AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Azərbaycan diasporu

Şöbə rəhbəri T.ü.e.d. Məryəm Seyidbəyli
Telefon +(99412) 539-36-15
Faks +(99412) 510-21-63
E-mail mseyidbeyli@mail.ru

 “Azərbaycan diasporu” şöbəsi 2002-ci il dekabrın 25-dən fəaliyyətə başlamışdır.

Şöbəyə tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli rəhbərlik edir. Şöbədə 6 nəfər elmi əməkdaş çalışır. “Azərbaycan diasporu” şöbəsində milli diaspora tarixi problemi elmi-nəzəri baxımdan tədqiq olunur, müasir dövrdə baş verən miqrasiya prosesləri, millətlərarası münasibətlər təhlil edilir, xaricdəki soydaşlarımızın təşkilatlanması üçün əməli təkliflər hazırlanır.

Şöbə əməkdaşları Azərbaycan diasporunun müxtəlif regionlarda və ölkələrdə (ABŞ, Kanada, Qərbi Avropa, Rusiya, Orta Asiya və s.) fəaliyyətinin tədqiqi ilə məşğul olur. Şöbə rəhbəri tarix üzrə elmlər doktoru M.H.Seyidbəylinin “Azərbaycan diasporu Rusiyada: formalaşması və inkişafının xüsusiyyətləri və tendensiyaları” adlı monoqrafiyası 2009 və 2010-cu illərdə nəşr olunmuşdur. Şöbənin əməkdaşları xarici ölkələrdə yaşayan azərbaycanlılarla ünsiyyət yaratmaq istiqamətində də geniş fəaliyyət göstərir, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi ilə sıx əlaqə saxlayırlar.