AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

İBRAHİMLİ FƏZAİL FEYRUZ OĞLU

İBRAHİMLİ FƏZAİL FEYRUZ OĞLU

Tarix elmləri doktoru, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru, millət vəkili.

Tarix elmləri doktoru Fəzail Feyruz oğlu İbrahimli 1951-ci il aprelin 12-də Azərbaycan Respublikasının Yardımlı rayonunda anadan olmuşdur. 1968-ci ildə Yardımlı rayonunda orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1977-1979-cu illərdə ordu sıralarında xidmət etmişdir. 

1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutu tarix fakültəsinin əyani şöbəsini bitirmişdir. 1986-cı ildə «Zəhmətkeşlərin əmək tərbiyəsi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildə «20-ci illərdə Azərbaycan kəndində sosial-siyasi proseslər» mövzusunda doktorluq dissertasiüasını müdafiə etmiş və tarix elmləri doktoru elmi adını almışdır.

1973-1977- illərdə Yardımlı rayonunda müəllim işləmişdir. 1979-1982-ci illərdə BDU-nun tarix ixtisaı üzrə əyani aspiranturasında təhsil almışdır. 1982-ci ildə BDU-nun Elmi Şurasının qərarı ilə BDU-da müəllim vəzifəsini tutmuşdur. 1982-ci ildən 1989-cu ilədək Sov.İKP tarixi kafedrasında işləmişdir. 1989-1999-cu illərdə Siyasi tarix kafedrasında işləmişdir. 2000-ci ildən bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzr) kafedrasında professor vəzifəsində çalışır. I və II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Tarix, fakültəsinin bakalavr və magistr pillələrinin əyani və qiyabi şöbələrində Azərbaycan tarixi «Azərbaycanda sosial-siyasi proskslər 20-ci illər» fənnləindən mühazirə və seminar məşğələləri aparır. 60 adda elmi məqalənin, 1 monoqrafiyanını və 2 kitabın müəllifidir,o cümlədən «Siyasi tarix», «Azərbaycan tarixi» üzrə 3 proqramı nəşr edilmişdir. 

Azərbaycan tarixinin XIX –XX əsrin əvvəli dövrüdür. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması və inkişafı məsələlərinə xüsusi diqqət yetirir. Tdəqiqat işində 20-ci illərdə Azərbaycanın iqtisadi və sosial-siyasi həyatının tədqiqi mühüm yer tutur.

Elmi əsərləri

  • Aprel həqiqətləri, uydurmalar və reallıq // Bakı, Tarix və onun probleməlri jurnalı, № 2, 2004
  • Qarabağ üsyanı tariximizin sərəfli səhifəsidir. Bakı, 2005
  • Azərbaycanın istiqlalında türkiyə amili. Bakı, 2005
  • Bakının İslam Ordusu tərəfindən azad edilməsi tariximizin şərəfli səhifəsidir. Bakı, 2006
  • Azərbaycanın iqtisadi həyatı (XX əsrin 20-cii illəri). Bakı, 2006
  • Azərbaycanda siyasi repressiyalarda erməni amili. (XX əsrin 20-cii illəri). Bakı, 2006
  • Sovet Rusiyasının xarici siyasətində Qarabağ oynu (XX əsrin 20-ci illəri). Bakı, 2007
  • Azərbaycanın siyasi həyatı (XX əsrin 20-ci illəri). Bakı, 2007
  • Aprel işğalı. Tariximizin qaranlıq səhifələrindən. Bakı, 2008
  • Mart soyqırımının tarixi kökləri. Bakı, 2008
  • İrəvanın faciəli taleyi. Bakı, 2008
  • Zamanın acı hökmü. Bakı, 2008
  • Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı, 2008
  • Cumhuriyetin Çoküşünün ardından Azerbaycanda siyasal baskı ve tutuklamalar. Büyük Devletler Kiskacında Bağımsız Azerbaycan (1918-1920). Türkiye İQ Kültür sana yayımcılıqş 2010, s. 274-281 türk dilində
  • Azərbaycan tarixi (XİX-XXi əsrin əvvəli) Ali məktəblər üçün mühazirələr kursu. Kitabda Azərbaycan 20-30-cu illərdə adlı fəsli (kafedranın dosenti B.O.Əziz ilə birlikdə) yazılmışdır. Dərs vəsaiti Bakı, 2010.
  • Tarixin sərt sınağı-ümummilli fəlakət. Türk eli jurnalı N6, 2010.
  • Azərbaycan möhtəşəm quruculuq meydanına bənzəyir. Yüksək dövlətimiz kitabı 2010.
  • Tariximizin faciəsi, yoxsa faciəmizin tarixi Milli Məclis jurnalı, 2010, səh.64-69
  • 20 yanvar şərəf və faciə tariximiz. Milli Məclis jurnalı 2011, yanvar-fevral səh.46-49
  • 20-ci illərdə Azərbaycanda Sovet totalitarizminin xüsusiyyətləri. Elmi konfransın materialları Xəzər Universiteti 2012. səh 54-55
  • Müstəqilliyin süqutundan sonra Azərbaycanda siyasi və milli təqiblər. AMEA Tarix institutunun elmi əsərlər Bakı, 2012.
  • Siyasi çəkişmələr xalqın taleyində. Tarix və Onun problemləri 2013 N4
  • Milli mənəvi dəyərlərə münasibət (XX əsrin 20-ci illəri). Humanitar elmləri öyrənən aktual problemləri jurnalı Bakı, Slavyan Universiteti 2013 buraxılış 3.
  • Siyasi çərişmələr xalqın taleyində (XX əsrin 20-ci illəri) Tarix və Onun problemləri Bakı 2014 N1.
  • Boran Əziz. Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri. Bakı Azərnəşr, 2014 Kitaba rəy.
Paylaş: