AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

İctimaiyyətlə əlaqələr

Şöbə rəhbəri Ağayeva Nərminə
Telefon +(99470) 253-75-93
Faks +(99412) 510-21-63
E-mail nermun123@gmail.com

2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın 13 iyul tarixli iclasının qərarına əsasən İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. İctimaiyyətlə əlaqələr şöbəsinə Ağayeva Nərminə Yelmar qızı rəhbər­lik edir.

Şöbənin 6 əməkdaşı var. Şöbə A.A.Bakıxanov adına Tarix İnstitutunun fəaliyyəti ilə bağlı Kütləvi İnformasiya Vasitələri (KİV) ilə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

Tarix İnstitutundakı yeniliklər və görülən bütün işlər bu şöbə vasitəsi ilə ictimaiyyətə çatdırılır. İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması Tarix İnstitutunda mətbuat xidmətinin imkanlarının genişlənməsinə, KİV ilə əməkdaşlığın daha da inkişafına imkan yaradır. Bu şöbə televiziyalar, qəzetlər, informasiya agentlikləri, xəbər saytları və digər mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır.