AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Azərbaycan mədəniyyəti tarixi

Şöbə rəhbəri -
Telefon
Faks +(99412) 510-21-63
E-mail

“Azərbaycan mədəniyyəti tarixi” şöbəsi 2016-cı ildən fəaliyyət göstərir. Şöbənin rəhbəri 2019-cu ilə qədər t.ü.e.d. Tamilla Musayeva olub. 

Şöbədə dörd aparıcı işçi – Kocayeva T.S., Axundova N.R., Vahabova E.R., İ.Həsənov ümumi 13 nəfər işləyir.

Şöbə «Azərbaycan mədəniyyəti tarixi (ən qədim zamanlardan bu günə kimi)» çoxcildlik kitabın üzərində işi başlayıb.

“Azərbaycan Respublikası” 5 cildlik monoqrafiyasının hazırlanmasında və çap olunmasında yaxından iştirak etmişlər, mədəniyyət hissəsini Tamilla Kocayeva və Nigar Axundova yazmışlar.

Şöbənin a.e.i., t.ü.f.d. Tamilla Kocayeva “Azərbaycan elmi bioqrafik oçerklərdə”, “Cahangir Zeynaloğlu: Şirvanşahlar yurdu”, “AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu-80” adlı monoqrafiyalarını nəşrə hazırlayıb.

Tarix İnstitutunda çap olunan “Heydər Əliyev: Azərbaycan elminin keşiyində (Sənədlər və materiallar)” (ikicildlik), “Heydər Əliyev və elmin inkişafı” adlı kollektiv monoqrafiyalar şöbənin əməkdaşları olan tarix üzrə fəlsəfə doktorları T.S.Kocayeva, N.R.Axundova tərəfindən hazırlanıb.     

 “Azərbaycan Respublikasında təsviri sənətin inkişafı - türk xalqları mədəniyyətinin bir hissəsi kimi (XX əsrin sonu – XXI əsrin əvvəlində)” Niqdə şəhərində IV Uluslararası Türk dünyası araşdırmalar simpoziumunda 26-28 aprel 2017-ci ildə Axundova Nigar iştirak etmişdi. N.Axundova həmçinin Stavropol və Maqos şəhərlərinə də elmi məqalələr göndərmişdir. Kocayeva T. Cambidje  2-ci məqaləsi çap olunmuşdur (Cambidje “Central Asia Reviev”, 2016, vol 1, iş 2).

E.R.Vahabovanın monoqrafiyası - “XIX əsrin II yarısında – XX əsrin əvvəllərində Şimali Azərbaycanda mədəni həyatın tarixindən” adlı əsəri çapdadır.

E.R.Vahabova Tiflisdə, Stavropolda, Naxçıvanda məqalələr çap olunub, həmçinin Vahabova doktorluq işini tamamlayıb və təqdim edib.

G.Mahmudova ali təhsildə “Tələbələrin biliyinin qiymətləndirilməsində yeni mexanizmlərin tətbiqini” öyrənib və məqalə yazıb.

C.Məmmədova Azərbaycanın xarici ölkələrlə mədəni əlaqələrinin (1960-1980) işləyir.

 Rəssam İsmayılov Camaləddin Nadir şah Əfşar haqqında kitabında rəsm əsərlərini təqdim etmişdir.