AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

BAYRAMLI ZABİL HƏSRƏT OĞLU

BAYRAMLI ZABİL HƏSRƏT OĞLU

Tarix üzrə elmlər doktoru, Azərbaycan tarixi (təbiət fakültələr üzrə) kafedrasının professoru, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi.

Tarix üzrə elmlər doktoru, Azərbaycan tarixi (təbiət fakültələr üzrə) kafedrasının professoru Zabil Həsrət oğlu Bayramlı 1950-ci ildə Ağdamın Mərzili kəndində anadan olmuşdur. 

1966-cı ildə Ağdamın Mərzili kənd orta məktəbini bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1981-ci ildə ADU-nun qiyabi aspiranturasını bitirmişdir. 

1985-ci ildə «Səfəvilər dövləti sistemində Azərbaycanda yerli və şəhər idarəçiliyi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

2012-ci ildə «Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1972-1974-cü illərdə Laçının Vağazin kənd orta məktəbində işləmişdir. 1974-1989-cu illərdə Xankəndindi Pedaqoji İnstitutunda işləmişdir. 1989-cu ildən 1991-ci ilə qədər Azərbaycan Texniki Universitetində işləmişdir. 1991-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti, 2009-cu ildən isə professorudur. 

İki monoqrafiyanın, 40-dan çox elmi məqalənin müəllifidir. 

1996-cı ildə nəşr olunmuş «Azərbaycan tarixi» dərsliyinin müəlliflərindəndir.

Əsas tədqiqatları Azərbaycanın XVI-XVII əsrlər tarixinə həsr olunmuşdur. Elmi fəaliyyətində Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sisteminə diqqət yetirmişdir. Əsas diqqət ilkin mənbələrin, xüsusilə farsdilli qaynaqların təhlili əsasında Azərbaycan Səfəvi dövlətinin quruluşunda və idarəçilik sistemində dini təsisatların yeri və rolunun müəyyənləşdirilməsinə yönəlmişdir. Araşdırma nəticəsində sübut olunmuşdur ki, nəinki XVI, XVII əsrdə, I Şah Səfinin hakimiyyəti dövründə (1629-1642) də Səfəvilərin dini idarəçilik sistemində türk köklü şəxslər və xüsusilə seyid nəslinin nümayəndələri aparıcı rol oynamışdır. Araşdırmada XVII yüzilin 20-40-cı illərində İrəvan və Bağdad uğrunda Səfəvilərlə Osmanlılar arasında gedən hərbi-siyasi mübarizə ilə bağlı məsələlər də təhlil olunmuşdur. Tədqiqat zamanı əldə edilən elmi nəticələr xarici və respublika əhəmiyyətli jurnallarda çap edilmiş elmi məqalələrdə öz əksini tapmışdır. 

Seçilmiş əsərləri

  • Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunun bəzi məsələləri Tavernyenin səyahətnaməsində. Bakı Universiteti xəbərləri, Humanitar elmlər seriyası, №1, 2004
  • Səfəvi dövlətinin idarə quruluşunda xüləfa institutunun yeri. Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, №2, 2004
  • Mirzə Səmianın «Təzkirət əl-müluk» əsərində «Canqi əmirləri» institutu ilə bağlı məsələlər. Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, №3, 2004
  • Jan Şardenin «Səfərnamə»sində Səfəvilər dövlətində dini divanın təkamülü ilə bağlı bəzi məsələlər. Bakı Universitetinin xəbərləri, Humanitar elmlər seriyası, №4, 2004
  • XVII əsrin 80-ci illərində Səfəvi dövlətinin xarici əlaqələri səyyah gündəliklərində. Tarix və onun problemləri. №2, 2005
  • Azərbaycan vilayətinin idarə olunmasında qızılbaş-türk əyanlarının rolu: Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitu-tunun Elmi Əsərləri, 2009, cild 31, s.96-103
  • II Şah Abbasın daxili və xarici siyasəti: Tarix və onun problemləri, Bakı, 2010, №3, s.12-16
  • II Şah Abbasın dövründə Səfəvi-Moğol dövlətləri arasında qarşılıqlı münasibətlər(Məhəmməd Tahir Vəhidin”Abbasnamə” əsəri üzrə).: Tarix və onun problemləri, N 4, 2010, s. 5-12
  • Военная реформа Шаха Аббаса I: Журнал научных публикации аспирантов и докторантов, Курск, 2009, № 8, с. 62-64
  • Европейские путешественники о социально-политической природе Сефевидского государства: Актуальные проблемы гуманитарных и естественных наук. Москва, 2009, №11,  s.44-47
  • Роль кызылбашей  в государственном устройстве в период правления шаха Исмаила II Сефевида  (1576-1577) (Согласно сочинению Кази Ахмед Куми «Хуласат ат-таварих»): Казахский Национальный Университет имени Аль-Фараби, №4(59), Алмата 2010, с.124-127
  • Azerbaycan Safevi devletinin askeri teşkilatı: Tarihin peşinde, Uluslararası Tarih ve sosial Araşdırmalar dergisi, Konya, Ekim 2010, sayı 4, s. 237-240
  • II Şah Abbasın dövründə Səfəvi dövlətinin Türküstan xanları ilə münasibətləri (Məhəmməd Tahir Vəhidin “Abbasnamə” əsəri üzrə) : Таrix və оnun probemləri, Bакı, 2011, №1, s. 5-9
  • XVI-XVII yüzıllarda Karabağın etno-politik durumu. Tarihin peşinde.// Uluslararası Tarih ve sosial Araşdırmalar dergisi, Konya, ekim 2012, sayı 8. s.292-302
  • Şah səfinin daxili siyasəti: Tarix və onun problemləri, Bakı, 2013, №4, s 29-33
  • XVII yüzilliyin 20-40-ci illərində Səfəvi-Osmanlı münasibətləri (İrevan və Bağdad uğrunda mübarizə):Tarix və onun problemləri, Bakı, 2014, №1, s.18-35. (həmmüəllif)
  • Qəsr-i Şirin müqaviləsi: Tarix və onun problemləri, Bakı, 2014, №1, s. 36-41
  • Azərbaycan tarixi ( ən qədim zamanlardan XXI əsrin ilk onilliklərinədək) dərslik, Bakı, 2015 (həmmüəllif)

Kitabları

  • Bayramlı Z.H. Azərbaycan Evliyə Çələbinin 1654-cü il “Səyahətnamə”sində. Bakı, 2001
  • Bayramlı Z.H. Səfəvi imperiyası. (XV-XVII əsrlər).12-ci bölmə. Azərbaycan tarixi qədim dövrlərdən 1870-ci ilə qədər. B., 1996, s.371-42
  • Bayramlı Z.H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi. Bakı, 2006
  • Bayramlı Z.H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu. Bakı, 2015. 21 ç.v.
  • Bayramlı Z.H., Şabiyev B. Azərbaycan Səfəvi dövləti (XVI-XVII əsrlər). Bakı: Avropa nəşriyyatı, 2016, 344 s.  
  • Şuşa salnaməsi (Y.Hüseynov). Bakı, 2015. 9,5 ç.v. ön söz
Paylaş: