AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

MUSAYEVA TAMİLLA HƏŞİM QIZI

MUSAYEVA TAMİLLA HƏŞİM QIZI

31.12.1931-24.01.2019

Azərbaycan Dövlət laureatı, Əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, professor, “Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin müdiri

Tarix üzrə elmlər doktoru, professor Tamilla Həşim qızı Musayeva 1931-ci il dekabr ayının 31-də Bakı şəhərində anadan olub.

İlk ali təhsilini Bakı Dövlət Universitetində alıb. “Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin müdiridir.

Vətən tarixi ixtisası üzrə "Birinci beşillik dövründə Azərbaycanda xalq maarifinin inkişafı uğrunda mübarizə" mövzusunda namizədlik dissertasiyası, "İnqilab və Azərbaycanda xalq maarifi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 100-dən çoxdur.

Üçcildlik “Azərbaycan tarixi”(Bakı, 1963, III cildin I və III hissələri) müəlliflərindən biridir. 2000-ci ildə çap olunmuş VII cildlik “Azərbaycan tarixi”nin VI cildinin əsas müəllifi və redaksiya heyətinin üzvüdür. 

Azərbaycan Sovet Ensiklopediyasında (IV,VIII, IX cildlərdə) nəşr olunmuş bir sıra məqalələrin müəllifidir.

1975-1976-cı illərdə Moskvada nəşr edilmiş “SSRİ-də mədəni həyat” ümumittifaq xronologiyasının I və II cildlərinin hazırlanmasında Azərbaycandan tərtibçi kimi çıxış etmişmişdir.  

Bakı Dövlət Universitetinin tarix fakültəsində “Azərbaycan tarixi”, “Azərbaycanda mədəni quruculuq tarixi”üzrə ixtisas kursundan mühazirələr oxumuş, tarix fakültəsində Dövlət imtahanları komissiyasına sədrlik etmişdir.

1984-cü ildə “İnqilab və Azərbaycanda xalq maarifi” monoqrafiyasına görə Tamilla Musayevaya Azərbaycan Dövlət laureatı fəxri adı verilmişdir. Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 04 iyul 2005-ci il 878 № -li sərəncamına görə ona əməkdar elm xadimi fəxri adı verilmişdir. 

Paylaş: