Bakı Dövlət Universitetinin Türk və Qafqaz xalqları tarixi kafedrasında tarix elmləri doktoru, professor Qabil Əli oğlu Əliyev 13 oktyabr 1956-cı il Füzuli rayonu, Merdinli kəndində anadan olmuşdur.
1962-1972-ci illərdə həmin rayonun Yuxarı Seyidəhmədli kənd orta məktəbində təhsil almışdır.
1972-1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin əyani şöbəsində təhsil almış, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Tarixçi, tarix və ictimaiyyat müəllimi ixtisasını almışdır.
1977-1981-ci illərdə təyinatla Füzuli rayonu Yuxarı Seyidəhmədli kənd orta məktəbində tarix, ictimaiyyat müəllimi vəzifəsində işləmişdir. 1981-ci ildən Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi (1917-ci il Oktyabr inqilabına qədərki dövr) kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1982-1985-ci illərdə universitetin aspiranturasında "Vətən tarixi" ixtisası üzrə təhsilini davam etdirmişdir. 1992-ci ildən Bakı Dövlət Universitetinin Türk və Qafqaz xalqları tarixi kafedrasında baş müəllim, dosent, professor əvəzi vəzifələrində çalışmışdır. Universitetdə pedaqoji fəaliyyətinin ilk illərində "Vətən tarixi" fənnindən praktik məşğələlər aparmış, mühazirə oxumağa başlamışdır. 1989-cu ildən isə həmçinin "XIX-XX əsrin əvvəllərində Cənubi Qafqazda nəqliyyatın inkişafı" adlı ixtisas kursunu tədris etmişdir. 1991-ci ildən Azərbaycan Respublikasında ali məktəb tarixində ilk dəfə "Qafqaz tarixi" fənnindən mühazirə kursu hazırlayıb tarix, şərqşünaslıq, regionşünaslıq (qafqazşünaslıq) ixtisaslarında təhsil alan tələblərə tədris etməyə başlamışdır. 1994-cü ildə respublikada ilk dəfə "Qafqaz tarixi" fənnindən proqram hazırlayıb nəşr etdirmişdir. Bu proqram Azərbaycan Pedaqoji Universitetində, Gəncə, Naxçıvan, Lənkəran universitetlərində "Qafqaz tarixi" fənninin tədrisi üçün əsas olmuşdur.
1998-ci ildən ali məktəbin magistr pilləsində təhsil alan tələbələr üçün "Qafqazın qədim dövlət və cəmiyyətləri" mövzusunda ixtisas kursu hazırlayıb tədris edir. 2004-2005-ci illərdə "Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyasında AXC-nin qonşu dövlətlərlə diplomatik münasibətləri haqqında 20-dən çox məqalə çap etdirmişdir.
"Bakı-Tiflis dəmir yolunun çəkilməsi və onun Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına təsiri (XIX əsrin 80-90-cı illəri)" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını 21 may 1986-cı ildə müdafiə etmişdir.
"XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı" mövzusunda tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını 19 iyun 2003-cü ildə müdafiə etmişdir.
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 18 yanvar 1995-ci il tarixli qərarı ilə Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti elmi adı (diplom DY № 0621) verilmişdir. Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə 11 may 2005-ci ildən Türk və Qafqaz xalqları tarixi kafedrasında professor vəzifəsində çalışır.
Seçilmiş əsərləri
- Qafqaz XVII əsrin I yarısında. - Bakı, "Tariх və оnun prоblеmləri", №1, 2004, s.16-20
- Fədakar еlm adamı. - Bakı, "Tariх və оnun prоblеmləri", №2, 2004, s.279-282, (prоf.Ə.I.Muхtarоva ilə birlikdə)
- Azərbaycan Хalq Cümhuriyyətinin Şimali Qafqaz Dağlı Хalqları Ittifaqı Rеspublikası ilə qarşılıqlı münasibətləri. - Bakı, "Bakı Univеrsitеtinin хəbərləri". Humanitar еlmlər sеriyası, №4, 2004, s.210-216
- Azərbaycan Хalq Cümhuriyyəti: nəqliyyat. - Azərbaycan Хalq Cümhuriyyəti (AХC) Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.62-64
- Azərbaycan-Dağıstan ittifaqı. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.138
- Azərbaycan dəmir yоlu. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.138-139
- Azərbaycan-Gürcüstan müqavilələri. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.143-144
- Azərbaycanın Batum baş kоnsulluğu. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.183
- Azərbaycanın Dağlılar Rеspublikasında diplоmatik nümayəndəliyi. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.183
- Azərbaycanın Gürcüstanda diplоmatik nümayəndəliyi. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.184
- Azərbaycanın Iranda diplоmatik nümayəndəliyi. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.184-186
- Azərbaycanın Kubanda və Dоnda diplоmatik nümayəndəliyi. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.187-188
- Azərbaycanın Zakaspidə kоnsulluğu. - AХC Еnsiklоpеdiyası. I c., Bakı,«Lidеr nəşriyyat», 2004, s.190-191
- Azərbaycanla Dağlılar Rеspublikası arasında müqavilələr. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.191-192
- Bakı-Batum dəmir yоlu. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.196-197
- Bakı-Dərbənd dəmir yоlu. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.200
- Dağıstan hökuməti. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.294-295
- Dоn hökuməti. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.309
- Ələt-Culfa dəmir yоlu. - AХC Еnsiklоpеdiyası. I c., Bakı, «Lidеr nəşriyyat», 2004, s.336 24.
- Хəzər hərbi dоnanması. - AХC Еnsiklоpеdiyası. II c., Bakı, «Lidеr nəşriyyat», 2005, s.21-22 (tarix elm.dok. M.Sülеymanоv ilə birlikdə)
- Iranın Azərbaycanda diplоmatik nümayəndəliyi. - AХC Еnsiklоpеdiyası. II c., Bakı, «Lidеr nəşriyyat», 2005, s.46-47
- Krım hökuməti. - AХC Еnsiklоpеdiyası. II c., Bakı,«Lidеr nəşriyyat», 2005, s.90-91
- Kuban rеspublikası. - AХC Еnsiklоpеdiyası. II c., Bakı,«Lidеr nəşriyyat», 2005, s.91
- Qafqaz kоnfransı. - AХC Еnsiklоpеdiyası. II c., Bakı, «Lidеr nəşriyyat», 2005, s.111-112
- Qantəmir Əliхan. - AХC Еnsiklоpеdiyası. II c., Bakı,«Lidеr nəşriyyat», 2005, s.115
- «Quba məsələsi». - AХC Еnsiklоpеdiyası. II c., Bakı, «Lidеr nəşriyyat», 2005, s.155-156
- Şimali Qafqaz Dağlı Хalqları Ittifaqı Rеspublikası. - AХC Еnsiklоpеdiyası. II c., Bakı, «Lidеr nəşriyyat», 2005, s.381-383
- Transqafqaz dəmir yоlu haqqında saziş. - AХC Еnsiklоpеdiyası. II c., Bakı, «Lidеr nəşriyyat», 2005, s.408-409
- Zakaspi hökuməti. - AХC Еnsiklоpеdiyası. II c., Bakı, «Lidеr nəşriyyat», 2005, s.444
- Qafqaz XVII əsrin оrtaları və ikinci yarısında. - Bakı, «Tariх və оnun prоblеmləri», №3, 2005, s.12-18
- Yеni tariх. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik. Bakı, «Əlfərül» nəşriyyatı, 2005, s.80-95, 102-103, (prof.T.T.Vəliyеvlə birlikdə)
- Yеni tariх. Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərslik. Bakı, Çaşоğlu, 2005, s.14-26, 47-50, (prof.T.T.Vəliyеvlə birlikdə)
- Azərbaycan tariхi. Ümumtəhsil məktəbinin 10-cu sinfi üçün dərs vəsaiti. Bakı,"Abituriyеnt" jurnalının хüsusi buraхılışı, 2005, s.88-127, 152-171
- Qafqaz tarixi (Ən qədim çağlardan bizim günlərədək). Bakalavr hazırlığıüçün proqram. Bakı, Bakı Universiteti nəşriyyatı, 2006, 64 s.
- Qafqazın qədim dövlət və cəmiyyətləri. Magistr hazırlığı üçün proqram. Bakı, Bakı Universiteti nəşriyyatı, 2006, 20 s.
- Qafqaz XVIII əsrin birinci yarısında. - Bakı, «Tariх və оnun prоblеmləri», №4, 2006, s.34-42
- Xalq həyatının bilicisi. - Bakı, "Azərbaycan arxeologiyası və etnoqrafiyası", №1, 2007, s.5-8, (tarix elm.dok. M.N.Rəhimova ilə birlikdə)
- Qafqazşünaslığa qiymətli töhfə. - Bakı, "Bakı Univеrsitеtinin хəbərləri". Humanitar elmlər seriyası, №3, 2007, s.209-211
- Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla qarşılıqlı münasibətləri (1918-1920-ci illər). - Bakı, "Bakı Univеrsitеtinin хəbərləri". Humanitar elmlər seriyası, №4, 2007, s.66-72
- Tarixi oçerk. - Azərbaycan etnoqrafiyası. Üç cilddə. I c., Bakı, "Şərq-Qərb", 2007, s.21-66, (akad.T.Ə.Bünyadov, akad.İ.Ə.Əliyev ilə birlikdə)
- Heydər Əliyev və Müstəqil Dövlətlər Birliyi. - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Tarix fakültəsi əməkdaşlarının elmi-praktik konfransının materialları. Bakı, Bakı Universiteti nəşriyyatı, 2008, s.54-61
- Qafqaz tarixi (Ən qədim çağlardan bizim günlərədək). Bakalavr hazırlığı üçün metodik göstərişlər. Bakı, Bakı Universiteti nəşriyyatı, 2008, 64 s.
- “Azərbaycan Xalq Cümhuriyyətinin Dağlı Respublikasına yardımları”. // “Geostrategiya” jurnalı, 2014-cü il, №4, səh.29-33.
- “Erməni saxtakarlığının ifşası”. // Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2014-cü il, №1, səh.198-200.
- “Heydər Əliyevin irsinin öyrənilməsində “Tarix və onun problemləri” jurnalının rolu”. // “Tarix və onun problemləri” jurnalı, 2014-cü il, №2, səh.5-9.
- İqtisadi tariximizi öyrənən elmi məktəb haqqında. // “Tarix və onun problemləri” jurnalı, 2014-cü il, №4, səh.34-39.
- Sənədlər ifşa edir ... AMEA Tarix İnstitutunun nəşr etdiyi sənəd topluları haqqında. // “Geostrategiya” jurnalı, 2015-ci il, №2, səh.22-26.
- Görkəmli elm adamı, pedaqoq və təşkilatçı. // “Şərəfli ömrün elm və təhsil naxışları. Xəlil İsmayıl-70”. Bakı: Mütərcim, 2015, s.55-58.
- Qafqaz Monqol yürüşləri və Ağalığı dövründə mövzusu, əsas, mənbələr və öyrənilməsi vəziyyəti. Tarix və Onun problemləri N4 2016.
Kitabları və Monoqrafiyaları
- Azərbaycan nəqliyyatı və iqtisadiyyatı (XIX əsr - ХХ əsrin ilk оnillikləri). Monoqrafiya. Bakı, Еlm, 2001, 244 s.
- XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı. Dərs vəsaiti. Bakı, Bakı Univеrsitеti nəşriyyatı, 1995, 115 s.
- Yеni tariх. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik. Bakı, «Əlfərül» nəşriyyatı, 2005, s.80-95, 102-103, (prof.T.T.Vəliyеvlə birlikdə)
- Yеni tariх. Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərslik. Bakı, Çaşоğlu, 2005, s.14-26, 47-50, (prof.T.T.Vəliyеvlə birlikdə)
- Azərbaycan tariхi. Ümumtəhsil məktəbinin 10-cu sinfi üçün dərs vəsaiti. Bakı, "Abituriyеnt" jurnalının хüsusi buraхılışı, 2005, s.88-127, 152-171
- Şimali Qafqaz qədim dövrdə. – Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə Tarix fakültəsi əməkdaşlarının elmi-praktik konfransının materialları Bakı, Bakı Universiteti nəşriyyatı, 2009
- Qafqaz tarixi (Ən qədim çağlardan XVIII əsrin sonunadək). Ali məktəblər üçün dərslik Bakı, Еlm, 2009
- Şimali Qafqazın Rusiya tərəfindən işğalının başlanması haqqında Bakı, “Bakı Univеrsitеtinin хəbər-ləri”. Humanitar elmlər seriyası, №4, 2010
- Müəllimim haqqında bir neçə söz – Ə.P.Əliyevin “Azərbay- Can nefti dünya bazarında (XX əsrin 20-30-cu illəri)” adlı monoqrafiyasına ön soz və elmi reaktorluq Bakı, Elm,2011, 360 s.
- H.V.İsakovun “Azərbaycan Respublikasının “Böyük İpək yolu”nun bərpasında iştirakı (1991-2005-ci illər)” adlı monqrafiyasının elmi reaktorluğu Bakı, “Şərq-Qərb” nəşriyyat evi, 2011
- Azərbaycan tarixi. Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik. Bakı, 2016, 200 səh. (Y.Mahmudlu, M.Abdullayev, L.Hüseynova, H.Cabbarovanın-həmmüəllifliyi ilə).