Əliyevşünaslıq
Şöbə rəhbəri | T.ü.e.d. Ədalət Qasımov |
---|---|
Telefon | (+994 50) 610-38-48 |
Faks | +(99412) 510-21-63 |
qasimov-adalet@mail.ru |
“Əliyevşünaslıq” şöbəsi Tarix İnstitutunda aparılan struktur islahatlarına müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 02 aprel 2008-ci il tarixli qərarı ilə yaradılmışdır. Şöbə əvvəlcə “Heydər Əliyev irsini tədqiqi” şöbəsi kimi fəaliyyətə başlamış, 2010-cu ildə isə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə “Əliyevşünaslıq” şöbəsi adlandırılmışdır. Şöbədə 7 nəfər elmi əməkdaş çalışır. Şöbənin əsas elmi-tədqiqat istiqamətini Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqi təşkil edir. Şöbəyə tarix üzrə elmlər doktoru Ədalət Qasım oğlu Qasımov rəhbərlik edir. Şöbə və institutun əməkdaşları tərəfindən ikicildlik “Heydər Əliyev” monoqrafiyasının II cildi, “Heydər Əliyev. Azərbaycan elminin keşiyində” (2 cildlik sənədlər və materiallar toplusu), “Azərbaycan Respublikasının tarixi” 2 cildlik monoqrafiyaları hazırlanaraq nəşr edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərini əks etdirən bir sıra monoqrafiyalar, o cümlədən akademik Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyevin şəxsiyyəti”, “Azərbaycan dövlətçiliyinin xilaskarı”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “İlham Əliyev və Azərbaycan tarixi elmi” adlı monoqrafiyaları nəşr edilmişdir.
Tarix elmləri doktoru Ə.Q.Qasımovun “Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası”, “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi”, Tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynovanın “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”, t.ü.f.d. Rəhman Hacıyevin “Azərbaycan gəncliyinin himayədarı” adlı monoqrafiyaları işıq üzü görmüşdür. Şöbə əməkdaşları tərəfindən 200-ə qədər məqalə çap olunmuşdur və müxtəlif beynəlxalq elmi konfranslarda məruzələrlə çıxışlar edilmişdir.
Hazırda şöbə Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edən Azərbaycan elminin inkişafı sahəsində misilsiz xidmətlərini əks etdirən monoqrafiya üzərində tədqiqat işlərini davam etdirir.