AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Qarabağ tarixi

Şöbə rəhbəri Güntəkin Nəcəfli
Telefon
Faks +(99412) 510-21-63
E-mail ....

“Qarabağ tarixi” şöbəsi Tarix İnstitutunda həyata keçirilən struktur islahatlarına müvafiq olaraq 2002-ci il dekabrın 25-də yaradılmışdır. Şöbəyə 2002-ci ildən 2018-ci ilin yanvar ayına qədər tarix üzrə elmlər doktoru Qasım Hacıyev rəhbərlik edib. Hal-hazırda şöbəyə tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli rəhbərlik edir. “Qarabağ tarixi” şöbəsində əməkdaşlarının sayı 10 nəfər elmi əməkdaş çalışır.

Şöbənin əsas istiqamətini XIX-XXI əsrin əvvəlində Azərbaycan Respublikasının Qarabağ regionunun siyasi, sosial-iqtisadi, mədəniyyət tarixi və o cümlədən XIX əsrin I yarısında Rusiya imperiyası tərəfindən ermənilərin Şimali Azərbaycanın Qarabağ regionu ərazilərinə köçürülməsi və bu siyasətin Azərbaycan xalqı üçün törətdiyi fəlakətlərin nəticələri, XX əsrdə SSRİ dövlətinin antiazərbaycan siyasəti və müasir dövrdə Rusiya Federasiyası, ABŞ, Fransa və digər dövlətlərin Ermənistan – Azərbaycan – Dağlıq Qarabağ münaqişəsində tutduqları mövqe, bu münaqişənin yaradılması tarixi və digər elmi məsələlər təşkil edir.

Şöbədə Qarabağın müхtəlif dövrlərdə sosial-iqtisadi, siyasi, mədəniyyət tariхinin hərtərəfli öyrənilməsi məqsədilə materiallar toplanılır, müəyyən olunmuş mövzular üzrə tədqiqat aparılır. Lakin şöbənin mütəхəssislərlə komplektləşdirilməsi başa çatdırılmadığından əsas diqqət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin araşdırılmasına, bu problemin sülh yolu ilə həlli məqsədilə Azərbaycan Respublikasının yeritdiyi siyasətin işıqlandırılmasına yönəldilmişdir.

Şöbə əməkdaşları respublika və beynəlхalq səviyyəli elmi konfranslarda fəal iştirak edirlər.