AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Təhsil şöbəsi

Şöbə rəhbəri Ellada Bəkirova
Telefon (+99412) 539-36-15
Faks +(99412) 510-21-63
E-mail bekirovaella@gmail.com

Təhsil şöbəsi 2016-cı ildə yaradılıb. Təhsil şöbəsinin müdiri Ellada Abubəkir qızı Bəkirovadır.

Şöbənin fəaliyyətinin əsas istiqaməti elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların, magistrantların elmi fəaliyyətinin, təhsilinin həyata keçirilməsi, institutun ali məktəblərlə əlaqəsinin təşkil olunmasından ibarətdir. Təhsil şöbəsi doktorant və dissertantların sənədlərinin qəbulunu, ixtisas fənni üzrə qəbul imtahanları və doktorluq imtahanları üçün testlərin hazırlanmasını, test bankının yaradılmasını və proqram təminatını, doktoranturaya qəbul imtahanları  və doktorluq imtahanları üzrə komissiyanın yaradılmasını təşkil edir.

Şöbə doktorant və dissertantların attestasiyasının keçirilməsi üçün zəruri sənədləri hazırlayır və attestasiyanı təşkil edir.

Təhsil şöbəsi doktorant və dissertantların fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi ilə əlaqələndirir, bu sahə üzrə lazımi sənədləri hazırlayıb təqdim edir.

Doktorant və dissertantlar öz növbəsində fəaliyyətləri haqqında hesabatları və digər zəruri sənədləri şöbəyə təqdim edir.

Şöbə magistratura üzrə işləri həyata keçirir, magistrantların tədris planını hazırlayır, bu planda nəzərdə tutulan fənlər üzrə məşğələlərdə onların iştirakını təşkil edir, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təmin edir.

Təhsil şöbəsi institutun ali məktəblərlə əlaqələrinin təşkilinə cavabdehdir. Müxtəlif ali məktəblərdən instituta göndərilmiş staj keçən müəllimlərin, praktikant və təcrübəçi tələbələrin nəzərdə tutulmuş proqramlarının həyata keçirilməsini təşkil edir.

Şöbə institut əməkdaşlarının, gənc alimlərin təcrübə keçmə dövrü ilə bağlı məsələlərin həllində direktorluğun tapşırıqlarını yerinə yetirir.

Təhsil şöbəsi müstəqil qurumdur və institutun direktoruna tabedir.