AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞÖBƏLƏR

Azərbaycanın yeni tarixi

Şöbə rəhbəri T.ü.f.d. Hacı Həsənov
Telefon (+994 50) 386-23-52, (+994 77) 440-68-35
Faks +(99412) 510-21-63
E-mail hacıhasanov@mail.ru

“Azərbaycanın yeni tarixi” şöbəsi 1947-ci ildə yaradılmışdır. Şöbəyə müxtəlif dövrlərdə akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əliövsət Nəcəfqulu oğlu Quliyev, tarix elmləri doktoru İdris Məşədi Zaman oğlu Həsənov, tarix elmləri doktoru İosif Vasilyeviç Striqunov və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov rəhbərlik etmişlər. Şöbə ölkədə tarix elminin inkişafında mühüm rol oynamışdır. 2001-ci ildən şöbəyə tarix üzrə fəlsəfə doktoru Hacı Nuru oğlu Həsənov rəhbərlik edir. Hazırda “Azərbaycanın yeni tarixi” şöbəsində 21 nəfər elmi əməkdaş çalışır.

Şöbə başlıca olaraq XVIII-XX əsrin əvvəllərində (1736-1917-ci illər) Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəniyyət tarixi istiqamətləri üzrə tədqiqatlar aparılmasında ixtisaslaşmışdır.

Şöbədə tədqiq olunan problemlər arasında Azərbaycan xanlıqlarının tarixi, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı və bunun nəticələri, çarizmin köçürmə siyasəti, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdlər (Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, T.T.Vəliyev, H.N.Həsənov, V.U.Umudlu), kənd təsərrüfatı (Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, İ.M.Həsənov, Ə.A.Umayev, H.N.Həsənov), sənaye (Ə.S.Sumbatzadə, T.T.Vəliyev, Z.A.Qafarova), ticarət və sənətkarlıq tarixi, şəhərlər tarixi (M.Ə.İsmayılov, Ə.A.Umayev, F.N.Məmmədov, N.R.Məmmədov, İ.Q.İbrahimi, F.Ə.Tağıyev, G.N.İsmayılova), XIX əsrin sonu - XX əsrin əvvəllərində baş vermiş ictimai-siyasi proseslər (D.B.Seyidzadə, S.M.Mustafayeva), o cümlədən milli şüurun inkişafı, ictimai-siyasi təşkilatların formalaşması və onların fəaliyyəti (İ.S.Bağırova, S.M.Mustafayeva), Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımları, ölkənin milli-mədəni həyatı (D.S.Hüseynova) və başqa məsələlər əsas yer tutur.

Şöbənin elmi uğurları sırasında 3 cildlik “Azərbaycan tarixi”nin II (Bakı, 1963), 7 cildlik “Azərbaycan tarixi”nin IV (Bakı, 2000) və V (Bakı, 2001) cildləri mühüm yer tutur. Göstərilən fundamental araşdırmalarla yanaşı şöbə əməkdaşları XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın “guya geridə qalmış feodal-patriarxal ölkəsi” olması haqqında əsassız “konsepsiyanı” ifşa edərək Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı üzrə elmi məktəb yaratmış və onu inkişaf etdirmişlər.