AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Azərbaycan-Rusiya əlaqələr tarixi

Şöbə rəhbəri T.ü.e.d., prof. İkram Ağasiyev
Telefon +99412) 539-36-15
Faks +(99412) 510-21-63
E-mail ikramagasiyev@mail.ru

“Azərbaycan-Rusiya əlaqələr tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Ikram Ağasiyevdir. Şöbənin 9 əməkdaşı var.

“Azərbaycan-Rusiya əlaqələri tarixi” şöbəsi Tarix İnstitutunun baş planında nəzərdə tutulmuş “XIX-XXI əsrlərdə Azərbaycan-Rusiya əlaqələri tarixi” və “Azərbaycan-tatar tarixi əlaqələri: keçmiş, bu gün, perspektivləri” adlı kollektiv monoqrafiyalar üzrə tədqiqat aparır.

Şöbə işçiləri Azərbaycan-Rusiya tarixi əlaqələrinin əsaslı araşdırılması üçün arxiv materiallarının və ilkin mənbələrin toplanması işini davam etdirirlər.    

Şöbənin əməkdaşları Rusiya Federasiyasında və digər ölkələrdə keçirilən elmi konfranslarda, tədbirlərdə fəal iştirak edir və məqalə dərc etdirirlər. Rusiya Federasiyasının elmi-tədqiqat müəssisələri ilə ikitərəfli əlaqələri genişləndirmək üçün müqavilələrin hazırlanmasında və icrasında öz töhfələrini verirlər.