AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

FƏRZƏLİYEV ŞAHİN FAZİL OĞLU

FƏRZƏLİYEV ŞAHİN FAZİL OĞLU

“Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, şair, şərqşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları ilə təltif olunmuş tarix üzrə elmlər doktoru, professor.

27 mart 1940-cı ildə Quba şəhərində anadan olmuş Şahin Fazil oğlu Fərzəliyev 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1964-cü ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Ş.F.Fərzəliyev 1963-1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966-1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968-1970-ci illərdə yenə Əfqanıstanda tərcüməçi vəzifəsində fəaliyyət göstərmişdir. 1970-1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1974-1978-ci illərdə bu İnstitutun «Orta əsrlər tarixi» şöbəsində elmi işçi vəzifəsində çalışmış, 1978-1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləmiş, 1983-1985-ci illərdə institutun baş elmi işçisi olmuş, 1985-1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirmiş, vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işini davam etdirmişdir.  

1996-cı ildə «Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 17 yanvar 1997-ci ildə ona AAK-ın qərarı ilə tarix elmləri doktoru alimlik  dərəcəsi verilmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (8 oktyabr 2004-cü il) professor elmi adına layiq görülmüşdür.

Hal-hazırda Tarix İnstitutunda «Mənbəşünaslıq və tarixşünaslıq» şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.

Həm də görkəmli şair olan Şahin Fazilin XX əsrin birinci mətbu "Divan"ını yazmış və çap etdirmişdir (1996). İndiyədək daha iki "Divan"ınız işıq üzü görmüşdür. 130 yaşlı "Məcməüş-şüəra" ("Şairlər məclisi") ədəbi məclisinin tarixini yazmış və onu "Təzkireyi-Şahin" adı ilə nəşr etdirib. 1998-ci ildən "Məcməüş-şüəra"nın sədridir. Şeirləri Əfqanıstan, İran, Türkiyə, İraq və Yaponiyada çap olunmuşdur. 2009-cu ildə Yaponiyanın iki şəhərində (Sinday və Tokio) "XX əsr Azərbaycan milli tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət" adlı məruzə ilə çıxış edib. "Azərbaycan haykurları" adlı kitabındakı bir neçə şeiri Tokioda dərc olunmuşdur.

Ş.F.Fərzəliyev onlarla yaxın və uzaq xarici ölkədə keçirilən Beynəlxalq elmi konfranslarda iştirak etmiş, Azərbaycanın orta əsrlər tarixinə dair yüzlərlə elmi məqalənin və beş monoqrafiyanın müəllifi olmuşdur. Onun namizədlik və doktorluq dissertasiyaları tariximizin ən mürəkkəb dövrlərindən biri olan XV-XVI əsrlərdə ölkəmizin siyasi, ictimai-iqtisadi, diplomatik və ideoloji problemlərinin tədqiqinə (fars və osmanlı ilkin mənbələri əsasında) həsr edilmiş olduğundan mühüm elmi işlər kimi diqqəti cəlb etmişdir.

Ş.F.Fərzəliyev namizədlik və doktorluq dissertasiyalarının müdafiəsindən sonra çoxsaylı elmi məqalə çap etdirmişdir. Azərbaycan Sovet və Naxçıvan Ensiklopediyalarında 100-ə qədər məqalənin müəllifidir. Yeddi cildlik Azərbaycan tarixi kitabının müəlliflərindən biri olan Ş.F.Fərzəliyev Azərbaycanın orta əsrlər tarixinin müxtəlif məsələlərini araşdırmış, öz sözünü deməyi bacarmışdır, hazırda isə 3 cildlik «Azərbaycan tarixi» kitabının bir neçə fəsil və yarımfəsli üzərində işləməkdədir.

Ş.F.Fərzəliyev bir neçə monoqrafiyanın, o cümlədən («Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun «Əhsənüt-təvarix» əsəri üzrə), «Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə», «Quba tarixi», «XV əsr Azərbaycan dövlətlərinin quruluşu», həmçinin bir neçə fənn proqramı və dərs vəsaitinin müəllifidir.

Prof. Ş.F.Fərzəliyev eyni zamanda müxtəlif dövlət universitetlərində pedaqoji fəaliyyətdə də olmuşdur (Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti).

Prof. Ş.F.Fərzəliyev son illərdə tərcüməçilik fəaliyyətini daha da genişləndirmiş, fars dilində yazılmış iki böyük Azərbaycan tarixçisinin məşhur kitablarını dilimizə çevirmiş, bununla kifayətlənməyərək, onlara sanballı «Ön söz» başlıqlı məqalələr, həmçinin geniş şərhlər yazmışdır. Həmin kitabların birincisi XVI əsrin ikinci yarısı – XVII əsrin birinci rübündə yaşamış və Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair faydalı tarixi qaynaq qələmə almış İsgəndər bəy Münşinin «Tarixe-aləmaraye-Abbasi» («Dünyanı bəzəyən Abbasın tarixi») əsərinin mükəmməl tərcüməsidir (Əsər 2010 və 2014-cü illərdə 2505 səhifədən ibarət çap olunmuşdur). İkinci qaynaq isə Həsən bəy Rumlu kimi Səfəvi dövrü tarixçisinin məşhur «Əhsənüt-təvarix» («Tarixlərin ən yaxşısı») salnaməsidir ki, kitabın I cildi üzərində tərcümə işi artıq bitmiş və şərhlərlə birlikdə çap üçün hazırlanmış, II cildinin tərcüməsi bu il bitəcəkdir.

O həm də Jozef Tiflisinin "Mir Veys və Şah Sultan Hüseyn", Yan Tadeuş Kruşinskinin "Xristian səyyahın tarixi" kimi dəyərli mənbələrin tərcüməçisidir.

Müəllifin araşdırmaları, göründüyü kimi, çoxşaxəlidir. Görkəmli alim bir tə­rəf­dən ümumi tarixlə bağlı kitablar nəşr etdirmiş, digər tərəfdən isə Azər­bay­can tarixinə dair müxtəlif dillərdə olan ilkin mənbələrin Azərbayсan dilinə tərсüməsi ilə məşğul olmuş, indiyədək 2 tarixi qaynaq kitabını fars və osmanlı dillərindən dilimizə çevirərək çap etdirmişdir.

Ş.F.Fərzəliyev müxtəlif problemlərə həsr olunmuş çoxsaylı məqalələr yazmış, həm Respublikamızda, həm də xariсdə keçirilən beynəlxalq elmi konfrans və görüşlərdə (Moskva, Ankara, İstanbul, Daşkənd, Təbriz, Mahaçqala, Kipr Respublikası, Polşa və s.) fəal iştirak etmişdir.

Prof. Ş.F.Fərzəliyev 2009-cu ildə Yaponiyanın Sinday Universitetinin dəvəti ilə həmin ölkədə olmuş, Azərbaycan tarixşünaslığına dair mühazirə oxumuşdur. Azərbaycan xalqının vətənpərvər övladı və tanınmış alim kimi Azərbayсanın tarixi problemlərini istər ölkə daxilində, istərsə də xariсdə işıqlandırmış Şahin Fərzəliyev çıxış etdiyi ölkələrdə Azərbayсanın tutduğu mövqeyi cəsarətlə müdafiə etmişdir.

Ş.F.Fərzəliyev gənс elmi kadrların yetişdirilməsi sahəsində çox səmərəli fəaliyyət göstərir. Onun rəhbərliyi ilə 11 nəfər tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. O, 3 nəfər İran vətəndaşının elmi rəhbəridir. Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasının üzvüdür. Prof. Ş.F.Fərzəliyev 10-dan çox kitabın elmi redaktoru olmuş, 20-yə yaxın tarix üzrə fəlsəfə doktoru və tarix üzrə elmlər doktoru dissertasiyalarına opponetlik etmişdir.

İndiyədək Ş.F.Fərzəliyevin 37 kitabı (bədii, elmi və tərcümə) çapdan çıxmışdır.

Ş.F.Fərzəliyev Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

O, üç Dövlət Medalı (Əfqanıstan) və bir neçə Fəxri Fərmanla (SSRİ) təltif olunmuşdur.[

Ən mühüm elmi əsərləri: 

  1. Jozef Tiflisi, Vaqiati-Mir Veys və Şah Hüseyn (Mir Veys və Şah Hüseyn arasında baş verən hadisələr). Bakı: Azərnəşr, 1992, 58 səh.
  2. Soqut və zəval-e Səfəviyan (Bər əsas-e qozareşha-ye Jozef Tiflisi). İsfəhan. Hicri şəmsi, 1388, 82 s.
  3. Y.T.Kruşinski. Xristian səyyahın tarixi. Farscadan tərcümə: Şahin Fazil. Bakı: Azərnəşr, 1993, 105 səh.
  4. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). I kitab. Fars dilindən çevirən: Şahin Fazil. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2010, 1144 səh.
  5. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). II kitab. Fars dilindən çevirən: Şahin Fazil. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2014, 1400 səh.

Digər kitabları

  1. Qəzəllər. Bakı: Yazıçı, 1978, 43 səh. (şərikli)
  2. Qəzəllər. Bakı: Yazıçı, 1986, 223 səh. (şərikli)
  3. Azərbaycan XV - XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə), Bakı: Elm nəşriyyatı,1983, 151 səh.
  4. Yenə görüşərik. Bakı: Yazıçı, 1989, 104 səh.
  5. Qəzəllər. Bakı: Elm, 1990, 576 səh.
  6. Qəzəllər (I cild). Bakı: Azərnəşr, 1994, 199 səh.
  7. Divan. Bakı: Azərnəşr, 1996, 465 səh.
  8. Əllərini ver mənə. Bakı: Gənclik, 1998, 279 səh.
  9. Azərbaycan və Osmanlı imperiyası. Bakı: Azərnəşr, 1995, 200 səh.
  10. Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə (II nəşr). Bakı: Elm, 1999, 200 səh.
  11. Quba tarixi. Bakı: Əbilov və qardaşları, 2000, 456 səh.
  12. Qırxnamə, yaxud qırx şeirdən ibarət elegiya. Bakı: Əbilov, Zeynalov və oğulları, 2001, 64 səh.
  13. Kərbəlayi Şahin Fazil. Şerlər. Allah eşqi, peyğəmbər məhəbbəti, imam sevgisi. Bakı: Kür, 2001, 150 s.
  14. İlnamə, yaxud səndən ayrı səninlə. Bakı: Elnur-P, 2002, 232 səh.
  15. XV əsr Azərbaycan dövlətlərinin quruluşu. Bakı: Elnur-P, 2003, 118 səh.
  16. İran səfərnamələri. Bakı: Elnur-P, 2003, 220 səh.
  17. İkinci Divan. Bakı: Elnur-P, 2005, 1268 səh.
  18. Təzkireyi-Şahin. Bakı: MBM, 2006, 812 s.
  19. Şahin Fazil. İran səfərnamələri (Təkmilləşdirilmiş yeni nəşri). Bakı: İran Mədəniyyət Mərkəzi, 2012, 550 s.
  20. Üçüncü Divan. Bakı: Nurlar, 2008, 1399 səh.
  21. Dördüncü Divan, Bakı: Təhsil, 2014
  22. Yaponiya səfərnaməsi. Bakı, “Elm və təhsil”, 2011, 232 səh.
  23. Azerbaycan ve Osmanlı imparatorluğu XV-XVI. yüzyıllar. çev. N. Muradov. İstanbul: TEAS Press, 2017, 372 s.
  24. Quba tarixi. Bakı: Teas Press, 2017, 700 s.
  25. İran səfərnamələri. Bakı (Təkmilləşdirilmiş III nəşri): Elm və Təhsil, 2017, 816 s.
  26. Azərbaycan haykuları. Bakı, 2007, 384 səh.

Məqalələri:

  1. 2003 - XVI əsr Azərbaycan-Türkiyə münasibətlərində Gilanın rolu (I məqalə) // Tarix və onun problemləri. – 2003. –s.54-60.
  2. 2004 - Gəncə Səfəvilərin və Osmanlıların hakimiyyəti dövründə (XV-XVIII əsrlər) // Gəncə şəhərinin tarixi: Elmi-praktik konfransın materialları. – Bakı: Nurlan, 2004. – s.57-72.
  3. Göydən gələn kitabın yerdə növbəti tərcüməsi // Elm. – 2004. – 18 mart.
  4. Məhbusları ağladan Qəhqəhə qalası haqqında bəzi qeydlər // Azərbaycan Tarixi Muzeyi. – Bakı:2004. – s.184-191.
  5. 2005 - Azadciran // Naxçıvan Ensiklopediyası. I c. – Naxçıvan, 2005. – s.47.
  6. Bəkdaş arxı // Naxçıvan Ensiklopediyası. I c. – Naxçıvan, 2005. – s.85.
  7. Bilici // Naxçıvan Ensiklopediyası. – I c. – Naxçıvan, 2005. – s.89.
  8. Ehsan xan Kəngərli // Naxçıvan Ensiklopediyası. I c. – Naxçıvan, 2005. – c.I. – s.142.
  9. Epistolyar irsimizdən: Şirvanşahlar Xəlilullah və Fərrux Yəsarla yazışmalar (birinci məqalə) // Azərbaycan Tarixi Muzeyi-2005. – Bakı: Elm, 2005. –s.69-78.
  10. Əbülfət bəy Cavanşir // Naxçıvan Ensiklopediyası. – Naxçıvan. 2005. – I c.– s.150.
  11. Əli Məhəmməd ağa Kəngərli // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – I c. – s.287.
  12. Kəcli // Naxçıvan Ensiklopediyası. – I c. – Naxçıvan. 2005. – I c. – s.283.
  13. Kəlbalı xan Kəngərli // Naxçıvan Ensiklopediyası. –Naxçıvan, 2005. – I c. – s. 10.
  14. Qələndərxana // Naxçıvan Ensiklopediyası. – I c. – Naxçıvan. 2005. – s.336.
  15. Lütfəli Sultan Kəngərli // Naxçıvan Ensiklopediyası. I c. – Naxçıvan, 2005. – s.356.
  16. Maqsud Sultan Kəngərli Ustaclu // Naxçıvan Ensiklopediyası. I c. – Naxçıvan, 2005. – s.10.
  17. Məhəmməd Kərim bəy Kəngərli // Naxçıvan Ensiklopediyası. – I c. – Naxçıvan, 2005.
  18. Məhəmməd Sultan Kəngərli // Naxçıvan Ensiklopediyası. I c. – Naxçıvan, 2005. – s.288.
  19. Naxçıvan əyaləti // Naxçıvan Ensiklopediyası. II c. – Naxçıvan, 2005. – s. 84.
  20. Naxçıvan piyada batalyonu // Naxçıvan Ensiklopediyası. – Naxçıvan. 2005. – II c. – s.161.
  21. Naxçıvan süvariləri // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. II. – s.165.
  22. Nəzərəli bəy Kəngərli // Naxçıvan Ensiklopediyası. – I c. – Naxçıvan, 2005. –I c. – s.194.
  23. Yəhya bəy // Naxçıvan Ensiklopediyası. – II c. – Naxçıvan, 2005. – II c. s. 357.
  24. Yusif xan // Naxçıvan Ensiklopediyası. – Naxçıvan. 2005. – II c. – s.359.
  25. XVII–XIX əsrlərə aid əlyazma sənədləri // Naxçıvan Ensiklopediyası. – II c. – Naxçıvan. 2005. – s.83.
  26. 2006 - Naxçıvan XV əsrdə // Naxçıvan: Tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri: Məqalələr toplusu. – Naxçıvan, 2006. – s. 87-98.
  27. Üç müqavilə – Kürəkçay, Gülüstan və Türkmənçay mətnləri barədə bir neçə söz // Azərbaycan Tarixi Muzeyi. – Bakı:2006. – s.32-38.
  28. 2007 - Hökmdar məktublarının yazılış xüsusiyyətləri (Əmir Teymur və I Sultan Bayazidin məktubları əsasında), Tarixin metodoloji və aktual problemləri (Beynəlxalq elmi-nəzəri konfrans: Tezislər. – Bakı: Nurlan, 2007. – s.37-38.
  29. Quba orta əsrlərdə // AMEA, A.A.Bakıxanov ad. Tarix İn-tunun Əsərləri, XXII c. – Bakı:2007. – s. 37-42.
  30. 2008 - Mahmud əl-Xinəluqi və onun XVI əsrin sonu – XV əsrin birinci yarısında Dağıstan və Şirvanda baş verən hadisələrlə bağlı yazdığı əsəri barədə // Milli Azərbaycan Tarixi Muzeyi. – Bakı:2008. – s.35-48.
  31. Tarixçi İsgəndər bəy Münşi Səfəvilər dövlətinin baş vəziri Hatəm bəy Ordubadi haqqında // Naxçıvan bu gün: islahatlar, perspektivlər: Məqalələr toplusu. – Naxçıvan. – 2008. – s. 97-104.
  32. Teymurilər dövlətinin quruluşuna dair bəzi qeydlər // Tarix və gerçəklik: Azərbaycan Tarix Qurumunun elmi məqalələr toplusu. – Bakı:2008. – s.40-50.
  33. 2009 - Azərbaycanlı tarixçi və italiyalı səyyahlar  // AMEA Tarix İnstitutu. Elmi əsərlər. – 2009. - XXX cild (Gör­kəm­li tarixçi alim Yaqub Mahmudlunun 70 illiyinə həsr edilmiş xüsusi buraxılış).  - s.66-78.
  34. Tarixi – danışmayan natiqi danışdıran kitab // Tarix və onun problemləri. – 2009. – №-1-2. – s. 470-481. – /E.Muradəliyeva/.
  35. XIV əsr Azərbaycan şairi Arif Ərdəbilinin vətən şeirləri // Bakı İslam mədəniyyətinin paytaxtıdır – 2009: Beynəlxalq konfransın tezisləri. (Bakı:9-10 noyabr) // Milli Azərbaycan Tarixi Muzeyi. – Bakı: 2009. – s.50-51.
  36. XIV əsr Azərbaycan şairi Şəmsəddin Məhəmməd Arif Ərdəbili və Şirvan // Şərqşünaslığın aktual problemləri: Respublika Elmi konfransının materialları. – Bakı:2009. – s.102-105.
  37. 2011 - İslam və cəmiyyət: XV-XVI yüzilliklərdə  Türkiyə-Azərbaycan münasibətlərində  məzhəbin rolu // Türk dünyası: Dünəni və bu günü: beynəlxalq elmi konfrans (23-24 may 2011).- Bakı-2011.-s. 139-140.
  38. 2012 - Azərbaycanın Dərbənd şəhəri uğrunda Səfəvi-Osmanlı rəqabəti (1607-ci il) // AMEA A.A.Bakıxanov ad. Tarix İnstutunun Elmi Əsərləri. Bakı: 2012.- Cild 40. - s.209 – 216.
  39. Bir daha Şeyx Bünyad nəsli haqqında, Akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Simpoziumun materialları.- Bakı: 2012.- s.285-286.
  40. Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin XVI əsr özbək hökümdarları haqqında məlumatı, Akademik V.Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları.- Bakı: 2012.- s.403-405.
  41. Şəki XIV əsrin sonları XV əsrin əvvələrində // antik və orta əsr Azərbaycan şəhərləri: Beynəlxalq Elmi Konfransın materialları. – Bakı: 2012.- s.437-444. 
  42. Şəkinin müstəqillik uğrunda mübarizə tarixindən //Azərbaycan Respublikası, Uğurlar və perespektivlər: Beynəlxalq elmi konfransın materialları.- Bakı: 2012.- s. 31-36.
  43. 2013 - Bir əsrin iki dövləti, yaxud Qaraqoyunluların və Ağqoyunluların tarixşünaslığı haqqında yeni kitab //Tarix və onun problemləri.- 2013.- №1.-  s.241-254.
  44. Qubadlı bölgəsi orta əsrlər dövründə /Tofiq Nəcəfli //Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. – Bakı: 2013.- s.33-53.
  45. Tariximiz açıqlanmamış mövzuları ilə //Tarix və onun problemləri.- 2013.- №3.
  46. 2014 - XVI əsrin son rübündə Azərbaycan – Türkiyə münasibətlərində Krım xanlığının rolu, Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materialları.-Bakı: 2014.- s.269-271.
  47. 2015 - Cəlalilər hərəkatı haqqında bəzi qeydlər: hərəkatın başlanması, səbəbi və nəticələri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş VI Beynəlxalq Elmi Konfransın materialları, I hissə. – Bakı: 2015.- s.388-391.
  48. Xanlıqlar dövründə Qubada xalçaçılıq sənətinin inkişafı //Azərbaycan xalçaları: Elmi-publisistik jurnal- Bak:, 2015.- s.50-57.
  49. 1501-ci ildə baş vermiş Naxçıvan (Şərur) döyüşü haqqında bəzi məlumatlar //Naxçıan Dövlət Universiteti və Ağrı İbrahim Çeçen Universiteti ilə birgə keçirilmiş  “Naxçıvan və Doğu Anadolu abidələri” Beynəlxalq Simpoziumu (Naxçıvan, 10-12 may, 2015). - s.57-60.
  50. Monqol ağalığı dövründə Azərbaycanda sikkə zərbi və pul tədavülü // Tarix, İnsan və Cəmiyyət. Elmi-nəzəri və elmi-metodik jurnal /Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji kadrların “İxtisaslaşdırma və Yenidənhazırlama” İnstitutu.- Bakı: 2015.- s.26-32.
  51. Rus hakimiyyətinə qarşı 1826–cı il Quba üsyanı, onun amansızlıqla yatırılması və üsyançılara qarşı sərt cəza tədbirləri //Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları 1914-1920-ci illər:  II Beynəlxalq Elmi Konfransın materialları. – Bakı: 2015.- s.197-201.
  52. Şamaxı tarixşünaslığı //Şamaxı ensiklopediyası.- Bakı: 2015.- s.333-345.
  53. 2016 - Bir əsrin üç şirvanşahı haqqında bəzi qeydlər //Şirvanşahlar sarayı: Tarix, həqiqətlər, mülahizələr: Elmi-praktik konfrans. Məqalələr toplusu.- Bakı: 2016.- s.48-59.
  54. XX əsr əvvəllərində Cənubi Azərbaycanın Urmiyə, Səlmas və Xoy bölgələrində əhaliyə qarşı törədilən soyqırımlar (farsdilli qaynaqlar üzrə //Azərbaycan və Şərqi Anadoluda müsəlman əhaliyə qarşı soyqırımlar(1914-1920): III Beynəlxalq Elmi Konfransın materialları (Şamaxı), 2016.- s.535-540.
  55. Nəslinin şöhrətli təmsilçisi olan Sara Aşurbəyli haqqında bəzi qeydlərim //“İçərişəhər tarix muzeyi”, “Bakı tarixinin ensiklopediyası - Sara Aşurbəyli-110 il: konfrans materialları //Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi. – Bakı: 2016.- s.24-33.
  56. Müstəqillik illərində çap olunmuş çox qiymətli mənbə barədə bəzi qeydlər //Müstəqillik illərində Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı /Respublika Elmi Konfransının materialları. – Sumqayıt: 2016.- s.148-149.
  57. 2017 - Həsən bəy Ağqoyunlu “Qanunnamə”sinin Təbriz və başqa yerlərdə ticarətin tənzimlənməsində əhəmiyyəti // Z.M.Bünyadovun xatirəsinə həssr olunmuş “Müasir şərqşünaslığınb aktual problemləri”: Beynəlxalq elmi konfrans, Tezislər, Bakı: 2017.- s.45-46.
  58. XV əsrin əvvəllərində Şirvanşahlar dövləti və Osmanlı dövləti arasında siyasi və diplomatik münasibətlər //Azərbaycan-Türkiyə münasibətləri:II Beynəlxalq Elmi Konfransın Proqramı.- Bakı: 2017
  59. 2018 - AXC hakimiyyəti dövründə Quba qəzasında bolşevik-daşnak dəstələrinə qarşı silahlı mübarizəyə dair //Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi (26-30 iyun, Gəncə). – Bakı: 2018.
  60. Bir kitab və bir məqalə haqqında söz //Tarix və onun problemləri.- 2018. - s.361-375.
  61. I Şah Təhmasib, sonuncu şirvanşahlar, axırıncı Şirvan şahzadələri // Müasir Azərbaycan tarixi, Şirvanşahlaar dövlətinə səyahət (23-24 oktyabr) /İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi, “İçərişəhər tarixi muzeyi”.- Bakı: 2018
  62. Quba qəzasında baş vermiş “Qanlı Dərə” əhvalatı və üç qəhrəman haqqında bəzi qeydlər // Dünya azərbaycanlıları: Tarix və müasirlik: III Beynəlxalq elmi konfransın proqramı (Bakı Dövlət Universiteti, 21-22 dekabr, 2018).-Bakı: 2018.
  63. XVI əsrin sonlarında birləşmiş Osmanlı və Krım qoşunlarının Şirvana hücumu //Konfrans Proqramı (23-24 oktyabr). – Bakı: 2018
  64. Tarixçi İsgəndər bəy Münşi və Ordubad // Naxçıvan: İslam mədəniyyətinin paytaxtı: Beynəlxalq konfransın materialları: Proqram.- Naxçıvan: 2018.
  65. 2019 - Bolşevik-daşnak dəstəsinin 1918-ci ildə Quba bölgəsində soyqırımı //İçərişəhər Dövlət və tarix-memarlıq qoruğu idarəsi: 31 mart tariximizin faciəli səhifəsi.- Bakı: 2019.- s.287-291.
  66. Nəslinin birinci və axırıncı hökmdarı Nadir şah Əfşarın qəribə bir izdivacı // Nadir şah Əfşar: Tarixin gedişini dəyişdirən  dahi sərkərdə: Beynəlxalq elmi konfrans (!9-21 iyun, 2019). -  Bakı: 2019.
  67. Polşa səfərnaməsi // Olaylar. – 2019. - № 9-13. – 15-21 yanvar.
  68.  Tarix və tarixçi // Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov /Tərt. İ.Əliyeva, Z.Əliyeva;  texn.red. Mehri Xanbabayeva. – Bakı: Turxan NPB, 2019. – s.141-150.
  69. Sultan Səlim Yavuz və Şah İsmayıl Səfəvi tərəfindən Çaldıran savaşı  öncəsində yazılmış 5 tarixi məktub haqqında //Səfəvilər və Şah  İsmayıl. -  İstanbul: 2014.- s. 97-209.
  70. Şirvanşahlar dövləti və Osmanlı imperiyası arasında siyasi-diplomatik münasibətlər (XV əsrin əvvəlləri), Millətlərarası Azərbaycan-Türkiyə münasibətləri: Simpoziumun Bildiriləri (Bakı, 12-14 ekim 2017), Kastamonu: 2018.- s.112-116.
  71. XVI yüzyılın son döneminde Safevi-Osmanlı ilişkilerinde Kırım hanlığının rolü, 18 Türk Tarih Konqresi, Bildiri Özetleri, (1-5 Ekim/Oktober).- Ankara: 2018.- s.300.
  72. Труд Мир Мехти Хазани “Китаби-тарихи-Гарабаг” как ценный источник по истории Гарабагского ханства // Гарабаг. Кюрекчайский договор – 200. – Баку: Тахсил, 2005. – с.114-124.
  73. Гюлистанский мирный договор и судьба народов Кавказа //Международная научно-практическая конференция “Интеграция народов Кавказа в состав России” (к 200-летию Гюлистанского договора 1813 г.).- Махачкала: 2013.
  74. Хронист Искендер-бек Мюнши о Дербенте //Материалы международной научной конференции “Дербент в историческом процессе Кавказа”, посвященной 2000-летию г. Дербента.- Махачкала: 2015.- с.342-347
  75. О некоторых крымских ханах и принцах конца XVI века, Национальна Академия Наук Украини, Институт сходознавства им. А.Ю.Кримського, XXII Сходознавчи Читання А.Кримського, Тези доповидей Мижнародной Конференции (22-23 червня, 2018). – Киив: 2018. - с.32-33.
  76. Genealogy of Uzun Hasan, oustanding ruler of Agh-qoyunlu state (before and after him) // Azerbaijan‘s & Azerbaijanis. – 2005. – №1-6. – p.110-114.
Paylaş: