AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

MƏMMƏDOVA FƏRİDƏ CƏFƏR QIZI

MƏMMƏDOVA FƏRİDƏ CƏFƏR QIZI

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Şərəf ordeni və Qızıl Qələm mükafatı ilə təltif olunmuş AMEA Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor.

Tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun əməkdaşı Fəridə Məmmədova 1936-cı il avqust ayının 8-də keçmiş Əli Bayramlı, indiki Şirvan şəhərində anadan olmuşdur.

Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1997-1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 1998-2001-ci illərdə Qərb Universitetinin "İctimai elmlər" kafedrasının müdiri olmuşdur. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən isə Milli Aviasiya Akademiyasında ictimai fənnlər kafedrasının müdiridir. 

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Fəridə Məmmədova Şərəf ordeni və Qızıl Qələm mükafatı ilə də təltif olunmuşdur.    

Vətən tarixi ixtisası üzrə "Musa Kalankatlının “Alban tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi" mövzusunda namizədlik dissertasiyası, "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası" mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 100-dən çox elmi əsəri çapdan çıxmışdır. 

Albanşünas tarixçi kimi əsas nailiyyətləri aşağıdakılardır:

  • Tarixi Azərbaycanın ilk dövləti olan Albaniyanın ictimai quruluşunu, feodalizm genezisini (onun təsisatlarını);
  • Siyasi hakimiyyətinin müstəqilliyini, hökmdarlarının irsiliyi və aramsızlığını elmdə ilk dəfə üzə çıxararaq bərpa etmiş;
  • V-VIII əsrlərdə alban tarixi - ədəbi ənənəsinin inkişaf yolunu;
  • Alban Apostol Aftokefal (müstəqil) kilsəsinin təşəkkülünü müəyyən etmişdir.

"2005-ci ildə çap olunan "Qafqaz Albaniyası və albanlar" monoqrafiyasında aşağıda adları çəkilənlər elmdə ilk dəfə aşkar edilmiş və sübuta yetirilmişdir:

  • XIII-XIX əsrlərdə alban tarixi-ədəbi ənənəsi mövcud olmuşdur, həmin dövrün XI - XIII əsrlərinə alban intibah dövrü təsadüf edir, intibahın mərkəzi Nizami, Məhsəti kimi müsəlman intibahı nümayəndələrini, habelə David Alavik, Mxitar Qoş, Gəncəli Kirakos, Albaniyalı Qriqor və b. kimi alban intibahı nümayəndələrini dünyaya bəxş etmiş Gəncə şəhəri olmuşdur;
  • 1836-cı ildən başlayaraq Erməni Kilsəsi alban etno-mədəni irsinə yiyələnmək məqsədi ilə alban ədəbiyyatını erməni dilinə çevirir və onu erməni tarixinə uyğun səliqə ilə redaktə edir;
  • Albaniya və Ermənistanın siyasi və dini gerçəkliklərinin müqayisəli tədqiqi sübut edir ki, erməni dili nə Albaniya, nə də Qafqazda millətlərarası ünsiyyət dili ola bilməzdi;
  • XII əsrdən başlayaraq bu vəzifəni türk dili yerinə yetirir;
  • İlk dəfə alban etnosunun təşəkkülü və prosesə yardım olmuş amillər təsvir olunur;
  • VIII-IX əsrlərdə ərəb hökmranlığı dövründə və XIX əsrdə Qafqazın çar Rusiyası tərəfindən işğalından sonra albanların şəkil dəyişməsi, millisizləşdirilməsi prosesində onların əksəriyyəti islamı qəbul edərək türkləşmiş, az hissəsi XIX əsrdə erməniləşmiş və gürcüləşmişdir.
  • Bu, yalan üzərində məharətlə qurulmuş erməni tarixinə növbəti zərbə oldu. Erməni tarixçilərinin iddiasına görə Kilikiya guya erməni dövləti imiş;
  • Qədim yəhudi, nazarey məskənlərinin mövcudluğu xristianlığın Albaniyaya erkən müdaxiləsinin səbəblərini üzə çıxarır. Bu da elmdə yenilikdir. Bu öz növbəsində Alban Kilsəsi ilə Qüds Kilsəsi arasında genetik əlaqənin mövcudluğuna dəlalət edir, Alban Kilsəsinin qədimdən Erməni kilsəsinin tabeçiliyində olduğu barədə erməni müddəasını darmadağın edir;
  • F. Məmmədova monoqrafiyasında həmin beş erməni paytaxtının Qərbi Azərbaycanda, İrəvan şəhəri ətrafında deyil, Şərqi Anadoluda, Erməni yaylasının mərkəzində yerləşməsini sübuta yetirməyə nail olur;
  • Monoqrafiya "Qarabağ probleminin alban kökləri" fəsli ilə tamamlanır. Erməni xalqı tarixinin yaradıcıları çoxdandır ki, Qarabağ-Arsax haqqında elmdə elmi əsası olmayan təcavüzkar müddəa yeridirlər, bu müddəaya əsasən Qarabağ erməni ərazisi, onun əhalisi isə siyasi, etnik, dini və mədəni cəhətdən erməni hesab olunur. Tədqiqatlar göstərdi ki, Qarabağ heç vaxt Qafqaz hüdudlarından kənarda, Kiçik Asiya, Şərqi Anadolu ərazisində yaranmış erməni dövlətlərinin və ya heç olmasa, siyasi-inzibati qurumlarının tərkibində olmayıb. Qarabağ əhalisi alban, türk və kürdlərdən ibarət olub. İki min illik tarixi olan zəngin alban mədəniyyəti Qafqaz xalqlarının Azərbaycan, Dağıstan, qismən gürcü xalqlarının mədəniyyətinə daxil olmuşdur;

Çapdan çıxmış ən mühüm əsərləri:

  • «История албан» Моисея Каланкатуйского как источник по общественному строю Кавказской Албании. Баку, 1977
  • Политическая история и историческая география  Кавказской Албании. Баку,1986
  • Историческая география Азербайджана (коллективная монография). Баку, 1988.
  • Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993
  • Христианство в Кавказской Албании. Баку, 2003
  • Кавказская Албания и албаны. Баку, 2005
Paylaş: