AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

İnformasiya mərkəzi

Şöbə rəhbəri T.ü.f.d. Elmar Məhərrəmov
Telefon (+994 55) 856-75-70
Faks +(99412) 510-21-63
E-mail elmarmaharram@mail.ru

İnformasiya mərkəzi 2002-ci ildə fəaliyyətə başlamışdır. Mərkəzə tarix üzrə fəlsəfə doktoru Elmar Əli oğlu Məhərrəmov rəhbərlik edir. Mərkəzdə 5 nəfər əməkdaş çalışır. Mərkəz Azərbaycan Respublikasının, eləcə də onun bölgələrinin tarixi ilə bağlı xarici ölkələrin internet saytlarında yerləşdirilən materialların toplanılması, araşdırılması və tədqiqatçıların sərəncamına verilməsini, institut əməkdaşlarının internetə çıxışı və göndərişini təmin edir, arxiv sənədlərinin elektron variantını hazırlayır. Həmçinin, Mərkəz institut əməkdaşlarının əsərlərinin mətninin yığılıb-səhifələnməsini, redaktə və korrektə işlərini, əsərlərin kompüter dizaynını və hazır diapozitivlərin tirajlaşdırılmaq üçün nəşriyyatlara göndərilməsini təmin edir.