AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

HACIYEVA ZEMFİRA ƏLİ QIZI

HACIYEVA ZEMFİRA ƏLİ QIZI

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi mərkəzinin direktoru, AMEA Ekspert Yoxlama Komissiyasının sədri.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi mərkəzinin direktoru, AMEA Ekspert Yoxlama Komissiyasının sədri Zemfira Əli qızı Hacıyeva 2 mart 1955-ci ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının kadrlar və aspirantura şöbəsində makinaçı-katibə vəzifəsinə təyin edilmişdir. O, 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır.

Zemfira Hacıyeva Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Mərkəzi Aparatında Azərbaycanda Elmi İrsin Toplanılması və Sistemləşdirilməsi mərkəzinin direktoru vəzifəsində çalışır. O, işlədiyi müddət ərzində zəngin elmi-nəzəri biliyə yiyələnib, elmi tədqiqat işlərini müntəzəm və yüksək səviyyədə yerinə yetirir. Zemfira Hacıyeva 2002-ci ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı olmuş və Tarix İnstitutu nəzdində fəaliyyət göstərən 0.01.161 Birləşmiş Müdafiə Şurasının 2005-ci il 16 sentyabr tarixli iclasında tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu” mövzusunda dissertasiya müdafiə etmişdir. Zemfira Hacıyeva 2007-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı olmuş, 2013-cü ildə “Qarabağ və İrəvan xanlıqlarının tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, aktuallığı və siyasi əhəmiyyəti ilə seçilən mühüm nəticələri Azərbaycanda elmin inkişaf tarixini əks etdirən tədqiqat əsərlərinin müəllifidir. On bir monoqrafiya, üç kataloq (İrəvan xanlığının tarixşünaslığı, “Kaşılar” Azərbaycan tarixi və mədəni irsini öyrənmək üçün qiymətli mənbə, AMEA 70 illik yubileyinə həsr edilmiş Azərbaycan Elmlər Akademiyasının yaranma tarixi-120 s.) və 50 elmi məqalənin müəllifidir, onlardan altısı xarici ölkələrdə (Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan) (rus, ingilis və türk dillərində). Zemfira Hacıyeva ermənilər tərəfindən məhv edilmiş “Qarabağ əyalətinin təsviri”nin («Описание Гарабагской провинции», составленное в 1832 году по распоряжению главноуправляющего в Грузии Ермолова и изданного в 1866 году) ikinci nəşrini çap edərək, Moskva, Sankt-Peterburq, Almaniyanın Martin Lüter Universitetinin və digər ölkələrin kitabxanalarına təqdim etmişdir. Zemfira Hacıyeva 2005-ci ildən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Ekspert Yoxlama Komissiyalarının sədri vəzifələrini yerinə yetirir. O, Azərbaycan Tarix Qurumunun, A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının üzvüdür.

Xalqın nüfuzlu ziyalısı Fəxri diplomu, Azərbaycan bayrağı Ali diplomu, Qızıl Qələm mükafatı Diplomu, AMEA-nın Fəxri Fərmanı (3 dəfə - 2000-ci, 2005 və 2015-ci illərdə), Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub. 

Monoqrafiyaları

  • Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu. Bakı, 2007.
  • Azərbaycan dövlət elmi-tədqiqat institutu (AzDETİ). Bakı, 2009.
  • Azərbaycan alimləri ikinci dünya müharibəsi illərində. Bakı, 2010.
  • Qarabağ xanlığının tarixşünaslığı. Bakı, 2010 (Azərbaycan, rus dillərində).
  • Təkrarlanan tarix – təkrarlanan şərhlər. Bakı, 2011.
  • İrəvan xanlığının tarixşünaslığı. Bakı, 2012.
  • Azərbaycan dövlət muzeyi. Bakı, 2012. (Azərbaycan, rus dillərində).
  • Əfsanəvi insan (Akademik Cəbrayıl Muxtar oğlu Hüseynovun 100 illik yubileyinə həsr olunur). Bakı, 2013.
  • AMEA Prezidentləri. Şanlı yolu mərhələləri. Bakı, 2014.
  • AMEA Prezidentləri. Şanlı yolu mərhələləri (əlavələrlə). Bakı, 2015.
  • Описание Гарабагской провинции. 2004.
  • Гарабагское ханство: социально-экономические отношения и государственное устройство. Bakı, 2007.
  • The Garabagh khanate: socio-economic relations and the state system. 2010.

Məqalələri

  • Qarabağın tarixi-mədəni irsi (broşur). Bakı 2003. (Azərbaycan. rus, ingilis dillərində).
  • Qarabağ xanlığının mahalları və əhali tərkibi haqqında // AMEA Xəbərləri - № 4,- 2004, - s. 83-95
  • Qarabağ xanlığında sənətkarlığın vəziyyətinə dair // Tarix və onun problemləri - № 3, - 2004, - s. 236-247.
  • Qarabağ xanlığının yaranması və onun sərhədləri // Azərbaycan və Türkiyə simpoziumun (tezis-məruzələr) materialları. Bakı, 2004, - s. 148.
  • Ümummilli əbədi liderimiz Heydər Əliyevin xatirəsinə və 2 May Respublika gününə həsr olunmuş dünyada yeni inkişaf meylləri istiqamətində türk dünyası // Azərbaycan və Türkiyə Beynəlxalq elmi praktik simpozium (tezis-məruzələr) materialları Qarabağ xanlığının yaranması. Bakı, 2004.
  • Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyəti (bülleten). Bakı, 2005.
  • Xanlıq dövründə Qarabağda kənd təsərrüfatının vəziyyəti, torpaq və su sahibliyi haqqında. Bakı, 2005. - s. 34-56.
  • Mirzə Adıgözəl bəyin “Qarabağnaməsi haqqında” // Dirçəliş XXI əsr, Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq münasibətlər İnstitutu 126-127, Bakı, 2008. s.369-384.
  • Mirzə Camal Cavanşir Qarabağlının “Qarabağ tarixi” əsərinin tarixşünaslıqda yeri. Bakı, 2008. - s. 53-73.
  • Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair // Pedaqoji Universitet. Xəbərlər № 6. Bakı, 2008. - s. 112-123.
  • Mir Mehdi Xəzani və onun “Kitabi-tarixi-Qarabağ” əsəri haqqında. Bakı, 2008. - s. 3-17.
  • İrəvan xanlığı Qacarların hökmranlığı dövründə 1975-1828 adlı əsəri haqqında // AMEA Xəbərləri - № 10, 2008, - s. 112-123.
  • Təkrarlanan tarix və təkrarlanan şərhlər. Corc Burnutyanın rus-sovet və erməni tarixçilərindən fərqli və oxşar cəhətləri. Bakı, 2008-2009. - s. 147-159.
  • İrəvan xanlığı Qacarların hökmranlığı dövründə. 1795-1828 adlı əsər haqqında // AMEA xəbərləri № 10. Bakı, 2009.
  • İrəvan xanlığı tarixi haqqında tarixçilərin əs son sözü // AMEA məruzələri № 4. 2010. - s. 138-148.
  • Mirzə Rəhim Fənanın “Tarixi-cədidi-Qarabağ” əsəri haqqında // PY xəbərləri № 3, - 2012. - s. 87-90.
  • Qarabağ xanlığının tarixi müasir erməni tarixşünaslığında // Dirçəliş XXI əsr, 171-172, - 2012, - s. 411-418.
  • Qarabağ xanlığının tarixi XX əsrin 60-80-ci illərində Azərbaycan və Sovet tarixşünaslığında // AMEA xəbərləri №10, - 2012
  • Müstəqillik dövrü Azərbaycan tarixşünaslığı. Problemə yeni baxış // AMEA Xəbərləri. Bakı, 2012.
  • Əfsanəvi insan. Bakı, 2013. (azərbaycan, rus, ingilis dillərində).
  • Raffi və onun Qarabağ haqqında mifik məlumatları // RU Xəbərlər №1. Bakı, 2013. - s. 65-70.
  • XX əsrin 30-40-cı illəri erməni tarixşünaslığında Qarabağ xanlığı tarixinin saxtalaşdırılmasına dair // AMEA Məruzələr. Bakı, 2013.
  • XX əsrin 40-50-ci illəri Sovet tarixşünaslığında // Dirçəliş XXI əsr, 173-174. Bakı, 2013.
  • Kaşılar Azərbaycanın tarixi və mədəni irsini öyrənmək üçün qiymətli mənbə / Kataloq, ön söz və kaşıların təsviri. Bakı, 2014. (Həmmüəllif).
  • AMEA yaranma tarixi (1945) / (kataloq). Bakı, 2015. (azərbaycan, rus dillərində).
  • Azərbaycan Dövlət elmi-tədqiqat İnstitutu (AzDETİ) Azərbaycanda Elmin inkişafı tarixindən (1929-1932). (azərbaycan, rus dillərində).
  • T.Ə. İbrahimova, Z.Ə. Hacıyeva “Qədim Qəbələ” / Buklet (azərbaycan, rus, ingilis dillərində).
  • “Erməni kilsəsinin yanlış cazibəsi” (erməni kilsəsi Azərbaycan xalqına qarşı aparılan fiziki və mənəvi soyqırıma rəhbərlik edib).
  • 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji qurultayda türk xalqlarının mədəni inteqrasiyasının yeni mərhələsinə dair.
  • İrevan hanlığı Amerikalı Bir ermeni yazarın sonumunda // (Türkiyə konfransı- Kars) Kafkaz Universitesi Tarih bölümü və Atatürk ülkeleri və İnkilap tarihi Araştırma və Uyqulama merkezi II Uluslar arası Kafkasiya tarih simpoziumu 15-17. Kars, 2008.
  • Türkiye ve İran Tarih Bilimçiliginde Karabağ Tarihi // Türk Dünyası Araşdırmaları vakfı, Kültür Dergisi. Tarih: şubat 2013, - sayı 314, - s. 24-30.
  • Образование Гарабагского ханства. Баку, 2005. - №4, - s. 19-26.
  • Предисловие или несколько слов о Гарабахском ханстве (Предисловие о книге) // Описание Гарабахской провинции, подготовка к печати и переиздание З.А. Гаджиевой. Баку, 2003, - стр. III-XVI
  • Образование Гарабагского ханства // The Presidium of Azerbaijan National Academy of sciences. Азербайджан и азербайджанцы. 2004.
  • Об административном устройстве и религиозно-этническом составе Гарабагского ханства // Гарабаг: Кюрекчайский договор - 200. Баку, - 2005, - s. 101-113.
  • Город Шуша во второй половине XVIII века – в начале XIX в. // Материалы Международной научно-практической конференции (25-28 IX 2008 г.). Кизляр.
  • История Гарабагского ханства в Иранской историографии // Международный научный журнал «Кавказ и мир» № 14, - 2012, - s. 99-106.
  • Американский историк армянского происхождения ДЖ. Бурнутьян об истории Иреванского ханства // Вопросы гуманитарных наук RİSS IV 1684-2618, - № 3. Москва, 2013. - s. 22-36.
  • Помощь Азербайджана детям беженцам из Испании в годы гражданской войны 1936-1939 гг., как уникальная модель толерантности, гуманизма и мультикультурализма. Баку, 1916.
  • Фундаментальные труды выдающегося историка востоковеда в сфере изучения мультикультурализма в Азербайджане. Баку, 1916.
  • The Garabagh KHANATE: Gosio-economic relations and the state system. Bakı, 2010.
  • The same old story... and the same old comments // Jeneva DİVA international issue 2. – 2010. - s. 42-48.
  • The History of the Yerevan Khanate in the context of Russia, Georgiya, İran and other countries // Jeneva DİVA international issue 1, - 2013, - s. 38-41.
Paylaş: