AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Azərbaycanın tarixi demoqrafiyası

Şöbə rəhbəri T.ü.e.d., prof. Kərim Şükürov
Telefon (+99450) 290-10-26
Faks +(99412) 510-21-63
E-mail kkshukurov@mail.ru

Tarix İnstitutunda həyata keçirilən struktur islahatlarına müvafiq olaraq 2011-ci il yanvarın 24-də “Əhali tarixi və tarixi demoqrafiya” şöbəsi yaradılmışdır.

Şöbədə “Əhali tarixi və tarixi demoqrafiya” və “Azərbaycanlıların deportasiyası və soyqırımı tarixi” elmi tədqiqat bölmələri 2015-ci ilə qədər fəaliyyət göstərib.

2016-cı ildə Şöbənin adı dəyişdirilərək Azərbaycanın tarixi demoqrafiyası” adlandırıldı.

Şöbəyə tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov rəhbərlik edir. Şöbənin əsas fəaliyyət istiqaməti Azərbaycanın tarixi demoqrafiyasının mənbələri və tarixşünaslığının tədqiqi, tarixi-demoqrafiyaya dair sənəd və materialların toplanması və nəşri, tarixi-demoqrafik inkişafın əsas mərhələlərinin araşdırılmasından ibarətdir. Şöbədə 10 nəfər elmi əməkdaş çalışır.