AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

MEŞŞANİNOV İVAN İVANOVİÇ

MEŞŞANİNOV İVAN İVANOVİÇ

1936-1937-ci illər

1932-ci ildə SSRİ EA-nın akademiki, 1936-1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, 1945-ci ildə isə Azərbaycan EA-nın fəxri akademiki, SSRİ Dövlət mükafatı laureatı.

Akademik İ.İ.Meşşaninov 1883-cü il dekabrın 6-da Başqırdıstanın Ufa şəhərində anadan olmuşdur.

1932-ci ildə SSRİ EA-nın akademiki, 1945-ci ildə isə AEA-nın fəxri akademiki seçilmişdir.

O, 1936-1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru olmuşdur.

İ.İ.Meşşaninov Qara dənizin şimal sahillərində və Cənubi Qafqazda arxeoloji qazıntılara rəhbərlik etmişdir. 1926-1927-ci illərdə Xocalı (Qarabağ) və Qızılvəngdə (Naxçıvan), 1933-cü ildə Örənqalada (Beyləqan) arxeoloji qazıntılar aparmış, Mil düzündə küp qəbirlər, Daşkəsəndə siklop tikililər aşkar etmişdir.

Azərbaycanın qədim tarixinə, arxeologiyasına dair bir sıra əsərin müəllifidir. İ.İ.Meşşaninovun elmi kadrların hazırlanmasında da mühüm xidmətləri olmuşdur. Görkəmli Azərbaycan alimlərindən Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, İshaq Cəfərzadə, Saleh Qazıyev və başqaları onun yetirmələri olmuşlar.

Akademik İ.İ.Meşşaninov Qırmızı Əmək Bayrağı ordeni, Lenin ordeni və medallarla təltif olunmuş, SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

1967-ci il 16 yanvar tarixində keçmiş Leninqradda (indiki Sankt-Peterburqda) vəfat etmişdir.

Paylaş: