AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Azərbaycan sənətkarlıq tarixi

Şöbə rəhbəri T.ü.e.d. Camal Mustafayev
Telefon +(99412) 539-36-15
Faks +(99412) 510-21-63
E-mail

“Azərbaycan sənətkarlıq tarixi” şöbəsi AMEA Rəyasət Heyətinin 2016-cı il 25 may tarixli 8/26 saylı qərarı ilə yaradılmışdır. Şöbəyə tarix üzrə elmlər doktoru Camal Mustafayev rəhbərlik edir. Şöbənin 3 əməkdaşı var.

“Azərbaycan sənətkarlıq tarixi” şöbəsisi xalqımızın ən qədim zamanlardan bu günə qədər sosial-iqtisadi və mədəniyyət tarixində müstəsna yeri olan sənətkarlığın meydana gəlməsi, formalaşması və inkişafı tarixi məsələlərinin tədqiqi məqsədi ilə yaradılmışdır. Şöbənin əsas tədqiqat istiqaməti Azərbaycanda sənətkarlığın əsas sahələri – xalçaçılıq, zərgərlik, dulusçuluq, misgərlik, dəmirçilik və digər sahələrin tarixinin elmi şəkildə tədqiqidir.