AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ƏLİBƏYLİ HƏSƏN CAHANGİR OĞLU

ƏLİBƏYLİ HƏSƏN CAHANGİR OĞLU

1935-2018

“Azərbaycanın beynəlxalq əlaqələri tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, Beynəlxalq Siyasi Elmlər Akademiyasının üzvü.

“Azərbaycanın beynəlxalq əlaqələri tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Əlibəyli Həsən Cahangir oğlu 1935-ci ildə Biləsuvar rayonunda anadan olub. Beynəlxalq münasibətlər tarixi ixtisası üzrə "Əfqanıstanın xarici siyasətinin əsas problemləri (1946-1966-cı illər)” mövzusunda namizədlik, “İranın həmsərhəd Şərq ölkələri ilə siyasi münasibətləri (problemlər və təmayüllər)” mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 100-dən çoxdur. Beynəlxalq Siyasi Elmlər Akademiyasının üzvüdür.    

1958-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan köməkçisi olub.

1959-1963-cü illərdə Əfqanıstanda fars dili mütərcimi, Əfqanıstan üzrə ekspert vəzifəsində işləyib.

1964-1967-ci illərdə SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında oxumuş və 1967-ci ildə həmin institutda “Əfqanıstanın xarici siyasətinin əsas problemləri (1946-1966-cı illər)” adlı namizədlik dissertasiyasını vaxtından dörd ay əvvəl müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almağa layiq bilinmişdir.

1967-1972-ci illərdə İranda metallurgiya zavodunda baş mühəndisin köməkçisi və ictimai əsaslarla SSRİ-nin İsfahandakı Baş Konsulluğunda Protokol məsələləri üzrə attaşe olub.

1972-ci ildən 1992-ci ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, baş elmi işçi və İran tarixi şöbəsinin müdiri, 1992-1995-ci illərdə Azərbaycan Respublikasının İrandakı səfirliyində müşavir və 1993-1995-ci illərdə Azərbaycan Respublikasının İranda müvəqqəti işlər vəkili olub. 

Görkəmli alim 2018-ci il noyabr ayının 28-də Bakı şəhərində dünyasını dəyişmişdir. 

Ən mühüm elmi əsərlərinin adları:

  • "Основные проблемы внешней политики Афганистана (1946-1966 гг.)", М., "Наука", 1979
  • Иран и сопредельные страны, М., «Наука»,1989 – 267 стр.
  • Внешняя политика Афганистана (1946-78 гг.), М., «Наука», 1979, 208 стр. (xidməti istifadə üçün)
  • Lalə: İran yazıçılarının əsərləri: povest və hekayələr /tərt. ed. və farscadan tərc. ed. H. Əlibəyli ; red. H. Məmmədzadə. Bakı: Yazıçı, 1981, 292, [4] s.
  • Türkmənçay müqaviləsi "sirlərinin" həqiqəti ///Azərbaycan .-1991.- 28 noyabr. s.4.
  • Tarixin dörd günü (Prezident Heydər Əliyevin İrana rəsmi səfəri ilə bağlı), Tehran, 1994, 180 s.
  • Diplomatiya, Ensiklopedik lüğət, Bakı, 2005-ci il, 578 s. (müəllflər kollektivi) İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), (çapa hazırlanıb)
  • Beynəlxalq münasibətlərin qlobal problemləri (məqalələr toplusu), Bakı, 2006, 241 s.
  • Dünya geosiyasi prosesinin sistemli təhlili tarixi gerçəklik kontekstində//Xalq qəzeti, 2012, 12 fevral, s. 3.
  • "Xarici siyasət: reallıqlar və gələcəyə baxış" kitabı müasir Azərbaycan siyasətşünaslığında yeni hadisədir / İ.Rüstəmov, H.Əlibəyli //Respublika, 2013, 3 avqust, s. 4.
  • Beynəlxalq münasibətlərin Qlobal problemləri: məqalələr toplusu /AMEA, Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İn-tu; elmi red. H. Əlibəyli. Bakı, 2006. 241 s.
Paylaş: