Tarix üzrə elmlər doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini Nərgiz Ağasəlim qızı Əliyeva 25 noyabr 1952-ci ildə Bakı şəhərində doğulmuşdur.
Orta məktəbi 1969-cu ildə bitirmiş, həmin ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1974-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Nərgiz Əliyeva AMEA Azərbaycan Tarix İnstitutunun böyük laborantından Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişdir. N.Əliyeva Muzeyin elmi ekspozisiyasının qurulmasında, muzey işlərinin planlaşdırılması və elmi hesabatların yazılmasında, elektron gidlərin və monitor tədqimatların hazırlanmasında, muzey materiallarının pasportlaşdırma və inventarlaşdırılmasının proqramlaşdırılması layihəsində, konfransların təşkilində və muzeyin elmi nəşrlərinin redaktəsində yaxından iştirak etmişdir. O, Muzeyin elmi nəşri olan toplusunun redaksiya heyətinin üzvüdür. O, 1996-cı ildən tarix elmləri namizədi, 2012-ci ildən tarix üzrə elmlər doktorudur.
Nərgiz Əliyevanın elmi fəaliyyətində orta əsr ərəbdilli mənbələrin öyrənilməsi xüsusi yer tutur. Azərbaycanın orta əsrlər tarixi üzrə mütəxəssis olan Nərgiz Əliyeva 9 monoqrafiya və 120-dən çox elmi məqalənin müəllifi, “Mövlanə Siracəddin Şirvani”, “Quba-dövrün adət və ənənələri” adlı monoqrafiyaların elmi redaktoru olmuşdur. Onun “Yaqut əl-Həməvi və Azərbaycan” əsəri 2000-ci ilin ən yaxşı kitablarından biri kimi qəbul edilmişdir.
Nərgiz Əliyevanın əsas elmi nəticələri müxtəlif xarakterli tarixi mənbələr, o cümlədən Azərbaycan tarixşünaslığında heç (və ya az) məlum olan İbn-Makula (1030-1082), İbn Nöqtə (ö. 1232), İbn əs-Sabuni (1207- 1282) və əs-Siləfi (1085-1180), eləcə də Yaqut əl-Həməvi (1178/80-1229) və əs-Səmani (1113-1167) kimi müəlliflərin əsərlərini ilk mənbələr kimi üzə çıxarılaraq tədqiqatlara cəlb etməsidir. Onun araşdırması əsasında İslamın və islam mədəniyyətinin yayılmasında rol oynamış, ölkənin mədəni quruculuğunda yaxından iştirak etmiş mədəniyyət daşıyıcıları-ziyalılar haqqında milli tarixşünaslıqda bu günə məlum olmayan informasiya üzə çıxarılmış, Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq XI-XIII əsrlər ərəbdilli bioqrafik ədəbiyyat tam halında öyrənilmiş, Azərbaycanda islam mədəniyyətinin yayılması və inkişafı prosesi izlənərək, İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan şəhərlərinin mövqeyi və elmi mühiti tədqiq edilmişdir.
Nərgiz Əliyeva Azərbaycanda və xaricdə (London, Moskva, Sankt-Peterburq, Milan, Mahaçqala, Tbilisi, Dəməşq, Karşi, Luqanski, Almatı, Astana, Konya, Bolu, Samsun, Ufa, Qazan, Varşava, Dehli, Bişkek, Vitebsk və s.) elmi əsərlər dərc etdirməklə yanaşı bir çox simpozium və konfranslarda da maraqlı məruzələrlə çıxışlar etmişdir.Özbəkistan onomastikası (Karşi şəhəri,1989 Özbəkistan onomastikası, 1989), Naxçıvan bu gün: İslahatlar, perspektivlər (Naxçıvan, 2008), Yaxın və Orta Şərq; dünəni, bu günü, sabahı (Bakı,2007), VI Uluslararası Türk Kültürü, Sanatı ve Kültürel mirası (Milan, 2012) və digər beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuşdur. 22-26 fevral 2009-cu ildə Dəməşq Universitetində keçirilən beynəlxalq elmi konfransda “Orta əsrlərdə Azərbaycan və Suriya alimlərinin birgə elmi fəaliyyəti” mövzusundakı ərəb dilindəki məruzəsi böyük maraqla qarşılanmışdır. Bu münasibətlə ona konfransın rəyasət heyəti tərəfindən Milli Elmlər Akademiyasına ünvanlanmış təşəkkür diplomu göndərilmişdir.
Ərəbdilli yazılı mənbələr əsasında orta əsrlər Azərbaycan tarixinə dair tədqiqatların, o cümlədən monoqrafiya və 100-dən artıq elmi məqalənin müəllifi, 40-dan çox beynəlxalq konfransın iştirakçısıdır. 1996-cı ildə Yaqut əl-Həməvinin əsərləri XII-XIII əsrin birinci rübündə Azərbaycanın ictimai-siyasi və mədəni həyatının öyrənilməsində mənbə kimi” adlı namizədlik, 2012-ci ildə “Azərbaycanın elmi mühitinin öyrənilməsində bioqrafik mənbələrin rolu (XI-XIII əsrlər)” mövzusundakı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən N. Əliyeva tarix elmləri doktoku alimlik dərəcəsini qazanmışdır.
2010-cu ildə “Əs-Səmaninin “Kitab əl-Ənsab”əsəri Azərbaycanın mədəniyyət tarixinin öyrənilməsində mənbə kimi” monoqrafiyası çap olunmuşdur.
Elmi fəaliyyəti dövründə Nərgiz Əliyeva özünü müstəqil elmi araşdırmalar aparmağı bacaran tədqiqatçı, müxtəlif xarakterli tarixi mənbələri tədqiqatlara cəlb edən, onları hərtərəfli təhlil edən tarixçi kimi göstərə bilmişdir.
Nərgiz Əliyeva AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının sədr müavini və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu nəzdində Dissertasiya Şurasının üzvüdür.
O, 2005-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı, 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Nərgiz Əliyeva “Avropa Nəşr Mətbuat Evi”nin “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və fəxri diplomu (2016) və Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm adamı olaraq , H.Əliyev ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa xidmətlərinə görə” İlin alimi” ali mediya mükafatı (2017) ilə təltif edilmişdir.
Hindistanın Dehli şəhərində Azərbaycanın MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Hindistanın Jamia Millia İslamia Universiteti və Türkiyənin Selçuk Universitetinin birgə təşkilatçılığı ilə III Beynəlxalq Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumunda Nərgiz Əliyeva “Orta əsrlərdə Azərbaycanda zərdüştilər” adlı məruzə ilə çıxış etmişdir.
Monoqrafiyalar
- Azərbaycan Yaqut əl-Həməvinin əsərlərində. B., Çaşıoğlu, 1999, 244 s.
- Əs-Səmaninin “Kitab əl-Ənsab” əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənbə kimi.Bakı, Şərq-Qərb nəşriyyatı, 2010, 220 s.
- İbn Makula azərbaycanlı ziyalılar haqqında. Bakı, Turxan NPB, 2014. 148 s.
- Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyətləri. Bakı, Turxan NPB, 2015. 168 s. [9]
- Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli ədəbiyyatın rolu (XI-XIII əsrlər). Bakı, "Elm və təhsil" nəş., 2015
- Şeyx əs-Siləfi və Azərbaycan. Bakı, ”Elm və təhsil” nəşriyyatı, 2016, 160 səh.
- Ибн Макула о мухаддисах Азербайджана. Москва, НИИ ИЭП, 2016, 123 стр.
- Davud bəy Şərifov” adlı kitab-albom (həmmüəllif) Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016, 58 səh.
- Milli Azərbaycan Tarixi Muzeyi: Tarix, Elm və Mədəniyyət (Məqalə və məruzələr toplusu). Bakı, “Elm və təhsil” nəşriyyatı, 2017, 200 səh.
Bəzi elmi məqalə və məruzələri
- Yaqut əl-Həməvinin mənbələri Azərbaycan haqqında (“Mucəm əl-Buldən” əsəri əsasında”) Böyük Oktyabr Sosialist İnqilabının 70 illiyinə həsr edilmiş konfransın materialları, B., Elm nəşriyyatı, 1988, s.70.
- Топонимы Азербайджана по «Китаб ал-муштарик вaдан ва-л муфтариг сук’ан Иакута ал-Хамави» Ономастика Узбекистана. Тезисы республиканской научно-практической конференции, Ташкент, 1989. c. 8-9.
- Yaqut əl-Həməvinin “Mucəm əl-Buldən” əsərində Azərbaycanın kənd təsərrüfatının vəziyyəti. ÜİLGi-nin 70 illiyinə həsr olunmuş konfransın materialları, B., 1989.
- Оборонительные сооружения средневекового Азербайджана по «Му’джам ал-булдан» Йакута ал-Хамави // Средневековый Восток. История и культура. Баку, Элм, 1990, c. 62-67.
- İbn əs-Sabuni orta əsr Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında. Azərbaycan Tarixi Muzeyi-2002. B., 2002, s. 322-325
- Orta əsrlərin ərəbdilli mənbələri Azərbaycanın görkəmli təhsil xadimləri haqqında// Şərqşünaslıın aktual poblemləri. Pros.V.Məmmədəlivevin yubileyinə həsr olunmuş konfransın materialları. B., Bakı Universiteti nəşriyyatı, 2002, s. 221-224.
- Azərbaycanlı mədəniyyət xadimlərinin mənşələrinindəqiqləşdirilməsində “Kitab əl-müştərik” əsərinin rolu. Azərbaycan Tarixi Muzeyi-2003. B., 2003, s. 166-169.
- Əs-Səmaninin“Kitab əl-Ənsab” əsərinin strukturu barədə. AMEA Azərbaycan Tarixi Muzeyi-2004. Bakı: Elm, 2004, s. 23-27
- Əbdülkərim əs-Səmani və onun elmi irsi. AMEA-nın xəbərləri(tarix, fəlsəfə hüquq) № 5,6. Bakı: Elm, 2005, s.236-241.
- Nizamiyyə mədrəsəsi və şirvanlı alimlərin bu tədris müəssisəsində oynadıqları rol. “Orta əsr əlyaznaları və Azərbaycan mədəniyyəti tarixi problemləri” adlı X Respublika elmi konfransının materialları. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Bakı: Nurlan, 2006, s. 244-250.
- Ərəb-müsəlman tarixşünaslığında şəxsiyyətlərin qeydə alınması barədə. Milli Azərbaycan Tarixi Muzeyi- 2007. Bakı: Elm, 2007, s.13-20.
- Исламизация Азербайджана. Научное обозрение. Сборник статей. Махачкала, 2008, с. 63-66.
- İbn-Makula və onun “əl-İkməl” əsəri // Milli Azərbaycan Tarixi Muzeyi-2008, s.13-20.
- О жанре «ал-Муталиф ва-л Мухталиф» в средневековье. Межкультурные коммуникации. № 8, Тбилиси, 2009, с. 80-84.
- Mədrəsələr və azərbaycanlı alimlərin buradakı tədris fəaliyyəti (IX-XIII əsrlər) АМЕА-nın xəbərləri(tarix, fəlsəfə,hüquq), №12 ,B.,Elm,2009, s.189-199.
- ”Əl-islam fi Azərbaycan”. Məcəllət Əhlul-beyt. № 73, London, 2009, s.84-91.
- IX-XIII əsrlərin ərəbdilli bioqrafik mənbələri. Bakı Dövlət Universitetinin Xəbərləri. Humanitar Elmlər Seriyası, № 4 , B., Bakı Universiteti nəşriyyatı, 2009, s. 193-199.
- Əs-Səmaninin “Kitab əl-Ənsab” əsərinin Azərbaycan bölməsinin əsas mənbələri// Tarix və onun problemləri. B., Adiloğlu, 2009, s. 380-385.
- Şirvanlı ziyalılar haqqında orta əsrlər ərəbdilli bioqrafik mənbələrin məlumatı. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Əsərləri, c. XXVIII, Bakı: 2009 , s.68-75.
- Ibn Makula və naxşıvanlı ziyalılar. Naxçıvan Dövlət Universitetinin əsərləri, № 1(29), Naxçıvan, Qeyrət nəşriyyatı, 2010, s. 180-184.
- Əs-Səmaninin “Kitab əl-Ənsab” əsəri Azərbaycanın mədəniyyət tarixinə dair mənbə kimi.Bakı, Şərq-Qərb nəşriyyatı, 2010, 220 s.
- Orta əsrlərdə Azərbaycan və Sam alimləlinin birgə elmi fəaliyyəti. “ H. I-V esrlərdə Sam şəhərlərinin maarifi” mözusunda beynəlxalq elmi konfransın materialları, Dəməşq, 2010, I c., s. 295-301.
- النشاة المشترك للعلماء ألاذربيجانيين و السوريين فى القرون الوسطي. المعارف لبلاد الشام من القرن الاول اليلخامس الهجرى’ دمشق’ 2010’ ص. 295-301
- Əs-Səmani və azərbaycanlı ziyalılar XI-XIII əsrlərdə.”Elm” qəzeti, 31 may 2011-ci il, s. 6.
- Azərbaycanın XI –XIII əsrlər elmi-mədəni həyatının tarixşünaslığına dair. AMEA-nın xəbərləri (tarix,fəlsəfə,hüquq) Bakı, Elm, 2011, s.22-33.
- Azərbaycanlı alimlərin elmi fəaliyyət ixtisasları üzrə təsnifatı bioqrafik ədəbiyyatda (XI-XIII əsrlər) Milli Azərbaycan Tarixi Muzeyi-201I, Elm, B., 2011, s. 130-154.
- Xəlifələrin Azərbaycanda islam siyasəti. Bakı dövlət Universiteti İlahiyyat fakültəsinin Elmi Məcmuəsi, № 15, B., İSBN, aprel(nisan) 2011, 360 s., s.86-92.
- Selcuqlular devrində Şirvan elmi mühiti ve Şirvanşahların alimlerle münasibetleri // Səlcuqlularda bilim müəssisələri. Konya, 2011, s.150-156.
- “Azərbaycanlıların idarəçilik fəaliyyəti (XI-XIII əsrlər) “. Akademik Z.M.Bünyadovun tarix mənbəşünaslıq elmində və orta əsrlər Şərqinin tarixi məsələlərinin tədqiqində xidmətləri” mövzusunda beynəlxalq elmi simpoziumun materialları (7-8 may 2012-ci il). B., Elm, 2012, s.272-274.
- “Şeyx Əbu Tahir əs-Sıləfi və Azərbaycan” mövzusunda məruzənin tezisləri. IV Beynəlxalq Avrasiya Arxeologiyası Konqresi (Ağsu, 1-5 oktyabr, 2012-ci il).
- Azərbaycanlı alimlərə dərs demiş görkəmli təhsil xadimləri. Akademik Vasim Məmmədəliyevin 70-illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı: 2012 , s.417-420.
- العرب فى فجر الاسلام فى اذربيجان مجلة الباحثون ، دمشق، 2012 ، ص.133 -124.
- “İbn Makula (1030-1082) və azərbaycanlı alimlər”. VI Uluslararası Türk Kültürü, Sanatı ve Kültürel mirası Sempozyumunun materialları. Milan -2012, s. 45-50.
- Сведения биографических источников о научной среде в средневековом городе Гянджа в Азербайджане. Материалы научной конференции, посвященной 90-летию профессора Вольфа Менделеевича Бейлиса (1923-2001). Луганск, 2013, с. 20-26.
- Raşidi xəlifələri dövründə Azərbaycandakı dini proseslərin bəzi xüsusiyyətləri. Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları. Akademik Vasim Məmmədəliyevin anadan olmasının 70-illiyinə həsr olunmuş beynəlxalq elımi konfransın materiallları. 22-28 iyun 2013-cü il. Bakı çap evi nəşriyyatı, 2013, s.727-729.
- Əməvilərin Azərbaycan siyasəti. Türk dünyasının öndəri Azərbaycan halqılnın lideri Haydar Aliyevin doğumunun 90 yıl dönümü anısına həsr olunmuş simpozium. Tezislər. Baku, 26-29 iyun 2013.
- Dərbənd və onun ziyalıları haqqında bioqrafik ədəbiyyat (XI-XIII əsrlər). Azəbaycan Milli Elmlər Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnsitutunun “Elmi araşdırmalar”ı(elmi-nəzəri məqalələr toplusu (IX buraxılış) Bakı, R.M.Kompani mətbəəsi,2012,s. 322-326.
- Азербайджанские суфии в биографических источниках// Мусульманский мир Российского Востока. Материалы международного симпозиума, посвященного 180-летие со дня рождения шейха Зайнуллы Расулова.Уфа, 2013, с. 94-101
- Проблемы оцифровки экспонатов Национального Музея Истории Азербайджана и пути их решения. Санкт-Петербург, 8 и 9 октября 2013 г. http://cultural-heritage-conf.ru.
- Azərbaycanda dini proseslərin bəzi xüsusiyyətləri (VII-XII əsrlər). AMEA-nın Xəbərləri (tarix,fəlsəfə,hüquq) Bakı, Elm, 2013, s.43-54.
- Взаимные научные связи средневековых азербайджанских ученых с учеными Ближнего и Среднего Востока /Сборник статей. Материалы международьной научно-практической конферанции "XII веков развития науки и культуры в Казахстане". Под общей редакцией А.Дербисали, Р.Алшанова. Алма-Aтa: ИВ КН МОН РК, 2014. с. 48-52
- Роль Национального Музея Истории Азербайджана в развитии дружеских связей Азербайджана с Республикой Казахстан // Mузей в современном обществе. Поиски новых путей развития. Материалы междунаройной научно-практической конференции. Астана, 25 август 2014, с. 96-98.
- Xilafət alimlərinin Gəncə elmi mühitində fəaliyyəti (X-XIII əsrlər). AMEA-nın Xəbərləri (tarix, fəlsəfə, hüquq). Bakı, Elm, 2014. №I, s. 17-22
- Nərgiz Əliyeva, Səbinə Nemətzadə. Astronomiya elminə (ilmu l-fələk) dair Bakı əlyazmaları. Riyaziyyatın, astonomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış Nəsirəddin Tusinin xatirəsinə həsr edilmiş Beynəlxalq konfransın materialları. Bakı, 2014. s. 181-188
- Orta əsrlərdə Azərbaycan alimlərinin elmi-ədəbi əlaqələri. Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmamquliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş "Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik" mövzusunda Beynəlxalq elmi konfransın materialı. Bakı, Elm, 2014, s. 415-418
- Orta əsrlərdə Azərbaycan şeyxləri və xanəgahlar. Görkəmli alim Aida İmamquliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri" mövzusunda konfransın materialları. Bakı, 2014. s. 275-278
- Tükr düşüncəsi və türkçülük haqqında yeni əsər. “Azərbaycan” qəzeti, 2 dekabr 2014-cü il.
- Fatehlər Azərbaycanda. “İrs” beynəlxalq jurnalı. 2014, № 2, s. 36-41(ərəb dilində). www irs-az.com
- VII-XIII əsrlərdə elm mərkəzləri və Azərbaycan ziyalıları. Milli Azərbaycan Tarixi Muzeyi-2014, Elm, Bakı: 2014, s.31-38.
- Milli Azərbaycan Tarixi Muzeyində qorunan mədəni irsin rəqəmsal edilməsində yaranan problemlər və onların həlli yolları (Makedoniya). Poster. Makedoniya, 2015.