AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Beynəlxalq Əlaqələr

Şöbə rəhbəri T.ü.f.d. Nərgiz Axundova
Telefon (+994 50) 371-61-91
Faks +(99412) 510-21-63
E-mail nara.akhundova@hotmail.com

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsi 2016-cı ilin dekabrından fəaliyyət göstərir. Şöbə AMEA Rəyasət Heyətinin “Beynəlxalq Əlaqələr” şöbəsi ilə sıx əməkdaşlıq əlaqələrində fəaliyyət göstərir və onun layihələrində, müxtəlif konfrans və seminarlarında fəal şəkildə iştirak edir. “Beynəlxalq Əlaqələr” şöbəsi aşağıdakı məsələlərlə məşğul olur:  

  • Öz fəaliyyət sahəsi daxilində Tarix İnstitutunun digər ölkələr, elmi müəssisələr, şöbələr, təşkilatlarla birbaşa əlaqələrini dəstəkləyir;
  • Azərbaycan Elmlər Akademiyasının digər institutları ilə davamlı olaraq əlaqə saxlayır;
  • Azərbaycan-Çin arasında tarixi və mədəni əlaqələri üzrə toplu nəşr edərək, Azərbaycan-Çin arası layihələrdə fəal iştirak edir;   
  • Digər ölkələrin müxtəlif elmi mərkəzləri ilə birgə layihələrin işlənib hazırlanması ilə məşğul olur; xüsusilə Polşa, Avstriya, Pakistan, Qazaxıstan və digər ölkələrlə bir sıra layihələr hazırlanmışdır; 
  • Müxtəlif beynəlxalq konfranslarda iştirak edərək İnstitutun elmi əməkdaş­larının nəşr olunmuş məqalələrinin xarici dövrü nəşrlərdə yayılması ilə məşğul olur;
  • Ölkə daxilində olduğu kimi, ölkə xaricində də beynəlxalq seminarlar, simpoziumlar və konfranslarda iştirak edən İnstitutun əməkdaşlarının çap edilən məqalələrinin sayı barədə məlumat toplanması ilə məşğul olur;    

Şöbəyə “Azərbaycanın Orta Əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Nərgiz Faiq qızı Axundova rəhbərlik edir.