AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ABIŞOV VAQİF ŞİRİN OĞLU

ABIŞOV VAQİF ŞİRİN OĞLU

Dosent, tarix üzrə elmlər doktoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin aparıcı elmi işçisi.

Vaqif Şirin oğlu Abışov 1955-ci il fevralın 27-də Azərbaycan Respublikasının İmişli şəhərində anadan olmuşdur. 1962-1972-ci illərdə İmişli şəhər N.Nərimanov adına 1 saylı orta məktəbdə təhsil almışdır.

1973-1975-ci illərdə Ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-1980-ci illərdə Bakı şəhərində indiki H.Z.Tağıyev adına Toxuculuq fabrikində usta köməkçisi vəzifəsində işləmişdir.

1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti adlanır) Tarix fakültəsində təhsilini başa vurduqdan sonra, 1986-1999-cu illərdə Lənkəran şəhər 3 saylı orta məktəbdə, eyni zamanda 1992-1999-cu illərdə Lənkəran Dövlət Universitetində (0,5 ştat cədvəli) pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Ailəlidir, üç övladı var.

Elmi fəaliyyəti:

1995-ci ildə “1917-1918-ci illərdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı” adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləməyə başlayıb və 2007-ci ildə həmin mövzunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 

2018-ci ildə isə “Şimali Azərbaycanda sovet hakimiyyəti qurulmasının ‎tarixşünaslığı” adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

2000-2003-cü illərdə AMEA-nın Milli Münasibətlər İnstitutunda elmi işçi, 2003-cü ildən AMEA  A.A Bakıxanov adına Tarix İnstitutunda elmi işçi, daha sonra isə böyük elmi işçi, 2014-cü ildən isə aparıcı elmi işçi vəzifəsində işləyir. Dosent, tarix üzrə fəlsəfə doktorudur.

Kitabları:

  1. Azərbaycanlıların soyqırımı. Bakı: Nurlan, 2007, 178 s.
  2. Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı. Sənədlər toplusu. 3 cilddə. I c., baş ред. Y.М.Маhmudov, tərtibçi İ.V.Niftəliyev, redaksiya heyətinin üzvü. Baki: Çaşıoğlu, 2009. 776 s.
  3. Аzərbaycan xalqın qarşı 1918-ci il mart soyqırımı. Xatirələr. Sənədlər toplusu. 3 cilddə, II c.. baş ред. Y.М.Маhmudov, tərtibçi İ.V.Niftəliyev, redaksiya heyətinin üzvü. Baki: Çaşıoğlu, 2010.
  4. Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı. Sənədlər toplusu. 3 cilddə. III c., baş ред. Y.М.Маhmudov, tərtibçi İ.V.Niftəliyev, redaksiya heyətinin üzvü. Baki: Çaşıoğlu, 2010. 447 s.
  5. История Азербайджана в архивных документах (1917-1920). На основе материалов Российского Государственного архива Социально-политической истории. Гл.редактор Я.М.Махмудов, составитель И.В.Нифталиев, ред. кол. Баку, Çaşıoğlu, 2010.
  6. Hüseyn Hüseynçi Qaraağac. Türkmənçaya bir baxış. Elmi redaktor: Vaqif Abışov. Bakı: Ocaq, 2010, 96 s. 
  7. Аzərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. Gəncə quberniyasında soyqırımı. 3 cilddə, II c. Kitab I., baş red. Y.M.Mahmudov, tərtibçi İ.V.Niftəliyev, redaksiya heyətinin üzvü. Bakı, Çaşıoğlu, 2011.
  8. Аzərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. Irəvan  quberniyasında soyqırımı. 3 cilddə, II c., kitab II., baş red. Y.M.Mahmudov, tərtibçi İ.V.Niftəliyev, redaksiya heyətinin üzvü. Bakı: Çaşıoğlu, 2011.
  9.  Məhbub Dadaşpur. Kazım xan Quşçu. Elmi redaktor: Vaqif Abışov. Bakı: Çaşıoğlu, 2011, 208 s.
  10.  Azərbaycan tarixi arxiv sənədlərində. Rusiya dövlət sosial-siyasi tarix arxivi. Sənədlər toplusu. (II cilddə). II c., baş red. Y.M.Mahmudov, tərtibçi İ.V.Niftəliyev, redaksiya heyətinin üzvü. Bakl: Çaşıoğlu, 2012.
  11.  Azərbaycanlıların soyqırımı (1917-1920-ci illər). Bakı: Turxan NPB, 2013, 272 s.
  12.  Bakı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı (1918-ci ilin mart-aprel ayları) . Bakı, Turxan, 2014. 
  13.  Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırımı (1918-ci ilin aprel-may ayları). Bakı, Turxan, 2014. 
  14.  Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı (1918-ci il mart-aprel). Bakı, Turxan, 2014. 
  15. Azərbaycan Sovet Sosialist Respublikası qurulmasının tarixşünaslığı. Bakı: “Turxan” NPB, 2015, 528 s.

Məqalələr:

  1. Fevral-oktyabr inqilablarından sonra erməni millətçilərinin antiazərbaycan fəaliyyətinin canlanması // Tarix və onun problemləri, 2000, №3-4, s. 82-86.
  2. Azərbaycanda siyasi vəziyyət və erməni millətçi təşkilatların Azərbaycan əleyhinə fəaliyyətinin əsas istiqamətləri (1917-ci il). /Azərbaycan tarixi məsələləri. Bakı: Nurlan, 2005, 100 s.
  3. Cənubi Azərbaycanda erməni cinayətləri (1918-ci il). //İrs.Наследие. Международный Азербайджанский журнал. Москва, 2009.
  4. Şamaxı qəzasında erməni cinayətləri (mart-aprel 1918-ci il). //AMEA Tarix İnstitutu. Elmi Əsərlər. 28-ci cild. Bakı: 2009, səh. 166-172.
  5. Bakı Xalq Komissarları Sovetinin antiazərbaycan siyasətinin tarixşünaslığı. //AMEA Tarix İnstitutu. Elmi Əsərlər. 38-ci cild. Bakı – 2011, səh. 192-199.
  6. Армянские пристрастия «Института социальных и политических исследований Черноморско-Каспийского региона». http: //strategiya.az/. 04 .05. 2013 . Qara dəniz-Xəzər regionun sosial və siyasi tədqiqatlar İnstitutunun erməni təəssübkeşliyi. http: /strategiya.az/. 06 may 2013 .
  7. Преступный соратник С.Шаумяна – палач азербайджанцев Степан Лалаев (Лалаян). Сб. Геносид Азербайджанского народа 1918 года: организаторы и палачи. Баку: ИПО «Турхан», 2013, 272 с.
  8.  Bakı quberniyasında azərbaycanlılara qarşı 1918-1920-ci illər soyqırımı. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” Beynəlxalq elmi-praktik konfransın materialları. Quba şəhəri. 29 mart 2013.
  9.  Изучение политической ситуации в Баку в  1917-1918 гг. В иссдедовантях 1920-ых годов. //Вестник Российского Университета Дружба народов. Сер.История Россий. 2014, №2.
  10.  1917-1918-ci illərdə Bakıda siyasi hadisələrin öyrənilməsi 1950-ci illərin tədqiqatlarında. //Tarix və onun problemləri. Jur. 2014, №2, s.367-373.
  11.  Birinci dünya müharibəsi illərində Bakı quberniyasında azərbaycanlıların soyqırımı. //AMEA Tarix institutu. Elmi Əsərləri.  48, 49, 50 sayları, 2014.
  12.  Birinci dünya müharibəsi illərində Bakıda bolşeviklərin hakimiyyət uğrunda mübarizəsinin tarixşünaslığı (sovet tarixşünaslığı) //Birinci dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş: “Tarixin qaranlıq səhifələri, keçmişin ibrət dərsləri və gələcəyə çağırış”. Beynəlxalq elmi konfransın materialları. Bakı, 23-24 may 2014, s. 37-42.
  13.  28 Aprel işğalı Azərbaycan sovet tarixşünaslığında //AMEA Xəbrləri.Tarix, Fəlsəfə, Hüquq. 2014, №1, s.76-81.
  14.  Bakı Xalq Komissarları Sovetinin qurulmasının tarixi. (Tarixşünaslıq məsələsi). //AMEA Xəbrləri. İctimai elmlər seriyası. 2015, №1, s.104-109.
  15.  Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun müasir Azərbaycan tarixşünaslığında əksi. AMEA Xəbərləri. İctimai elmlər seriyası, 2015, № 3. s. 40-46. 
  16.  Azərbaycanın Şamaxı qəzasında türk-müsəlman soyqırımı (1918-1920-ci illər). Azərbaycan və Şərqi Anadoluda Türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər). AMEA Tarix İnstitutunun Elmi Əsərləri. 2015, № 52, 53, 54, 55. s. 126-131
  17.  Bakı və Yelizavetpol (Gəncə) quberniyalarında türk-müsəlman soyqırımı (1918-ci il). Geostrategiya, 2015, № 03,  s. 35-38.
  18.  1917-1918-ci illərdə Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət. Geostrategiya,  2015, № 06 (30), s. 16-20. 
  19.  1917-1918-ci illərdə bolşeviklərin hakimiyyət uğrunda mübarizəsi 1960-cı illərin Azərbaycan sovet tarixşünaslığında. AMEA Xəbərləri. İctimai, elmlər seriyası. 2015, №2. s. 89-95.
  20.  Azerbaycan ve sovet tarihçiliğinde 28 nisan işğalı. Yeni Türkiye. Ankara : 2015,№ 75. s.466-472
  21.  1917-1918-ci illərdə Bakıda bolşevik rejimi qurulmasının müasir Azərbaycan tarix elmində əksi. Bakı Universitetinin  Xəbərləri, 2015, №3, s.108-114.
  22.  28 Aprel işğalı mühacir tarixşünaslıqda. AMEA Xəbərləri. İctimai elmlər seriyası, 2015, № 4. s. 31-37.
  23.  Azərbaycanın Şamaxı qəzasında türk-müsəlman soyqırımı (1918-1920-ci illər) //Azərbaycan və Şərqi Anadoluda Türk-müsəlman əhaliyə qarşı soyqırımları. (1914-1920-ci illər). II Beynəlxalq elmi konfransın materialları. 2015, s.126-131.
  24. Rusiya Federasiyası, İnquşetiya Respublikası. Общественно-политическая ситуация в северном Азербайджане в конце первой мировой войны. 1917-1918 гг. Первая мировая (Великая) война 1914-1918 гг.: крупные военные операции. Материалы международной научно-практической конференции. 30 мая-2 июня 2016 г. с.3-9.
  25.  Şimali Azərbaycanda bolşevik rejiminin qurulması və mart soyqırımı N.Nərimanovun siyasi irsində əksi. Strategiya.az 30 iyun 2016. http://az.strategiya.az/
  26.  Установление Советской власти в Азербайджане в советской историографии и переписке большевиков. Актуальные вопросы антикризисной политики: теория, история, современность. Сборник статей по материалам международной научно-практической конференции (г. Москва, 28-30 июнь 2016 г.)/Отв.ред. И.В.Турицын.-М.: НИИ ИЭП, 2016.-232 с. s. 101-105 
  27.  Отражение апрельской оккупации 1920 года в советской историографи и Турции. Geostrategiya,  2016, № 03 (33), s.11-15
  28.  Bakıda bolşevik rejiminin qurulması Qərb tarixşünaslığında əksi. Dövlət İdarəçiliyi: Nəzəriyyə və Təcrübə.Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası.2016, № 1. s.167-172.
  29. Şimali Azərbaycanda bolşevik rejimi qurulmasının N.Nərimanovun siyasi irsində əksi. AMEA Xəbərləri. İctimai elmlər seriyası. 2016, №2,s.52-58.
  30. Отражение политических событий  1917-1920 гг. в Северном Азербайджане в современной  исторической  науке России. Вопросы истории, М.: 2016, №8 s.159-163.
  31. 1920-ci ilin aprel işğalının sovet tarixşünaslığında əksi. Tarix və onun problemləri.  2016, № 2, s. 360-366.
  32. 1918-1919-cu illərdə Lənkəran qəzasında azərbaycanlıların soyqırımı. XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları. AMEA Tarix İnstitutunun Elmi Əsərləri. 2017, № 64, 65, 66,  s. 67-70.
  33. Bolşevik rejiminin qurulması Azərbaycan tarixşünaslığında əksi (1940-1950-ci illər). Geostrategiya,  2017, № 04 (40),    s. 29-32.
  34. Ə.Z.V.Toğanın “Tarixdə üsul” əsərində  “İslam Şərqindəki tarix” anlayışının yeri. AMEA-nın Xəbərlər. İctimai elmlər seriyası, 2017, № 1, s. 21-25. 
  35. Mark Mişinin “Qafqazın tarixindən və antitarixindən” adlı əsərində “erməni məsələsi”, “erməni soyqırımı” və “erməni terrorizmi” məsələlərin əksi. XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları. V Beynəlxalq elmi konfransın materialları. 25-29 aprel 2018. AR Qusar şəhəri. AMEA Tarix İnstitutunun Elmi Əsərlər. 2018, № 70, 71, 72, s.20-24.
  36. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun mühacirət tarixşünaslığında əksi. Beynəlxalq elmi konfransın materialları. 26-30 iyun 2018-ci il. Gəncə. AMEA Tarix İnstitutunun Elmi Əsərlər. 2018, № 74, 75, 76, s.19-23.
Paylaş: