Qafqaz tarixi
Şöbə rəhbəri | T.ü.e.d. İradə Bağırova |
---|---|
Telefon | (+994 50) 321-00-36 |
Faks | +(99412) 510-21-63 |
bagirovais@gmail.com |
“Qafqaz tarixi” şöbəsi 2002-ci ildən fəaliyyətə başlamışdır. Şöbənin rəhbəri tarix elmləri doktoru İradə Bağırovadır. Şöbədə 8 nəfər elmi əməkdaş çalışır. Tarix İnstitutunda qafqazşünaslıq sahəsində yüksək ixtisaslı mütəxəssislərin olmamasına baxmayaraq, qısa müddət ərzində şöbənin daxili potensialı hesabına tədqiqatçılar kollektivi formalaşdırılmışdır. Şöbə işçiləri tərəfindən qafqazşünaslığa və qonşu ölkələrin tarixinə aid müvafiq elmi ədəbiyyat, arxiv materialları və mətbuat məlumatları toplanılmışdır. Bu istiqamətdə iş davam etdirilir. Şöbənin perspektiv planına əsasən XVIII əsrdən müasir dövrədək Qafqaz tarixi üzrə fundamental kollektiv monoqrafiyanın hazırlanması, ilk dəfə olaraq Qafqazda türk etnoslarının tarixinin tədqiqi nəzərdə tutulur. Tədqiqat mövzularının bir hissəsi Cənubi Qafqaz ölkələrinin tarixini, xüsusilə də Gürcüstan-Azərbaycan tarixi əlaqələrini əhatə edir ki, bu problemin də orta əsrlər dövrü qismən tədqiq olunmuşdur. Bu tədqiqatların nəticəsi olaraq, “Azərbaycan – Gürcüstan münasibətləri tarixi (XVIII – XXI əsrin əvvəlləri)” adlı monoqrafiya işıq üzü görmüşdü.
Bununla yanaşı, şöbənin fəaliyyətində XVIII əsrdən başlayaraq Azərbaycanın Şimali Qafqazla münasibətlərinin və Azərbaycan Respublikasının şimal-qərb regionunun tarixinin tədqiqinə də xüsusi yer ayrılmışdır. Bununla əlaqədar “Şimal-qərbi Azərbaycan tarixi” adlı kollektiv monoqrafiya nəşr edilmişdir. Ümumiyyətlə, şöbənin tədqiqat planlarında 50-dən çox mövzunun araşdırılması nəzərdə tutulur. Bu həm Qafqazın keçmiş tarixinin öyrənilməsinə, həm də gələcək inkişafı üçün proqnozlar verməyə imkan yaradacaqdır. Bu isə perspektivdə, həm də, şöbənin regionda tanınmış elmi-tədqiqat mərkəzinə çevrilməsinə ümid verir. 2007-ci ildən başlayaraq şöbənin elmi təklifləri əsasında institut Elmi Şurasının qərarı ilə bir sıra fundamental əsərlər nəşr olunmuşdur. Şöbə əməkdaşları 7 cildlik “Azərbaycan tarixi”nin V cildinin hazırlanmasında yaxından iştirak etmişlər