı ilə bu şöbə “Müasir Azərbaycan tarixi” şöbəsinin tərkibinə elmi qrup kimi daxil edilmişdir. AMEA Rəyasət Heyətinin 2016-cı il 25 may tarixli 8/26 saylı qərarı ilə “Azərbaycan Respublikası tarixi” şöbəsi adı altında yenidən müstəqil şöbə kimi təşkil edilmişdir. Şöbəyə tarix üzrə fəlsəfə doktoru, Qərb Universitetinin fəxri professoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Əmirvar oğlu Bəhramov rəhbərlik edir. Şöbənin 11 əməkdaşı var.

“Azərbaycan Respublikası tarixi” şöbəsi xalqımızın 1991-2016-cı ilə qədər olan ictimai, siyasi, sosial-iqtisadi, hərbi tarixinə dair elmi problemlərin tədqiqi və həlli məqsədi ilə yaradılmışdır. 2016-cı il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 ili tamam oldu. Əsrin dörddə birini təşkil edən bu dövr ərzində Azərbaycan xalqı ağır, lakin şərəfli bir inkişaf yolu keçmişdir. Müasir Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevdir. Onun yaratdığı bu, dünyəvi, demokratik və hüquqi dövlət 25 il ərzində çox uğurlu ümumi inkişaf yolu keçərək Qafqaz regionunun lider dövlətinə çevrilmiş və dünya birliyi içərisində çox böyük nüfuz qazanmışdır. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin 2004-cü ildən başlayaraq həyata keçirtdiyi müstəqil uğurlu daxili və xarici siyasət milli dövlətçiliyin bərpasından başlayaraq bu günə qədər olan milli tariximizin bütün problemlərinin tarixinin tədqiqinə böyük ehtiyac və zərurət yaratmışdır.

Bütün bunları nəzərə alaraq yeni yaradılmış Azərbaycan Respublikası tarixi şöbəsi aşağıdakı elmi problemlərin tədqiqini nəzərdə tutur:

  1. Azərbaycan Respublikasının ümumiləşdirilmiş tarixinin yazılması;
  2. Azərbaycan Respublikasının ictimai siyasi tarixi problemlərinin tədqiqi;
  3. Azərbaycan Respublikasının sosial iqtisadi inkişafı tarixi problemlərinin, o cümlədən, elm, təhsil, ekologiya məsələlərinin tədqiqi;
  4. Azərbaycan Respublikasında milli dövlət quruculuğu,tarixi problemlərinin tədqiqi;
  5. Azərbaycan Respublikasının hərbi tarixi problemlərin tədqiqi;

Azərbaycan Respublikası tarixi şöbəsi elmi şöbədir.