AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

QASIMOV ŞİKAR MƏMMƏDƏLİ OĞLU

QASIMOV ŞİKAR MƏMMƏDƏLİ OĞLU

Azərbaycan Texniki Universitetinin tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor.

Şikar Məhəmmədəli oğlu Qasımov-Laçın rayonunun Cicimli kəndində anadan olmuşdur. 1981-ci ildə Pedaqoji İnstitutun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1985-ci illərdə Laçın rayonunda tarix müəllimi, 1985-1987-ci illərdə Abşeron rayon mədəniyyət şöbəsində tarixi abidələrin mühafizəçisi və diyarşünaslıq muzeyində elmi işçi vəzifələrində çalışmışdır. 1987-ci ildən isə AzPİ-nin Sov. İKP tarixi kafedrasında (AzTU) işləyir. Kafedrada laborantlıqdan, müəllim, dosent, professor və kafedra müdüri vəzifələrinədək yüksəlmişdir. 

1990-ci ildə AEA-nın Tarix İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmışdır. 1992-ci ildə AzTU-nun Tarix kafedrasında müəlim vəzifəsindən dosent vəzifəsinə seçilmişdir. 1995-ci ildən isə HİK-in sədr müavini və 1995-ci ildən 2001-ci ilə kimi «Mühəndis Biznesi və Menencment» fakültəsində dekan müavini vəzifəsində işləmişdir. 1993-1996-cı illərdə Azərbaycan Milli Universitetində «Tarix və Fəlsəfə» kafedrasının, 1996-1998-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında «Humanitar fənlər» kafedrasının müdiri vəzifələrində işləmişdir.

2001-2006-cı illərdə AzTU-da tərbiyə işləri üzrə prorektor və AzTU-nun orqanı olan «Ziya» qəzetinin baş redaktoru olmuşdur. 2002-ci ildən isə «Tarix» kafedrasının müdiri vəzifəsində çalışır. 2008-ci ildə AMEA-nın Tarix İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 240-dan çox elmi, metodik və publisistik məqalənin, o cümlədən Texniki ali məktəblər üçün yeddi “Tarix” fənninin tədrisi proqramının, “Tarixin tədrisinə dair” üç metodiki vəsaitin, iki məcmuənin, «Azərbaycan SSR yaradıcılıq ittifaqlarının yaranması və fəaliyyəti (1920-30), Bakı, 2007, «Azərbaycan yaradıcı ziyalıları sovet hakimiyyəti illərində (1920-1940), Bakı, 2009, “Xalq Qəhrəmanı Sultan bəy”, Bakı, 2011 və “Əsirlikdə qalan Laçın”, Bakı, 2012 monoqrafiyalarının, “Azərbaycan tarixi” (Texniki-ali məktəblər üçün dərslik) Bakı, 2014 və yenidən işlənmiş 2015-ci il dərsliyinin müəllifidir. Moskvanın, Dağıstanın, Türkiyənin, Kiyevin və Ryazanın elmi jurnallarında 14-dən çox məqaləsi çap olunubdur. 

2011-ci ilin aprel ayında Kiyev şəhərində kosmosun fəthinin 50-illiyi münasibəti ilə keçirilmiş Beynəlxalq elmi-praktik konfransda iştirak etmiş və «Kosmik tədqiqatların Azərbaycanda elm və texnikanın inkişafında rolu» mövzusunda məruzə etmişdir. 2012-ci ilin mayında Türkiyənin Amasya şəhərində Mir Həmzə Nigariyə həsr olunmuş Beynəlxalq Simpoziumda “Cicimlidən Amasyaya gedən təsəvvüf yolu”, 2014-cü ildə Türkiyənin Konya şəhərində VIII Uluslararası Türk Kültürü, Sanatı və Kültürel Mirası Koruma Sempozyumunda “Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Ədəbiyyat və İncəsənətin inkişafı tarixindən (1920-30-cu illər)” mövzularında məruzə ilə çıxış etmişdir. 2014-cü ilin dekabr ayında isə Türkiyənin Malatya şəhərində İnönü Universitetində, Tarsus şəhərində Çağ universitetində və Mersin Dövlət Universitetində “Türkiyə və Azərbaycan: Ortaq dəyərlər və tarix” mövzusunda keçirilən silsilə konfranslarda əsas məruzəçi kimi və Türkiyənin Kanal -33 TV-də cıxışlar etmişdir. 

«Türk xalqlarının tarixi», «Siyasi tarix» dərs vəsaitinin rəyçisi, «Peyğəmbərə 100 sual» kitabının isə redaktoru və rəyçisi olmuşdur. 20-dən çox namizədlik və doktorluq dissertasiyalarının aftoreferatlarına rəy vermiş və rəsmi opponent olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının üzvüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2011-ci ilin noyabrında “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 

Qarabağ müharibəsi veteranıdır. Yasamal rayonu, H.Cavid-25 ərazi YAP ilk təşkilatının sədridir. Ailəlidir, iki övladı, dörd nəvəsi var.

Paylaş: