AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Beynəlxalq münasibətlər tarixi

Şöbə rəhbəri T.ü.e.d., prof. Tofiq Mustafazadə
Telefon +(99412) 539-36-15
Faks +(99412) 510-21-63
E-mail

“Azərbaycanın beynəlxalq əlaqələri tarixi” şöbəsi adı ilə 2002-ci il dekabrın 25-də fəaliyyətə başlamışdır.

Şöbəyə 2002-2009-cu illərdə tarix elmləri doktoru Sayad Sayadov rəhbərlik etmişdir. 2011-ci ildən 2018-ci ilədək şöbəyə tarix elmləri doktoru, professor Həsən Cahangir oğlu Əlibəyli rəhbərlik edib. Hal-hazırda şöbəyə tarix üzrə elmlər doktoru, professor, Dövlət mükafat laureatı (2012-ci il), Əməkdar elm xadimi (2016) Tofiq Teyyub oğlu Mustafazadə rəhbərlik edir. Şöbədə 18 nəfər elmi əməkdaş çalışır.

Şöbədə aparılan tədqiqat işlərinin xronoloji çərçivəsi Azərbaycan tarixinin XVIII əsrdən bu günə qədərki dövrünü əhatə edir. Şöbənin elmi fəaliyyəti XVIII əsrin sonu-XIX əsrin əvvəlində Azərbaycan xanlıqlarının beynəlxalq əlaqələri tarixi, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət tarixi məsələləri, Azərbaycan SSR-in 1920-1991-ci illərdə keçmiş SSRİ dövləti tərkibində beynəlxalq iqtisadi və mədəni əlaqələr tarixi məsələləri və müasir Azərbaycan Respublikasının xarici siyasətinin əsas prinsipləri və istiqamətləri, onun dünya dövlətləri və müxtəlif beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətləri, siyasi, iqtisadi və mədəni əlaqələri və digər aktual elmi problemlərin konkret tədqiqinə yönəldilmişdir. 2010-cu ildə Tarix İnstitutunda həyata keçirilən struktur islahatlarına müvafiq olaraq “Azərbaycanın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi” şöbəsi “Azərbaycanın beynəlxalq əlaqələri tarixi” şöbəsi ilə birləşdirilmişdir. AMEA Rəyasət Heyətinin 041 saylı 09.06.2016-cı il tarixli İnstitutun strukturunda dəyişiklik aparılması barədə əmr nəzərə alınaraq şöbə “Beynəlxalq münasibətlər tarixi” adlanıb.